Konstantin Zatulin erməni lobbisinin direktivləri əsasında fəaliyyət göstərir
06.10.2018 [10:42]
Ekspertlərin qənaətincə, ermənilərin maraqlarının müdafiəçisi olan bu kimi şəxslər Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar
Rusiya Federasiyası Dövlət Dumasında komitə sədrinin müavini Konstantin Zatulin Azərbaycan əleyhinə növbəti aqressiv açıqlama verərək absurd fikirlər səsləndirib. Onun qanunazidd və cəfəng fikirləri Azərbaycan ictimaiyyəti tərəfindən ikrah hissi və ciddi etirazla qarşılanır. Ümumiyyətlə, K.Zatulin həmişə milli-etnik zəmində qarşıdurmanı qızışdırmaqda ittiham olunub. O gah müxtəlif ölkələr tərəfindən persona non-qrata elan edilib, gah da tanınmayan bir separatçı rejimin “seçki”lərini legitimləşdirmək üçün müşahidəçi statusunda orada iştirak edib. Başqa sözlə, Zatulinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, separatçı rejimdə keçirilən “parlament seçkiləri”ndə iştirak etməsi, onun Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi heç kəsə sirr deyil.
Ekspertlərin də vurğuladıqları kimi, ermənipərəst Zatulinin bu cür təxribatçı cəhdlərinin arxasında Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına nail olmaq məqsədi durur. Amma şübhəsiz ki, bu cür cəhdlər əbəsdir və heç bir nəticə verməyəcək. Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının Beynəlxalq münasibətlər şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu, regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir: “Lakin erməni lobbisinin direktivləri əsasında fəaliyyət göstərən şəxslər bu münasibətlərin pozulmasında maraqlıdırlar. Məhz Konstantin Zatulin də belə şəxslər sırasında yer alır. Onun fikirləri, eləcə də bundan öncə yol verdiyi qanunazidd hərəkətlər bu şəxsin konkret olaraq erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərdiyini nümayiş etdirir. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərini pozmaq cəhdləri yolverilməzdir və iflasa məhkumdur. Ermənipərəst Zatulin və onun kimilər məqsədlərinə çata bilməyəcəklər”.
Millət vəkili əlavə edib ki, K.Zatulinin siyasi fəaliyyətinin “ştrixləri” Azərbaycan və dünya ictimaiyyətinə tam çılpaqlığı ilə aydındır: “O, bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, separatçı rejimdə keçirilən “parlament seçkiləri”ndə iştirak etməklə beynəlxalq qanunvericiliyə zidd addımlar atıb. Bütövlükdə, Zatulin ermənilərin maraqlarının müdafiəçisinə çevrilib”.
“Zatulinin şəxsi fikirləri Rusiyanın mövqeyini əks etdirmir. Bununla yanaşı, bütün hallarda Rusiya Federasiyası Dövlət Dumasında komitə sədrinin müavininin bu cür aqressiv və cəfəngiyat xarakterli fikirlər səsləndirməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna - mahiyyətinə ziddir”, - deyə S.Fətəliyeva əlavə edib.
“Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin xarici siyasəti ilə bağlı səsləndirdiyi qərəzli və ermənilərin maraqlarına xidmət edən fikirlərini qətiyyətlə pisləyir və qəbulolunmaz hesab edirəm”. Bu sözləri isə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahibə Qafarova deyib.
K.Zatulinin bu mövqeyinin Rusiyanın rəsmi mövqeyi ilə üst-üstə düşmədiyini bildirən Milli Məclisin deputatı bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçilik edən üç dövlətdən biri kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həllinə səy göstərir. Sahibə Qafarova xatırladıb ki, bu, K.Zatulinin ermənipərəst mövqeyini ifadə edən ilk belə fikirlər deyil. O, həmişə öz bəyanatlarında, mətbuata açıqlamalarında tarixi gerçəklikləri, hüquqi məsələləri məqsədli şəkildə təhrif edir, bu zaman ermənilərin maraqlarından çıxış edərək onların mövqeyini açıq şəkildə müdafiə edir. Dəfələrlə Ermənistanın işğal siyasətinə bəraət qazandıran hərəkətləri ilə Azərbaycan ictimaiyyətinin haqlı qınaq və narazılığına səbəb olub. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin 2010-cu ildə “seçki şousu”nu müşahidə edənlər sırasında Zatulinin də olması onun fəaliyyətinin məqsədini açıq şəkildə ortaya qoyan daha bir faktdır. O, erməni diasporundan aldığı sifarişi yerinə yetirərək işğal faktını legitimləşdirmək üçün səy göstərir. Digər bir nüans isə ondan ibarətdir ki, bir çox siyasi dairələr tərəfindən təxribatçı kimi tanınan K.Zatulin həmişə etnik zəmində qarşıdurmaları qızışdırmaq, qondarma, separatçı rejimlərə dəstək verməklə məşğul olub və bu fəaliyyətinə görə bəzi dövlətlər tərəfindən persona non-qrata elan olunub. Zatulin ermənipərəst fəaliyyətə o qədər aludə olub ki, bu zaman o, hətta öz ölkəsinin maraqlarına belə qarşı çıxır.
Sahibə Qafarovanın sözlərinə görə, bu bəyanat bir daha o əminliyi yaradır ki, erməni diasporunun imkanlarından bəhrələnən, ermənilərin sifarişi və təlimatı əsasında fəaliyyət göstərən Zatulin və onun kimilərinin məqsədi Azərbaycanla Rusiya arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə xələl yetirməkdir: “Amma Zatulinə xatırlatmaq istəyirəm ki, onun kimilərin məqsədi nə olursa olsun, istər Rusiyanın dövlət başçısı və hökumət təmsilçiləri, istər Rusiya cəmiyyətində nüfuz sahibi olan ziyalılar və ictimaiyyət nümayəndələri Azərbaycan dövləti ilə əlaqələrin Moskva üçün nə qədər əhəmiyyətli olduğunun fərqindədir. Dəfələrlə bəyan edilib ki, Rusiya bu münasibətlərin daha da inkişafına səy göstərir. İndi hansısa bir siyasi təxribatçının, erməni diasporunun maddi dəstəyi ilə fəaliyyət göstərən qeyri-ciddi “siyasətçi”nin bu münasibətləri hədəf alması heç bir nəticə verməyəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

