Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında BMT İnkişaf Proqramının MAPS missiyasının rolu müzakirə edilib

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında BMT İnkişaf Proqramının MAPS missiyasının rolu müzakirə edilib

27.10.2018 [10:58]

Forumun dördüncü sessiyasında “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında BMT-nin İnkişaf Proqramının aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək missiyasının rolu” mövzusunda müzakirələr aparılıb.
Sessiyanın moderatoru, BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Rastislav Vrbenski BMT İnkişaf Proqramının aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək (MAPS) missiyasının DİM-ə nail olunması istiqamətində görülən işlərin intensivləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov DİM-in həyata keçirilməsinin sosial-iqtisadi və demoqrafik proseslərin qiymətləndirilməsinə böyük ehtiyac yaratdığını vurğulayaraq, bu baxımdan milli statistika qurumlarının üzərinə böyük vəzifələr düşdüyünü deyib. T.Budaqov bildirib ki, DSK Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illərdə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində beynəlxalq əməkdaşlıq şəraitində mühüm tədbirlər həyata keçirib.
DSK sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən irəli gələn məsələlərin həlli üçün 2018-2025-ci illərdə milli statistikanın inkişafına dair Dövlət Proqramının icrasına başlanılıb. DİM göstəriciləri ilə bağlı məlumatların əldə edilməsi üçün inzibati məlumat mənbələrindən və böyük məlumatlardan (Big Data) istifadə mühüm əhəmiyyət daşıyır. DSK dünyada ilk statistika qurumlarından biridir ki, 2015-ci ildə komitənin nəzdində dayanıqlı inkişaf statistikası şöbəsi yaradılıb.
Belarus Xarici İşlər Nazirliyinin Çoxtərəfli Diplomatiya Baş İdarəsinin direktoru Larisa Belskaya bildirib ki, statistika olmadan DİM Gündəliyinin həyata keçirilməsinin səviyyəsini öyrənmək mümkün deyil. L.Belskaya Azərbaycanın təcrübəsindən istifadə edilərək ölkəsində “gənc səfirlər”in hazırlanmasına başlanıldığını və digər layihələrin həyata keçirildiyini bildirib.
Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Miloş Prisa ölkəsində “Zamisli 2030” proqramında həm DİM-ə nail olmaq, həm də Avropa İttifaqına qoşulmaq üçün öhdəliklərin yerinə yetirilməsi məsələlərinin əksini tapdığını deyib.
BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional Bürosunun baş məsləhətçisi Ben Slay DİM-in həyata keçirilməsinin maliyyələşmə mexanizmindən danışıb. Azərbaycanda MAPS missiyasının həyata keçirilməsinin bir çox ölkələr üçün örnək olduğunu vurğulayan Ben Slay deyib ki, Azərbaycan bu fəaliyyətə qoşulan ilk ölkələrdəndir.
BMT-nin Ərzaq Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Mələk Çakmak Dayanıqlı İnkişaf üzrə Forumun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Ərzaq təhlükəsizliyi məsələsində kənd təsərrüfatının inkişafının önəmini xüsusi vurğulayan M.Çakmak FAO-nun Azərbaycan hökuməti, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsçüsü və rəhbəri olduğu IDEA İctimai Birliyi ilə səmərəli əməkdaşlıq etdiyini deyib.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib ki, DİM-ə nail olunmasında MAPS missiyası mühüm rol oynayır. Bu prosesdə təhsilin rolunu yüksək qiymətləndirən E.Karvardin deyib ki, təhsilli, yüksək texnologiyalardan istifadə qabiliyyətinə yiyələnən gənclər DİM-ə nail olmaq yolunda mühüm rol oynayacaqlar.

Paylaş:
Baxılıb: 519 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31