Nağdsız ödənişlər üçün lazımi maddi-texniki baza yaradılıb
29.01.2015 [09:41]
İlqar Əhmədov: Vergilər Nazirliyi tərəfindən Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə POS-terminalların quraşdırılması və onlardan istifadəyə ciddi nəzarət olunur
“Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq nağdsız ödəniş sisteminin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi iqtisadi subyektlər arasında şəffaflığa nail olunmasından, “gizli iqtisadiyyat”ın həcminin azaldılmasından, vergidən yayınma hallarının qarşısının alınmasından ibarətdir”. Bunu KİV-ə müsahibəsində vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov deyib.
Onun sözlərinə görə, nəzarətdən kənarda qalan iqtisadi əməliyyatlar bir tərəfdən dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına, digər tərəfdən isə iqtisadi mexanizmlər vasitəsilə dövlət tərəfindən iqtisadi tənzimləmə üsullarının səmərəliliyinin aşağı düşməsinə səbəb olur: “Nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, bütövlükdə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır. Nağdsız ödəmə aləti kimi POS-terminallar həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalıdır. Çünki ödəniş məbləğlərinin dəqiq olması və hesablaşmaların rahat aparılması, müştərilərin sayının artırılması, nağd vəsaitlərlə aparılan əməliyyatlarda iş yükünün azaldılması, mal və xidmətlər üzrə hesablaşmalar zamanı təhlükəsizliyin artırılması, şəxsi büdcənin düzgün planlaşdırılması baxımından POS-terminallardan istifadə daha məqsədəuyğundur”.
İ.Əhmədov deyib ki, nağdsız dövriyyənin artırılmasının əsas şərtlərindən biri POS-terminalların tətbiqinin genişləndirilməsidir: “Banklar tərəfindən verilmiş sifarişlər üzrə təkcə 2014-cü ildə ölkəmizə 60 min ədəd POS-terminal gətirilib. Xüsusilə qeyd etmək istəyirəm ki, POS-terminalların bir hissəsi “kart vasitəsilə birbaşa təmas olmadan” istifadəni nəzərdə tutan ən müasir qurğulardır ki, son illərdə bunlar daha çox dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilməyə başlanılıb. 2014-cü il yanvarın 1-də respublikada 31 minə yaxın POS-terminal olduğu halda, artıq bu say 82 mini keçib, il ərzində daha 51 min POS-terminalın quraşdırılması təmin edilib”.
Onun sözlərinə görə, Vergilər Nazirliyi Mərkəzi Bank və kommersiya bankları ilə birlikdə ölkənin ticarət və xidmət sektorunda ödəmələrin nağdsız qaydada aparılması üçün zəruri infrastrukturun qurulması istiqamətində 2014-cü ilin fevral ayından başlayaraq ciddi tədbirlər həyata keçirir. Eyni zamanda, Vergilər Nazirliyi tərəfindən POS-terminallardan istifadənin üstünlükləri və istifadə qaydası barədə mütəmadi olaraq məlumatlandırma işləri aparılır. Vergi ödəyicilərinə obyektlərdə quraşdırılmış POS-terminallardan istifadə vərdişlərinin aşılanması, eləcə də nağdsız ödənişlərin əlverişliliyi və üstünlükləri barədə geniş izahat və təbliğat işlərinin həyata keçirilməsi üçün nazirlik tərəfindən “POS-terminalların tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin məlumatlandırılması zamanı görülməli işlərə dair tövsiyələr” hazırlanıb. 2014-cü il ərzində bununla bağlı 22500-dən çox şəxs fərdi şəkildə məlumatlandırılıb.
Vergilər Nazirliyinin Mərkəzi Bank və digər təşkilatlarla əlaqəli fəaliyyətinin nəticəsidir ki, POS-terminalların sayının artması ilə yanaşı, onlardan istifadə də genişlənməyə başlayıb. Ölkə ərazisində POS-terminal vasitəsilə aparılmış əməliyyatların həcmi 2014-cü ilin 11 ayı ərzində 353 milyon manat, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 17 milyon manat və ya 5,1 faiz çox olub. Bu fakt, eləcə də ölkə vətəndaşlarının həmin dövrdə Azərbaycanın xaricində POS-terminal vasitəsi ilə apardıqları nağdsız ödəmə əməliyyatlarının məbləğinin bundan iki dəfə artıq olduğu nəzərə alınaraq, tam əminliklə söyləmək olar ki, vətəndaşlarımızın böyük hissəsi artıq nağdsız ödənişlərə üstünlük verməyə başlayıb. 2015-ci ildə nağd əməliyyat aparan bütün obyektlərdə POS-terminalların quraşdırılması nəzərdə tutulub.
İ.Əhmədov sonda bildirib: “Tarixdə ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunları zamanı respublikamıza çoxlu sayda idman heyətlərinin və azarkeşlərin gələcəyi gözlənilir və bu qonaqlar, təbiidir ki, Avropa ölkələrində qəbul olunduğu kimi, müxtəlif ticarət, əyləncə, iaşə və s. obyektlərdə nağdsız ödənişlərə üstünlük verəcəklər. Ona görə də Vergilər Nazirliyi tərəfindən Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə POS-terminalların quraşdırılması və onlardan istifadəyə ciddi nəzarət olunur”.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

