Milli Məclisin növbəti iclası keçirilib
17.10.2018 [08:49]
İclasda “Uşaqların zərərli informasiyadan qorunması” haqqında qanun layihəsi ikinci oxunuşda qəbul olunub
Oktyabrın 16-da Milli Məclisin növbəti iclası keçirilib. İclasda millət vəkilləri şəhid ailələrinə verilən 11 min manatlıq birdəfəlik ödəmələrlə bağlı ortaya çıxan məsələlərlə əlaqədar fikirlərini bildiriblər. Qeyd edilib ki, bəzi şəhid ailələri məsələ ilə əlaqədar parlamentə də müraciət ediblər. Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ölkəmizdə müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərilir: “Azərbaycana gələn qonaqlar da ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edirlər. Hərçənd ki, Azərbaycanda müharibə veteranlarının sayı digər ölkələrə nisbətən qat-qat çoxdur”.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin çox mühüm qərar olduğunu deyən S.Novruzov burada maddiyyat məsələsinin şişirdilməsinin əleyhinə olduğunu bildirib: “Biz burada mənəvi tərəfləri əsas götürməliyik. Bu addımın mahiyyəti şəhid ailələrini digər insanlardan fərqləndirməkdir. Onlar millətin, dövlətin şəhididir. 5 manat az oldu, çox oldu kimi məsələləri dilə gətirmək düzgün deyil. Bu məsələyə sadəcə, şəhid ailəsinin maddi təminatı kimi yanaşmamalıyıq”.
Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən Qarabağ müharibəsi veteranı statusu almaq istəyən şəxslər üçün qaydaların müəyyənləşdirildiyini də deyən deputat qeyd edib ki, vaxtilə bu statusu haqqı olmayanlar da alıb. “Hökumət də buna əsasən öz haqqından məhrum olanların hüquqlarının bərpası üçün şərait yaradıb. Həmin şəxslər bu qərarla öz qanuni hüquqlarını bərpa edə bilərlər”, - deyə S.Novruzov vurğulayıb.
Spiker Oqtay Əsədov da bu məsələnin həll edilməsinin vacibliyini qeyd edib. O bildirib ki, parlament bu məsələ ilə əlaqədar nə mümkünsə edib: “Dövlət başçısının Sərəncamı cəmiyyətimizdə çox yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamından sonra bu məsələ həllini tapmalıdır. Təklif edirəm ki, parlamentin İnsan hüquqları komitəsinin iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “Azərsığorta”nın əməkdaşları parlamentə dəvət edilsin, məsələ müzakirə olunsun”.
Daha sonra gündəlikdəki məsələlərin müzakirəsi davam etdirilib. İclasda bır sıra qanunlara əlavə və dəyişikliklər haqqında qanun layihələri ikinci oxunuşda qəbul olunub. Belə ki, millət vəkilləri Mülki, Cinayət, İnzibati Xətalar məcəllələrinə, “Banklar haqqında”, “İpoteka haqqında”, “Lotereyalar haqqında”, “İnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Pasportlar haqqında”, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlara dəyişiklikləri ikinci oxunuşda qəbul ediblər.
İclasda son olaraq “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) müzakirə edilib. Bu qanunun qəbulunda məqsəd uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən etmək və bu sahədə yaranan münasibətləri tənzimləməkdir. Layihə ilə bağlı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verərək qeyd edib ki, birinci oxunuş zamanı müzakirələrdə deputatlar tərəfindən bir sıra təkliflər səsləndirilib. Lakin onların əksəriyyəti layihədə və digər qanunlarda öz əksini tapıb. Bununla belə layihəyə bəzi texniki dəyişikliklər edilib, o cümlədən 3 yeni maddə əlavə olunub.
Müzakirələr zamanı çıxış edən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, “Uşaqların zərərli informasiyadan qorunması” haqqında qanun layihəsi çox vacib sənəddir və uşaq hüquqlarına aid olan qanunlar sırasında mühüm yer tutur. Millət vəkili deyib ki, cəmiyyətdə həyat tərzi dəyişdikcə, uşaqların da ünsiyyət forması dəyişir, məlumatların əldə olunması və ötürülməsi dəyişilir. Nəzərə alaq ki, Azərbaycanda tam şəffaf internet mövcuddur, internet istifadəçilərinin sayı getdikcə artır. Düşünürəm ki, təqdim olunan qanun layihəsində uşaqların internet təhlükəsizliyi daha çox yer alsaydı, yaxşı olardı.
“Çünki əsas təhlükələrdən biri odur ki, hər kəs bu gün internetdə hər bir informasiyanı dərc edə bilər. Bu xüsusilə uşaqlara aiddir: çünki uşaqlar adətən düşünür ki, əgər bu məlumat internetdə varsa, demək doğrudur. Qəzet və jurnallarda korrektor, redaktor var, amma internetdə heç kim məlumatların doğru olub-olmamasını yoxlamır. Bu şəraitdə belə bir qanun layihəsinin qəbul olunmasına böyük zərurət var”, - deyə S.Fətəliyeva vurğulayıb.
