/ / Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılması istiqamətində səylər daha da gücləndirilməlidir
Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılması istiqamətində səylər daha da gücləndirilməlidir
21.11.2014 [09:42]
Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılması istiqamətində səylər daha da gücləndirilməlidir.
Bu fikir noyabrın 20-də Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor xanım Eva Maria Auxun AzərTAc-ın baş direktoru Aslan Aslanov ilə görüşündə vurğulanıb.
Görüşdə Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası ilə AzərTAc arasında əməkdaşlığın qurulması, Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılması istiqamətində birgə fəaliyyətin perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda keçirilən “QHT əməkdaşlığının nailiyyətləri və perspektivləri” mövzusunda beynəlxalq konfransın iştirakçısı olan Eva Maria Aux keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın informasiya blokadasına salındığı dövrdə Bakıya dəfələrlə səfər etdiyini və AzərTAc-la əməkdaşlıq əlaqələrinin həmin vaxtdan başlandığını xatırladıb. İndi yenidən AzərTAc-da olmaqdan məmnunluğunu ifadə edən almaniyalı qonaq, səmimi görüşə görə minnətdarlığını bildirib.
Almaniyalı professor AzərTAc-ın gələn il qeyd ediləcək 95 illiyi münasibətilə Humboldt Universitetində tədbir keçirilməsini təklif edərək, bunun Azərbaycanın tarixini öyrənən alman tələbələr üçün böyük maraq doğuracağına əminliyini vurğulayıb. Söhbət zamanı xanım Eva Maria Aux Azərbaycan hökumətinin və ölkəmizin Almaniyadakı səfirliyinin diqqət və qayğısını hər zaman hiss etdiklərini böyük məmnunluqla qeyd edib.
Baş direktor Aslan Aslanov Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılmasında göstərdiyi səylərə görə qonağa minnətdarlığını bildirərək, AzərTAc ilə Humboldt Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Xanım Eva Maria Auxun Azərbaycana sevgisini yüksək qiymətləndirən baş direktor ölkəmizin tarixinin, mədəniyyətinin, ədəbiyyatının və dilinin təbliğində onun göstərdiyi səylərin təqdirəlayiq olduğunu bildirib.
AzərTAc-ın beynəlxalq media qurumlarının fəal üzvü olduğunu bildirən baş direktor, agentliyin Avropa Xəbər Agentlikləri Alyansı çərçivəsində Almaniyanın DPA (Deutsche Presse-Agentur) agentliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Avropanın nüfuzlu ali məktəblərindən biri olan Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının yaradılmasını mühüm hadisə adlandıran Aslan Aslanov AzərTAc-ın arxiv imkanlarının kafedranın tələbələri üçün hər zaman açıq olduğunu xüsusi vurğulayıb.
Görüşdə agentliyin əməkdaşlarının alman dili bacarıqlarının peşəkar səviyyəyə çatdırılması istiqamətində praktiki seminarların, məşğələlərin, ustad dərslərinin, həmçinin müxtəlif mövzularda birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub və əməkdaşlığa dair razılıq əldə edilib.
Görüşdən əvvəl xanım Eva Maria Aux AzərTAc-ın alman dilində informasiya redaksiyasının fəaliyyəti ilə də yaxından tanış olub, Azərbaycan haqqında dolğun informasiyaların Almaniya ictimaiyyətinə çatdırılması istiqamətində redaksiyanın fəaliyyətini təqdirəlayiq hesab edib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

