Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Belçika parlamentinin üzvünün Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır

Belçika parlamentinin üzvünün Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır

03.11.2018 [10:40]

Bu cür səfərlər faktiki olaraq separatizmin dəstəklənməsinə xidmət edir
Regional və beynəlxalq təhlükəsizliyin təmin olunması, təhdid ünsürlərinin aradan qaldırılması müasir dövrdə strateji əhəmiyyətə malik olan məsələlərdəndir. Sirr deyil ki, separatizm və təcavüzkar siyasət də regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır, milli dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş destruktiv faktor kimi çıxış edir. Bu məqamda vurğulamaq lazımdır ki, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqaz regionunda isə Ermənistanın işğalçı siyasəti bölgənin təhlükəsizliyini ciddi təhdidlərlə qarşı-qarşıya qoyur. Xüsusilə də, Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “Dağlıq Qarabağ” rejiminin mövcudluğu beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasının bariz təzahürüdür. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına bir sıra xarici şəxslərin səfərlərinin təşkil edilməsi də işğal altındakı Dağlıq Qarabağda yaradılan qondarma rejimi təbliğ etməyə, eyni zamanda, separatizmin təşviq olunmasına xidmət edir. Əlbəttə, Azərbaycan həmişə bu cür qanunazidd hərəkətlərin cavabını verir, müvafiq tədbirlər görür. Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən şəxslər ölkə qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur, onların ölkəmizə gəlişinə qadağa qoyulur.
Bu məqamda qeyd etmək lazımdır ki, Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flaonun və onun müavini Culi Szmayın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etmələri qanunsuz addım olmaqla təxribatçı hərəkətlər sırasındadır. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi Belçika parlamentinin üzvünün işğal olunmuş ərazilərimizə qanunsuz səfərini araşdırır. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, qanunsuz səfərə görə onların adlarının “arzuolunmaz şəxslərin siyahısı”na daxil edilməsinə dair qərar qəbul ediləcək.
Əlbəttə, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına və etirazına səbəb olan bu cür addımlar - illeqal xarakter daşıyan bu səfər ilk növbədə beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun deyil. Digər tərəfdən, yuxarıda da vurğuladığımız kimi ölkəmizin qanunlarına zidd olan bu hal Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin təşviqinə xidmət edir.
Ümumiyyətlə, belə hallar bütövlükdə milli dövlətlərin ərazi bütövlüyü və suverenliyinin heçə sayılması, beynəlxalq qanunvericiliyin tələblərinin pozulmasıdır. Belə qəbuledilməz hallar həmçinin mənfi presedentlərin meydana çıxmasına rəvac verir. Bu isə regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır. Dünya ictimaiyyətinə məlumdur ki, müasir dövrdə regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan dağıdıcı - destruktiv faktorlar sırasında separatizm və təcavüzkar siyasət xüsusi yer tutur. Ona görə də dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalı, bu məsələ ilə bağlı ikili standartlara yol verilməməlidir. Həm ayrı-ayrı ölkələrin, həm də bəzi beynəlxalq təşkilatların ikili standartlar siyasətinə son qoyaraq separatçı rejimlərlə hər cür əlaqələri kəsməsi, eləcə də onları dəstəkləməsini dayandırması mütləq zərurətdir.
Beləliklə, Belçika parlamentinin üzvünün Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri qəbuledilməzdir. Bu cür səfərlər separatizmin dəstəklənməsinə xidmət edir.
Nurlan

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31