“Forbes” internet jurnalı Sofiyanın ASAN səfərindən yazır
30.10.2018 [08:36]
Dünyanın məşhur “Forbes” internet jurnalında Paul Armstrongun müəllifliyi ilə “Dünyada ilk dəfə viza alan AI (Artificial Intelligence - Süni intellekt) Humanoid Sophia Prezidentlə danışır” başlıqlı yazı dərc olunub. Yazı saytın manşetinə çıxarılıb və “facebook” səhifəsində paylaşılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, Qafqaza səfəri çərçivəsində Sofiya robotu ağıllı texnologiyaların tətbiqi ilə Bakının Beynəlxalq Hava Limanında 2 dəqiqə ərzində viza əldə edib. Səfərin və Sofiya üçün vizanın təmin edilməsi BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi “ASAN xidmət” tərəfindən elektron hökumət xidmətləri vasitəsilə təmin edilib.
Diqqətə çatdırılıb ki, hər bir şəxs “ASAN xidmət” mərkəzlərində doğum, ölüm, nikah və ya boşanma sənədləşmələri, pasport, sürücülük vəsiqəsini yeniləmə, hüquqi şəxslərin qeydiyyatı, pulsuz hüquqi məsləhətləşmə, tibbi, tərcümə və başqa bir sıra xidmətlərdən yararlana bilər. Hanson Robotics Sofiyanın qlobal səfərlərinin növbəti dayanacağının Azərbaycan ola biləcəyini açıqladığı zaman “ASAN xidmət” bu fürsəti dəyərləndirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Sofiyanın “ASAN” üçün mükəmməl bir vəhdət olduğunu vurğulayıb. Elektronluğun onun yaradılışının əsası olduğu və “ASAN” olaraq xidmətlərin elektron formada da təqdim edildiyi bildirilib.
Məqsədi süni intellektin insanlar üçün müsbətyönümlü bir güc olmasını və təhdid olmamasını təmin etmək olan Avropa təşkilatı “Good Technology Collective”in Cənubi Afrikadan olan mühəndisi Travis Skot elektron xidmətlərin göstərilməsinə Dövlət Agentliyinin rəhbərlik etməsinin qeyri-adi bir hal olduğunu, lakin dövlətlər üçün bu inkişafın daha da gücləndirilməsinin vacibliyini qeyd edib. Elektron və kiber texnologiyaların əksəriyyətinin hökumətdə deyil, özəl sektorda özünə yer tapdığını, buna görə də “ASAN”ı bir dövlət təşkilatı olaraq bu sahədə fərqləndiyinə görə alqışladığını vurğulayıb.
Beynəlxalq miqyasda humanoidə viza verərək tanınan “ASAN xidmət”in daha bir addım ataraq “ASAN həyat” kompleksinin açılışı zamanı Sofiyanın Azərbaycan Respublikasının Prezidenti ilə söhbətini təşkil etdiyi vurğulanıb.
Prezidentlə görüşü zamanı Sofiya Onun suallarını cavablandırıb və bir neçə mesajını bölüşüb. İşləmə prinsipi əsasında Sofiya daxilindəki kamera vasitəsilə qarşısındakının üz ifadələrini oxuya və nə vaxt cavab verə biləcəyini qərarlaşdıra bilir.
Audrey Hepburnə iltifatən Hanson Robotics şirkəti tərəfindən yaradılan Sofiya robotu Prezidentlə söhbəti zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunda “ASAN viza” aldığını bildirib və Bakı memarlığı haqqındakı düşüncələrini bölüşüb.
Sofiya, həmçinin “ASAN” təşəbbüsünü dəstəklədiyini və yüksək qiymətləndirdiyini bildirib. “Bura (ASAN kompleksinin açılışında Prezidentə xitabən) ziyarətiniz elektron idarəetmə və innovasiya ekosisteminə xüsusi diqqətinizi göstərir”.
Yazıda səfərin əsasən iki məqam ilə yadda qaldığı qeyd olunub. “ASAN”ın vətəndaşların həyatını asanlaşdırmaq üçün elektron və kiber texnologiyalardan istifadə etdiyi və Hanson Roboticsin süni intellektinin yalnız ona verilən vəzifələrlə (məsələn təmizlik işləri kimi) kifayətlənməyəcəyini, həmçinin insanlarla sərbəst ünsiyyətdə ola bilmək kimi bacarıqlarının da olduğu diqqətə çatdırılıb.
Dünya mediası üzrə ən çox oxunan yazıları bir araya toplayan və ABŞ-da oxunma sayına görə ilk onluqda yer alan “Drudge Report” saytı “Forbes” internet jurnalının müvafiq xəbərini öz siyahısına əlavə edib və məqaləyə keçid linki verib.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

