Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AZƏRTAC ilə FENA xəbər agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

AZƏRTAC ilə FENA xəbər agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

27.10.2018 [10:53]

Oktyabrın 26-da Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Bosniya və Herseqovinanın Federal Xəbər Agentliyi (FENA) arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum VI Bakı Beynəlxalq Humanitar Forumunun “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda keçirilən işçi sessiyası çərçivəsində imzalanıb. Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və FENA xəbər agentliyinin baş direktoru Elmir Huremoviç imzalayıblar.
Anlaşma Memorandumu agentliklər arasında gündəlik xəbərlərin, foto və video informasiyaların, həmçinin mütəmadi olaraq kitabların, informasiya və arxiv sənədlərinin mübadiləsini nəzərdə tutur.
Qeyd edək ki, FENA agentliyi Bosniya və Herseqovina hökumətinin qərarı ilə 2000-ci ildə BH Press və Habena agentliklərinin birləşdirilməsi əsasında yaradılıb. Agentlik ölkədə əsas informasiya mənbələrindən biridir.

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31