Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ukraynalı deputat: Prezident İlham Əliyev güclü siyasi lider, islahatçı kimi böyük nüfuza malikdir

Ukraynalı deputat: Prezident İlham Əliyev güclü siyasi lider, islahatçı kimi böyük nüfuza malikdir

23.10.2018 [09:06]

Azərbaycan Prezidenti İlham Əliyev atası Heydər Əliyev kimi strateji hədəfləri yerinə yetirən güclü siyasi lider, islahatçı və modernist kimi böyük nüfuza malikdir. Türkiyədə Azərbaycan Prezidentinin iradəsi nəticəsində “Star” neft emalı zavodunun açılması da böyük planların tərkib hissəsidir. Prezident İlham Əliyevin dövlət başçısı olaraq 15 illik fəaliyyəti ən yüksək hörmət və qiymətə layiqdir.
Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev son 15 ildə ölkənin hərtərəfli inkişafına nail olub. Çoxsaylı islahatların nəticəsində Azərbaycanın iqtisadi, siyasi və enerji müstəqilliyi təmin edilib. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti nəticəsində ölkə dünya siyasətində xüsusi yer tutur.
“Hər dəfə Azərbaycanda olarkən bir daha əmin oluram ki, dövlətin düzgün strategiyası nəticəsində uğurlu sosial layihələr reallaşdırılıb. Şəhərlərin gözəlliyi, yol infrastrukturunun yenidən qurulması, xalqın rifahının artırılması və bu kimi islahatlar əhalinin dövlətinə, hakimiyyətinə, Prezidentinə inamını artırıb”, - deyə ukraynalı deputat əlavə edib.

Paylaş:
Baxılıb: 460 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31