“Müasir dövrdə informasiyanın, o cümlədən informasiya kommunikasiya texnologiyalarının həyatımıza nüfuz etməsi, onun gündəlik yaşamımıza ciddi təsirləri inkaredilməzdir. Əlbəttə, bunun bir çox müsbət tərəfləri ilə yanaşı, müəyyən çətinliklər də ortaya çıxardığını müşahidə etməkdəyik”. Bu fikirləri isə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan qlobal informasiya məkanının subyektlərindən biridir və ölkəmizdə internet istifadəçiləri ölkə əhalisinin 80 faizini təşkil edir. Belə olduqda, əlbəttə, bu resursların imkanlarından doğru istifadə olunmalıdır. Çünki informasiya məkanımızın düzgün istiqamətə yönləndirilməsi milli maraqlarımız baxımından strateji əhəmiyyətli məsələdir.
“Sirr deyil ki, informasiyadan düzgün istifadə və idarə olunmaması, zərərli informasiyaların dövriyyəyə ötürülməsi cəmiyyətin ən həssas təbəqələri olan uşaqlar üzərində bəzən aradan qaldırılması mümkün olmayan fəsadlara yol açır. Uşaqların təhlükəsizliyinin qorunması, onların bir fərd olaraq təhlükəsizliklərinə zəmanət verilməsi, inkişafı istənilən demokratik cəmiyyətlərdə mühüm vəzifələrdən biridir. Azərbaycan Respublikası da uşaq hüquqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib, qəbul olunan qanun və qərarlar, Azərbaycan hökuməti tərəfindən atılan praktiki addımlar ölkəmizin bu sahədə də nümunəvi model təqdim etdiyini göstərir”, - deyən millət vəkili hesab edir ki, bu qanun layihəsinin hazırlanması və qəbul olunması da ölkəmizin və xalqımızın gələcəyi olan övladlarımızın sağlam, milli mənəvi dəyərlərimizə uyğun və vətənpərvər ruhda yetişməsi, onların sağlamlığının və təhlükəsizliyinin təmin olunması baxımından olduqca vacib əhəmiyyətə malikdir: “Nəzərə alsaq ki, bu gün müşahidə olunan sərhədsiz informasiya axını ən çox elə uşaqları və həddi-büluğa çatmamış yeniyetmələri təhdid edir, o zaman bu qanunun önəmi daha da artır. Qanun Azərbaycan Respublikasının qanunvericiliyi və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq və digər hüquqi normativlərə əsaslanır”.
S.Qafarova deyib ki, sosial şəbəkələrdə uşaqların müəyyən məlumat və informasiyalara əlçatımlılığının məhdudlaşdırılması texniki olaraq mümkün olan məsələdir. Bunun qanuni həllini həyata keçirmək olar: “Qanunda informasiya məhsullarının telekommunikasiya şəbəkələri vasitəsilə yayımının xüsusiyyətləri, uşaqlar üçün nəzərdə tutulan və qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair hüquqi tələblər də aydın şəkildə göstərilib. Bu qanunun qəbulundan sonra onun icrasına nəzarət məsələlərinin də uğurlu həllinə nail olunacağına inanıram”.
Müzakirələrdə çıxış edən millət vəkilləri Elman Nəsirov, Əflatun Amaşov, Aqil Abbas, Qənirə Paşayeva, Fəzail Ağamalı və Zahid Oruc qanun layihəsi ilə bağlı təkliflər irəli sürüblər.
Çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, uşaqların zərərli informasiyalardan qorunması hər kəsi narahat edir. Millət vəkillərinin çıxışlarında maraqlı təkliflərin səsləndirildiyini deyən vitse-spikerin sözlərinə görə, bu təkliflərin üzərində işlənilə bilər. “Bu sahədəki vəziyyət yalnız bu qanunla tənzimlənməyəcək. “Kütləvi informasiya vasitələri haqqında”, “Teleradio yayımı haqqında”, “Telekommunikasiya haqqında” qanunlarda da zərərli informasiyalar haqqında məlumatların yayılmasının qarşısının alınmasına dair müddəalar var. Bu, xüsusilə “Uşaq hüquqları haqqında” qanunda özünü ehtiva edir. Təhsil müəssisələrində, dərsliklərdə uşaqların zərərli informasiyalardan qorunması məsələləri də “Təhsil haqqında” qanunla tənzimlənir”, - deyən B.Muradova qeyd edib ki, bu problemin qarşısını almaq üçün cəmiyyətimizdə maarifləndirmə işləri gücləndirilməli, sosial şəbəkələrin, İKT-nin uşaqlara zərər verməməsi üçün tədbirlər görülməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

