2011-ci ildə Azərbaycanın reytinqi daha da yüksələcək
06.08.2010 [09:58]
Beynəlxalq maliyyə institutları və reytinq təşkilatları 2011-ci ildə dünya iqtisadi böhranının yüksək artım meyilləri ilə əvəz olunacağını proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, dünya iqtisadiyyatında mövcud olan qlobal resessiyalar azalmağa doğru gedir və iqtisadi aktivlik dövrü başlayır. Belə ki, gələn il dünya iqtisadiyyatında artım tempi 2,9 faizə çatacaq, əksər ölkələrin iqtisadiyyatında pozitiv meyillər müşahidə olunacaq, ümumi daxili məhsulun artımı yüksəlməyə doğru gedəcək. MDB regionunda iqtisadi inkişaf 5 faizə çatacaq.
BVF MDB dövlətləri sırasında Azərbaycanın iqtisadiyyatında daha yüksək dinamikanın hiss olunacağını bildirir. İqtisadi aktivliyin yüksəlməsi respublikamızda bütün infrastruktur və investisiya layihələrinin həcminin və maliyyə tutumunun artmasına səbəb olacaq. Hökumətin yönəltdiyi daxili investisiyaların həcmi ilə yanaşı, xarici sərmayə qoyuluşlarının məbləği də çoxalacaq. Gələn il makroiqtisadi inkişafın sürətlənməsi, maliyyə sektorunda sabitliyin möhkəmlənməsi, kredit bazarının aktivləşməsi, sosial infrastrukturun yaxşılaşması, islahatların davamlılığı müşayiət ediləcək.
BVF ilə yanaşı, digər maliyyə institutları da Azərbaycanla bağlı nikbin proqnozlarla çıxış edir. Dünyanın ən nüfuzlu reytinq agentliklərinin, məsələn, “Fitch Ratings”, “Standart and Puurs”, “Muds” və digər bu kimi qurumların ekspertlərinin qənaətinə görə, islahatların dinamikasının artması respublikamızın beynəlxalq səviyyədə reytinqinin də yüksəlməsinə dərin əsaslar yaradacaq. Biznes mühitinin yaxşılaşdırılması, ticarət qaydalarının sadələşdirilməsi, sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin olunması, investorların hüquq və maraqlarının qorunması, həmçinin, digər parametrlər üzrə islahatların davam etdirilməsi Azərbaycanın kredit reytinqinin yüksəlməsinə səbəb olacaq.
Qeyd olunan təşkilatlar ölkəmizin iqtisadi, investisiya, maliyyə sabitliyinin dözümlü olmasını, iqtisadiyyatın inkişaf dinamikasının stabil artım templəri ilə davam etməsini reytinqin yüksəlməsinə zəmin yaradan başlıca elementlər kimi qəbul edirlər. Eyni zamanda, sözügedən qurumların qənaətinə görə, Azərbaycanın neft gəlirlərinin sürətlə artması və həmin vəsaitlərin güclü daxili və xarici netto-kreditor mövqeyinin formalaşması məqsədilə səmərəli idarə olunmasına yönəldilməsi reytinqin yüksəldilməsi üçün əlverişli imkanlar yaradır.
Respublikamızda həyata keçirilən davamlı islahatların 2010-cu ilin ikinci yarısında və 2011-ci ildə, eyni zamanda, qarşıdakı illərdə daha da sürətləndiriləcəyini bəyan edən Prezident İlham Əliyev bildirib ki, iqtisadiyyatın diversifikasiyası ilə bağlı kompleks tədbirlər başlıca prioritetlərdən olacaq. ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə səbəb olan davamlı islahatlar iqtisadi siyasətin əsas məzmununu təşkil edəcək:
“Azərbaycanın iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. 2009-cu il böhran ilinə baxmayaraq, beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırıblar. Bu onu göstərir ki, bizim apardığımız islahatlar çox uğurludur. Bizim iqtisadi inkişafımız təkcə bir sektorun inkişafına bağlı deyil. Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. ölkəmiz uğurla inkişaf etməyə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni, bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət makroiqtisadi sabitliyin möhkəmlənməsinə və davamlı inkişafın intensiv xarakter almasına təkan verəcək. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlar üçün əlverişli imkanların təmin edilməsi, bütün investorların azad fəaliyyətinə baza yaradan rəqabət sisteminin daha da təkmilləşdirilməsi, ticarətin stimullaşdırılması ilə bağlı siyasət yeni mərhələyə qədəm qoyacaq. Hökumət iqtisadiyyatın inkişafını sürətləndirən, xüsusilə də, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsinə təkan verən genişmiqyaslı tədbirlər planını reallaşdıracaq. ümumiyyətlə, inamla davam etdirilən kompleks islahatlar Azərbaycanın daha böyük nailiyyətlərə imza atacağına möhkəm zəmin yaradır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

