/ / Əli Əhmədov: Azərbaycan öz ərazilərini qorumaq, bərpa etmək üçün kifayət qədər qətiyyətli gücə sahibdir
Əli Əhmədov: Azərbaycan öz ərazilərini qorumaq, bərpa etmək üçün kifayət qədər qətiyyətli gücə sahibdir
12.06.2012 [23:38]
- Son günlər cəbhə xəttində yaranan gərginliyin əsas səbəblərini nə ilə izah edərdiniz? Baş verənlərdə hansısa üçüncü dövlətin maraqları və ya ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz regionuna səfərinin rolunu qeyd etmək olarmı?
- Təbii ki, son günlər cəbhədə baş verən gərginlik hər birimizi narahat edir. Xüsusilə hadisələrdə tələfatın olması, qanın tökülməsi ciddi narahatçılıq yaradır. Bütövlükdə Azərbaycanın bu gün həyata keçirdiyi siyasət ondan ibarətdir ki, münaqişənin nəticələri dinc yollarla aradan qaldırılsın. Bundan ötrü bütün imkanlar istifadə edilsə də hələ ki tükənməyib. Şans var ki, münaqişə qan tökülmədən dinc yolla aradan qaldırılsın. Amma son günlərdə baş verən hadisələr bunu bir daha sübut edir ki, Ermənistan tərəfi münaqişənin dinc yolla, ümumiyyətlə aradan qaldırılmasında maraqlı deyil və işğal altında saxladığı Azərbaycan torpaqlarından könüllü sürətdə geriyə çəkilmək niyyəti yoxdur. Güman edirəm ki, cəbhə zonasında son zamanlar baş verən gərginliyin fundamental əsası bundan ibarətdir. Digər əsas isə ABŞ və Avropanın son vaxtlar sülhyaratma prosesində iştirak etmək istəklərini aydın şəkildə ortaya qoymaları ilə əlaqədardır. Görünür ki, münaqişənin nizamlanmasında maraqlı olmayan hansısa dairələr var ki, ABŞ və Avropanın bu münaqişənin nizama salınmasında maraqlı olduğunu, status-kvonun bundan sonra da qorunub-saxlanılmasının ümumiyyətlə, təhlükəli olduğu haqqında səsləndirdiyi bəyanatları həzm etmək istəmirlər. Onlar bu mövqe ilə barışmaq niyyətində deyillər. Yəqin ki, səbəblərin biri də budur. Digər səbəb kimi isə ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfərini göstərmək olar. çünki bu səfər bütövlükdə Cənubi Qafqazla bağlı daha geniş informasiya əldə etmək, ABŞ-ın və Qərbin Cənubi Qafqazla bağlı siyasətini daha da dəqiqləşdirmək və bununla bağlı ABŞ-ın Cənubi Qafqazda sülhyaratma prosesində daha yaxından iştirak etmək niyyətinin gerçək parametrlər kəsb etməsi ilə əlaqədardır. Yəqin ki, Amerikanın bu təşəbbüslərinin qarşısını almaq məqsədilə cəbhədə hansısa maraqlı dairələr bu təxribatları törədib. Amma dünya həm Ermənistan tərəfinin münaqişənin nizama salınmasında maraqlı olmadığını və bunu əngəlləmək üçün çox müxtəlif təxribatlar törətdiyininin bir daha şahidi oldu. Bundan əlavə, üçüncü tərəflər də münaqişənin nizama salınmasını əngəlləmək üçün hər bir təxribatlara getməyə hazır olduğunu ortaya qoymuş oldu. Arzu edərdim ki, bu gərginlik müharibəyə gətirib çıxarmasın. Amma təbii ki, Azərbaycan öz ərazilərini qorumaq, bərpa etmək üçün kifayət qədər qətiyyətli gücə sahibdir. Əgər bu təxribatlar daha geniş miqyas alarsa, Azərbaycanın ordusu bu təxribatı törədənlərin cavabını layiqincə verəcək.
- Əli müəllim, Rusiya bu prosesdə üçüncü tərəf və ya qüvvə kimi iştirak edə bilərmi?
- üçüncü tərəf qismində çıxış edə biləcək bir neçə güman edilə bilən qüvvələr var və bu barədə müxtəlif təhlillər aparılır. Siz özünüz də regionda yaranan gərginlik və bu gərginliyin arxasında kimlərin olduğunu bilirsiniz. Ona görə də müxtəlif qüvvələr ola bilər ki, üçüncü tərəf qismində çıxış edə bilsin.
- Müxtəlif beynəlxalq təşkilatların Azərbaycanla bağlı səsləndirdiyi bəzi tənqidi fikirlərlə bağlı nə deyə bilərsiniz?
- Tənqidlərlə əlaqədar olaraq demək istəyirəm ki, onların hansı tərəfdən səsləndirilməsindən asılı olmayaraq Azəbaycan bunlara özünün obyektiv münasibətini hər zaman bildirib. Azərbaycanla bağlı səsləndirilən tənqidlərin əsasları olduqda, obyektiv reallığa əsaslanan tənqidləri qəbul edirik. Lakin tənqidlər qeyri-obyektiv olduqda, hansısa dairələrin maraqlarına istinad etdikdə Azərbaycan özünün kəskin mövqeyini açıq şəkildə ortaya qoyur. Nəticə etibarı ilə Azərbaycanı əsassız olaraq tənqid edən dairələr, tərəflər və yaxud hansısa beynəlxalq təşkilatlar ölkənin haqlı maraqları ilə razılaşmalı olur. çünki Azərbaycan səsləndirilən tənqidlərin qeyri-obyektiv və əsassız, bəzi hallarda qərəzli olduğunu sübut edə bilir. Biz hansısa tənqidlərin olmasını istəmirik, amma onu da faciə kimi qəbul etmirik. Azərbaycan öz yolu ilə gedir, siyasət xalqın maraqlarına uyğun formada ardıcıl şəkildə həyata keçirilir. Azərbaycan haqlı olduğunu dəfələrlə obyektiv şəkildə sübuta yetirib və bugün də sübuta yetirir.
- “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin edilməsi barədə qanun layihəsi ölkədə hansı yeniliklərə imza atacaq?
- Azərbaycanda qanunvericilik bazası təkmilləşdirilir. Eyni zamanda, informasiya əldə etmək ilə əlaqədar təklif olunan dəyişikliklərin kökündə də bu dayanır. İstənilən qanunun müəyyən müddət keçdikdən sonra təkmilləşməyə ehtiyacı olur. İstənilən təkliflər, dəyişikliklərlə əlaqədar istənilən təşəbbüslər də nəticə etibarı ilə qanunun daha da kamilləşməsinə və təkmilləşməsinə xidmət edir. O cümlədən, informasiya əldə etmək haqqında qanunda da irəliyə sürülən dəyişikliklərin kökündə dayanan həqiqət ondan ibarətdir ki, qanun daha da təkmilləşsin. Bu qanunvericilik bazası daha yetkin olsun və informasiya əldə etmək imkanları daha da geniş olsun. Qanuna əlavə və dəyişikliklərin edilməsinin də əsas mahiyyət bundan ibarətdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

