/ / Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəlikləri yerinə yetirən ölkələr arasında ilk sıralardadır
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəlikləri yerinə yetirən ölkələr arasında ilk sıralardadır
27.10.2018 [10:59]
Forumun Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın moderatorluğu ilə keçən üçüncü sessiyası “2030-cu ilədək dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq” mövzusuna həsr edilib.
DİM-ə nail olunması istiqamətində ölkəmizdə görülən işlərdən danışan E.Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 il əvvəl qadınlara kişilərlə bərabər seçib-seçilmək hüququ verdiyini deyib. Ombudsman qeyd edib ki, bütün sahələrdə sürətlə irəliləyən Azərbaycan DİM-in gerçəkləşməsində də mühüm uğurlar qazanıb. Bu, özünü dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətin təşviqində, hamının ədalət məhkəməsinə çıxış imkanının təmin edilməsində və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatların qurulmasında, yeni təşəbbüslərin həyata keçməsində əksini tapıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın bir milyondan çox vətəndaşının hüquqlarının pozulduğunu vurğulayan E.Süleymanova deyib ki, DİM-in həyata keçirilməsi istiqamətində mühüm addımlar atan Azərbaycan üçün sülh və inkişaf çox vacibdir. O, Azərbaycanın DİM-ə çatmaq istiqamətində öhdəlikləri yerinə yetirən ölkələr arasında ilk sıralarda olduğunu vurğulayıb, bu baxımdan Prezident İlham Əliyevin ötən il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamın əhəmiyyətini xüsusi qeyd edib.
BMT baş katibinin hüquq, təhlükəsizlik və təşkilatlar üzrə köməkçisi Aleksandr Zuev belə mötəbər Foruma dəvət olunmasına görə minnətdarlığını bildirib. Son illər Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan A.Zuev əldə edilmiş uğurlara görə təbriklərini çatdırıb, Forumun önəmini yüksək qiymətləndirib.
Türkiyənin insan hüquqları üzrə baş müvəkkili Şərəf Malkoç Azərbaycana hər səfərində gördüyü sürətli inkişafdan məmnunluğunu bildirib. Dayanıqlı inkişafa dair belə mötəbər tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan Ş.Malkoç Azərbaycan və Türkiyə prezidentlərinin siyasi iradələri ilə həyata keçirilən nəhəng transmilli layihələrin regionda və dünyada sabitliyə, inkişafa və əməkdaşlığa təkan verdiyini qeyd edib.
Dünyada baş verən münaqişələrin böyük insan axınına səbəb olduğunu deyən Ş.Malkoç bildirib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalıb. Türkiyə qonşuluğunda baş verən münaqişə ilə əlaqədar 4 milyona yaxın suriyalını qəbul edib. Dünya ictimaiyyətinin münaqişələrin həllinə ikili standartlardan yanaşdığını vurğulayan Ş.Malkoç Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmədiyini diqqətə çatdırıb.
Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Miloş Prisa münaqişələrin DİM-in həyata keçirilməsi üçün ən böyük maneə olduğunu vurğulayıb.
Qazaxıstanın insan hüquqları üzrə müvəkkili Askar Şakirov Forumun ölkəsi üçün vacib vaxta - DİM ilə bağlı icmal sənədin hazırlanması dövrünə təsadüf etməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, Qazaxıstan DİM-in həyata keçirilməsinə böyük önəm verir. DİM-in müddəalarının 61 faizi Qazaxıstanın milli strateji proqramlarında əksini tapıb.
Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu gün Azərbaycan dünyaya multikulturalizm dəyərlərini ixrac edən, beynəlxalq sülhə, təhlükəsizliyə mühüm töhfə verən ölkə kimi tanınır. Bu Forum da Azərbaycanın dünyada humanitar dəyərləri təbliğ etməsinin göstəricisidir.
Xarici İşlər Nazirliyinin Humanitar Siyasət İdarəsinin rəisi Əlimirzamin Əsgərov vurğulayıb ki, Azərbaycan DİM-i milli inkişaf strategiyasında nəzərə alaraq, yaxşı idarəetməni, davamlı inkişafı və qanunun aliliyini gücləndirən, insan hüquqlarına hörməti, ictimai xidmətlərin asanlığını təmin edən genişmiqyaslı proqramlar həyata keçirib, inklüziv cəmiyyətlərin qurulmasını təbliğ edir. İnkişaf etməkdə olan ölkələr arasında Azərbaycan sosial inklüzivlik indeksinə görə üçüncü yerdədir. Dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsi və yaxşı idarəçilik sahəsində mühüm işlərdən biri də dövlət qulluğuna qəbulun şəffaflaşdırılmasıdır.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

