Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Azərbaycan məktəbliləri IOI 2026-da üç bürünc medal qazanıblar

Azərbaycan məktəbliləri IOI 2026-da üç bürünc medal qazanıblar

17.08.2026 [18:05]

Azərbaycan məktəbliləri Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2026) 3 bürünc medal qazanıblar.

Təhsil İnstitundan AZƏRTAC-a bildirilib ki, avqustun 9-dan 16-dək Özbəkistanın Daşkənd şəhərində keçirilən olimpiadada Azərbaycanı təmsil edən məktəblilər uğurlu nəticə göstəriblər. Olimpiadada 157 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsən Vəliyev, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Əkbər Əhmədov və Bakı Türk Anadolu liseyinin XI sinif şagirdi Əhməd Qəmbərli bürünc medala layiq görülüblər.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun “Azercell Telekom” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31