Ankarada keçirilən görüşlərdə Azərbaycan-Türkiyə münasibətləri yüksək dəyərləndirilib
11.03.2016 [10:26]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasında iki günlük rəsmi səfərdədir.
Səfər Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarının ziyarəti ilə başlanıb. Anıtqəbir önünə əklil qoyan nümayəndə heyətimiz Türk xalqının böyük oğluna ehtiramlarını ifadə edib. Milli Məclisin sədri Anıtqəbirdəki xatirə kitabını imzalayıb.
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətimizi səmimiyyətlə salamlayan Türkiyə Prezidenti Azərbaycan xalqı və ölkəmiz haqqında xoş sözlər söyləyib.
Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyənin dövlət başçısına çatdıran Oqtay Əsədov yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Rəcəb Tayyib Ərdoğan onun da səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Qəbulda Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, xalqlarımızın ümumi maraqlarını əks etdirən Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz və dönməzdir.
Sonra Azərbaycan parlament nümayəndə heyəti Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Nümayəndə heyətimizi Ankarada salamlamaqdan məmnunluğunu ifadə edən Əhməd Davudoğlu Türkiyənin hər zaman Azərbaycan ilə birgə olduğunu diqqətə çatdırıb.
Yüksək qonaqpərvərliyə görə dərin təşəkkürünü bildirən Milli Məclisin sədri Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyə hökumətinin başçısına çatdırıb. Onun da salamlarının Prezident İlham Əliyevə çatdırılmasını parlamentimizin sədrindən xahiş edən Əhməd Davudoğlu dövlətimizin başçısı ilə Azərbaycanda keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə münasibətləri dünyada dostluğa və qardaşlığa nümunədir.
Daha sonra Azərbaycan parlament nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla görüşü olub. Azərbaycanlı həmkarlarını səmimiyyətlə salamlayan TBMM-nin sədri iki qardaş ölkənin parlamentləri arasındakı qardaşlıq münasibətlərindən bəhs edib. Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyə parlamentinin sədrinə çatdıran Oqtay Əsədov yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Onun da hərarətli salamlarının dövlətimizin başçısına çatdırılmasını xahiş edən İsmayıl Qəhrəman Azərbaycan xalqına tükənməz sevgi və məhəbbət bəslədiyini ifadə edib.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. İki qardaş ölkə parlamentləri arasındakı əlaqələr, o cümlədən parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyə parlamentləri dövlətlərimizin və xalqlarımızın maraqlarına uyğun olan məsələlərdə birgə səyləri bundan sonra da davam etdirəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

