Dərin tarixi köklərə malik Azərbaycan-Türkiyə dostluğu digər ölkələr üçün nümunədir
13.04.2016 [10:02]
Dünyada elə iki dövlət tapmaq olmaz ki, onlar arasındakı münasibətlər Azərbaycan-Türkiyə münasibətləri qədər sarsılmaz və möhkəm olsun.
AZƏRTAC xəbər verir ki, bu fikir aprelin 12-də Milli Məclisin sədri Oqtay Əsədovun Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səslənib.
Görüşdə Necdet Ünüvar Türkiyənin Prezidenti, Baş naziri, TBMM-in sədri və türk xalqı adından son günlər cəbhə xəttində baş vermiş hadisələrlə əlaqədar ölkəmizin verdiyi şəhidlərə görə Azərbaycan rəhbərliyinə və xalqına dərin hüznlə başsağlığı verib, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib.
Qonaq türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” ifadəsini xatırlayaraq, hər zaman dost və qardaş kimi sevdikləri azərbaycanlıların yanında olduqlarını söyləyib. O, erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş ərazilərin azad olunmasında Azərbaycan əsgərinin göstərdiyi rəşadəti yüksək qiymətləndirərək, tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına inandığını deyib. Bu yolda Türkiyənin hər zaman Azərbaycana dəstək olacağını bildirib.
Qeyd edilib ki, səfərdə olan nümayəndə heyətinin tərkibində müxtəlif partiya təmsilçilərinin olmasına baxmayaraq, Azərbaycan məsələsində türkiyəli deputatlar arasında fikir ayrılığı yoxdur. Bu, Azərbaycan xalqına olan qardaş münasibətin bariz nümunəsidir.
Milli Məclisin sədri Oqtay Əsədov görüşdə səslənən fikirlərə görə Türkiyə rəhbərliyinə, qonağa və Türkiyə xalqına dərin təşəkkürünü bildirib. Sədr Azərbaycana olan bu münasibəti Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Bir millət, iki dövlət” ifadəsinin parlaq təzahürü kimi dəyərləndirib. Qeyd edib ki, dünyada elə iki dövlət tapmaq olmaz ki, onlar arasındakı münasibət bu qədər sarsılmaz və möhkəm olsun. Dərin tarixi köklərə malik bu dostluq digər dövlətlər üçün də nümunədir.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər Coşqun və digər rəsmi şəxslər iştirak ediblər.
* * *
TBMM-in nümayəndə heyəti Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə də görüşüb.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, işçi qrupun rəhbəri Əhliman Əmiraslanov xalqlarımızın bu gün bütün dünyaya nümunə sayılacaq qardaşlıq və dostluq münasibətlərindən söhbət açıb. O, eyni dilə, eyni dinə, eyni tarixi və milli adət-ənənələrə malik olduğumuzu söyləyib. Komitə sədri münasibətlərimizin bu səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin rolunu, onların mütəmadi qarşılıqlı səfərlərini xüsusi vurğulayıb.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət”, dahi Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarının hər iki xalqın dilində əzbər olduğunu qeyd edib.
Qonaq son günlər cəbhə bölgəsində gedən ağır döyüşlərdə şəhid olan oğullarımıza görə Azərbaycan xalqına Türkiyə hökuməti və parlamenti adından başsağlıqlarını çatdırıb. O, hər zaman olduğu kimi, bu çətin dönəmdə də xalqımızın yanında olduqlarını vurğulayıb. Dağlıq Qarabağın tezliklə erməni işğalından azad olunacağına, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönəcəyinə əminliyini bildirib.
Görüşdə işçi qrupun üzvləri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Məlahət İbrahimqızı, Şəmsəddin Hacıyev, İlham Əliyev, Kəmaləddin Qafarov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun, TBMM-in deputatları Dursun Şişək, Əhməd Arslan və digər rəsmi şəxslər də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

