Prezident İlham Əliyevin adından Süleyman Dəmirəlin məzarı önünə əklil qoyulub
02.11.2018 [09:40]
Türkiyənin 9-cu Prezidenti, görkəmli siyasi və dövlət xadimi Süleyman Dəmirəlin anadan olmasının 94-cü ildönümü münasibətilə İsparta şəhərinin İslamköy kəndində anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Süleyman Dəmirəlin prezidentliyi dövründə nazir, millət vəkili və digər siyasi vəzifələrdə təmsil olunan şəxslər, həmçinin onun yaxınları və sevənləri iştirak ediblər.
Mərasim Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra Süleyman Dəmirəlin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görkəmli dövlət xadiminin məzarı ehtiramla ziyarət olunub.
Abidə-məzar kompleksinin önünə Azərbaycan Prezidenti İlham Əliyevin adından əklil qoyulub.
Tədbirdə Süleyman Dəmirəlin 20 il şəxsi həkimi olan, hazırda Türkiyə Böyük Millət Məclisinin üzvü Aylin Cəsur, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və başqaları çıxış ediblər.
Səfir Xəzər İbrahim Süleyman Dəmirəlin yaxınlarına Azərbaycan Prezidenti İlham Əliyevin adından başsağlığı verib, mərhum dövlət xadiminin Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı üçün göstərdiyi xidmətlərdən, o cümlədən Ulu öndər Heydər Əliyevlə olan səmimi dostluq münasibətlərindən danışıb. Səfir diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Süleyman Dəmirəlin hər zaman Azərbaycanın yaxın dostu olduğunu və onun xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını ifadə edib.
Digər natiqlər də Süleyman Dəmirəl haqqında dəyərli fikirlər söyləyib, onunla bağlı xatirələrini bölüşüblər.
Sonra iştirakçılar İslamköydəki Süleyman Dəmirəl muzeyində olublar.
Qeyd edək ki, bu muzeydə Süleyman Dəmirəlin Ulu öndər Heydər Əliyevlə birgə fotolarından, Azərbaycanla bağlı ona verilmiş müxtəlif hədiyyələr və mükafatlardan ibarət guşə yaradılıb.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

