Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Georq Stava: Azərbaycan Avropada məhkəmə sistemi sahəsində ən dinamik inkişaf edən ölkələrdəndir

Georq Stava: Azərbaycan Avropada məhkəmə sistemi sahəsində ən dinamik inkişaf edən ölkələrdəndir

23.11.2018 [09:11]

Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vəzifələrindən biri Avropada məhkəmə sistemlərinin fəaliyyətinin qiymətləndirilməsidir. Azərbaycan Avropa dövlətləri arasında bu sahədə ən dinamik inkişaf edən ölkələrdəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 22-də Bakıda Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr olunan “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfransda iştirak edən CEPEJ-in prezidenti Georq Stava jurnalistlərə müsahibəsində deyib.
G.Stava bildirib ki, bu gün Azərbaycanda sürətli iqtisadi inkişaf müşayiət olunur. Bununla bağlı məhkəmələrdə mülki sahədə işlərin sayı da artır. Bu da Azərbaycan məhkəmə sisteminin daha da müasirləşdirilməsini şərtləndirir. Ölkənizdə bu sahədə böyük layihələr həyata keçirilir. Azərbaycan artıq bir neçə sahədə, xüsusilə müasir məhkəmə infrastrukturunun yaradılması, məhkəmə sistemində qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və məhkəmələrdə elektron əlçatanlığın artırılması sahələrində ön sıralardadır. Eyni zamanda, məhkəmə fəaliyyətinin qiymətləndirilməsi üçün sizin ölkənizdə xüsusi sistem yaradılıb ki, o da məhkəmə sədrlərinin proses barədə təhlillər aparmasına imkan verir. Bütün bu misallar artıq Avropada müsbət təcrübə kimi qiymətləndirilib və digər ölkələrə örnək kimi təbliğ olunur.

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31