Dmitri Savelyev: Feyk-xəbərlər yaradılması texnologiyaları getdikcə daha da təkmilləşir
15.11.2018 [09:36]
VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC tərəfindən təşkil olunmuş “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya Forumun ən mühüm sessiyalarından biri idi. Şübhəsiz ki, Forumun əsas hadisəsi Azərbaycan Prezidenti İlham Əliyevin “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda nitq söylədiyi açılış mərasimi oldu.
Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyib. O, işçi sessiyanın yüksək səviyyədə təşkilinə görə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkür edib.
Bakı Beynəlxalq Humanitar Forumunun bütün dünya üçün əlamətdar hadisə olduğunu vurğulayan Dmitri Savelyev deyib: “Biz görürük ki, bu Forumun nüfuzu ildən-ilə daha da artır, dünyanın hər yerindən görkəmli insanlar bu tədbirdə iştirak etmək üçün Bakıya gəlirlər. Mən “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda sessiyada iştirak etdim. Sessiya riyakar kütləvi informasiya vasitələrinin və hətta bəzi dövlətlərin istifadə etdikləri ikili standartlara həsr olunmuşdu. Biz informasiyanın verilməsində KİV nümayəndələrinin mənəvi məsuliyyətinin artırılmasının, informasiyanın sözün həqiqi mənasında dürüst və doğru olmasının zəruriliyindən danışdıq. Hesab edirik ki, informasiya günün hər hansı siyasi konyunkturuna uyğunlaşdırılmamalı, xüsusən də siyasi və dövlətlərarası mübarizə silahı, başqa dövlətlərin alçaldılması vasitəsi olmamalıdır. Təəssüf ki, bu cür vasitələrdən dünya praktikasında yetərincə tez-tez istifadə olunur. Feyk-xəbər adlandırılan xəbərlərin yaradılması texnologiyaları getdikcə daha da təkmilləşir”.
Dmitri Savelyevin fikrincə, cəmiyyətin yanlış məlumatlandırılması planetimizdə sülhə və sabitliyə təhlükə yaradır. O deyib: “Bütün dünyanın rəqəmsal dövrə qədəm qoyduğunu, feyk-xəbərlər verilməsi vasitələrinin təkmilləşdiyini və getdikcə daha geniş auditoriyanı əhatə etdiyini nəzərə alsaq, deyə bilərik ki, bu, kütləvi qırğın silahına çevrilir. Biz nüvə, kimyəvi və bioloji silahları kütləvi qırğın silahları hesab edirik, lakin yanlış məlumatlandırma öz dağıdıcılığına görə onlardan heç də az təhlükəli deyil. Sessiya çərçivəsində bu cür dağıdıcı mexanizmlərə qarşı mübarizə məsələlərini müzakirə etdik. Buna görə də bu işçi sessiya Forumun ən mühüm sessiyalarından biri oldu”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

