Çinin nəhəng bankı ilə birgə bəyannamə imzalanıb
04.09.2025 [10:35]
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan və Çin arasında iqtisadi, maliyyə, investisiya sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni perspektiv planların sürətli icrası üçün əlavə stimulların yaradılması baxımından da mühüm əhəmiyyət kəsb etməkdədir. Səfər zamanı Çinin nəhəng texnologiya və investisiya şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlər və aparılan səmərli müzakirələr biznes layihələrinin həyata keçirilməsi və sərmayələrin cəlbi üçün yeni fürsətlər kimi dəyərləndirilə bilər. Həmin görüşlərdən biri Tiencin şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) prezidenti Cin Liqun ilə baş tutub və Azərbaycanla bu maliyyə institutu arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib.
Pekində müəyyənləşən yeni sərmayə planları
Azərbaycan hökuməti ilə Asiya İnfrastruktur İnvestisiya Bankı arasında imzalanmış tərəfdaşlığın genişləndirilməsi haqqında birgə bəyannamə sənədi qarşıdakı mərhələdə bankın sərmayə baxışlarını əks etdirməklə, ölkəmizdə bir çox sahələrə investisiya qoyuluşları üçün güclü təminatat yaradır. Bankın rəhbərliyi “yaşıl enerji”, infrastruktur, nəqliyyat, o cümlədən Orta Dəhlizin nəqliyyat qovşaqlarının modernləşdirilməsi, metro tikintisi, su təchizatı, kommunikasiya quruculuğu və digər sahələrdə dayanıqlı donor olmaq niyyətini bildirib.
Dünyanın ən güclü maliyyə institutlarından biri olan, Asiya və Sakit Okean regionunda inkişaf proqramlarının maliyyələşdirilməsində əsas donor olan AIIB-in kapital portfelinin əsaslı hissəsi Çinin maliyyəsi ilə formalaşır. 2016-cı ildən fəaliyyətə başlamış və Pekində yerləşən AIIB-in hazırda 110 sərmayədarı və 100 milyard dollar məbləğində nizamnamə kapitalı mövcuddur. Bankın əsas məramı etibarlı investisiyalar üçün uzunmüddətli maliyyələşdirmənin təqdim edilməsi, eləcə də Asiya regionunda həyat şəraitinin yaxşılaşdırılması və iqtisadi inkişafın təmin olunmasıdır.
AIIB indiyə kimi Azərbaycanda dövlət zəmanəti ilə 2 layihəyə kredit yönəldib və hər iki layihənin icrası tamamlanıb. Bu uğurlu partnyorluğun növbəti fazası isə hədsiz dərəcədə geniş və böyük maliyyə tutumludur. Bank ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən etibarlı və dayanıqlı təchizatçı olmaqda qərarlıdır. AIIB-in prezidenti və Direktorlar Şurasının sədri Cin Liqun bildirib ki, Azərbaycan AIIB-in təsisçilərindən biri kimi əvvəldən bizim üçün dəyərli tərəfdaş olub. AIIB ölkənin inkişafına dəstəyi davam etdirməyə sadiqdir və onun yüksək artım potensialını qəbul edir. Birgə bəyannamə qarşılıqlı əlaqəli gələcəyin formalaşdırılmasına yönəlmiş uzunmüddətli investisiya proqramı hazırlamağa dair səylərimizi əks etdirir. Cənab Liqun vurğulayıb ki, AIIB Azərbaycanla həm ölkə daxilində milli prioritetlər üzrə layihələri, həm də regional infrastrukturun inkişafını dəstəkləmək üçün bütün dəstəkləri verəcək.
AIIB Orta Dəhlizin Azərbaycana aid hissəsini modernləşdirəcək
Birgə bəyannamədə əks olunan bəndlər Azərbaycanın yeni inkişaf strategiyası olan “2030-cu ilədək sosial-iqtisadi inkişafın Milli Prioritetləri” sənədi və beynəlxalq inkişaf konseptinin hədəflərinə əsaslanır. Əsas sərmayə anlaşması Milli Prioritetlərdə qeyd edilən “Sabahın İnfrastrukturu” hədəf çərçivəsinin maliyyələşdirilməsidir. Həmin prioritetə əsasən, AIIB tərəfindən layihələrin suveren şəkildə maliyyələşdirilməsini nəzərdə tutan çoxillik investisiya proqramı formalaşdıralacaq. Proqram üç əsas istiqamətə fokuslanacaq. Birinci istiqamət “yaşıl enerji” quruculuğu və dekarbonizasiyaya töhfə verən milli iqlim hədəflərinin dəstəklənməsidir.
İkinci hədəf xətti Azərbaycanın mühüm beynəlxalq ticarət və logistika dəhlizinin əsas qovşaqlarından biri kimi rolunun gücləndirilməsi, yeni nəsil nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişaf etdirilməsidir. Bura, regional nəqliyyat infrastrukturlarının, ələlxüsus da Orta Dəhlizin Azərbaycana aid hissəsinin və dəmir yolu infrastrukturunun modernləşdirilməsi və yeni yolların çəkilməsi, Bakı metrosunun yeni xətlərinin yaradılması, paytaxtın şəhər və ətraf ərazilərdəki nəqliyyat infrastrukturunun və içməli su təchizatının yaxşılaşdırılması, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrə dəstək verilməsidir. Bank bu sahədə də davamlı maliyyə təchizatçısı kimi tələb olunan sərmayələri ayıracaq.
Birgə bəyannamədən irəli gələn maliyyələşdirmə proqramının üçüncü hədəf xətti isə Azərbaycanda innovativ maliyyə modellərinin yaradılması və dövlət-özəl tərəfdaşlığı üçün əlverişli mühitin qurulması hesabına özəl investisiyaların stimullaşdırılmasıdır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31

