Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AİDA-nın rəhbəri Parisdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının səmərəliliyinin artırılmasına dair keçirilən görüşdə iştirak edib

AİDA-nın rəhbəri Parisdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının səmərəliliyinin artırılmasına dair keçirilən görüşdə iştirak edib

02.11.2018 [09:23]

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbəri Seymur Fətəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin qonaq statusunda təmsil olunduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin (OECD/DAC) nəticələr şurasının Parisdə keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının səmərəliliyinin artırılmasına həsr olunan görüşündə iştirak edib.
AZƏRTAC xəbər verir ki, görüşün əsas məqsədi Komitəyə üzv və qonaq statusu daşıyan ölkələrin inkişafa yardım təşkilatlarının Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində gördüyü işlərin qiymətləndirilməsi olub. Bu ölkələrin üzləşdikləri ümumi çətinliklərin aradan qaldırılması üsulları müzakirə edilib.
Görüşdə çoxtərəfli təşkilatlar, yeni yaranan donorlar və tərəfdaş ölkələr tərəfindən dayanıqlı inkişaf məqsədlərinə çatmaq istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 628 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31