Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İraq Türkmən nümayəndə heyəti “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub

İraq Türkmən nümayəndə heyəti “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub

30.11.2018 [10:24]

Azərbaycanda səfərdə olan İraq Türkmən nümayəndə heyəti noyabrın 29-da “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub.
Qonaqları salamlayan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu tarixən Azərbaycan ilə İraq arasında çox yaxşı münasibətlərin olduğunu və bu münasibətlərin hazırda da davam etdiyini diqqətə çatdırıb. Millət vəkili Kərkükdə yaşayan türkmənlərin İraq ilə Azərbaycan arasında mənəvi körpü rolu oynadığını vurğulayıb. Hikmət Babaoğlu əlavə edib ki, Kərkükdə yaşayan türkmənlərin Azərbaycan xalqı ilə dil və mədəni bənzərliyi iki ölkə arasında münasibətlərin inkişafı üçün əlverişli şərait və etibarlı zəmin yaradır. Baş redaktor vurğulayıb ki, İraqda türkmən dilində qəzetin çap olunması, türkmən mədəniyyətinin bu ölkədə təbliğ edilməsi üçün müvafiq şərtlərin formalaşdırılması mühüm əhəmiyyətə malikdir və bu, Azərbaycan xalqı tərəfindən də təqdirəlayiq hesab edilir.
“Kərkük” qəzetinin baş redaktoru, İraq Türkmən Jurnalistlər Cəmiyyətinin sədri Şəmsəddin Kuzəçi isə görüşdən böyük məmnunluq hissi keçirdiyini vurğulayaraq bildirib ki, nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi İraq türkmənlərinin böyük ədəbiyyat tarixçisi, araşdırmaçı-yazar Ata Terzibaşının vəfatının üçüncü ildönümü ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsidir. O, ölkəmizdə bu istiqamətdə bir çox görüşlər keçirdiklərini bildirərək diqqətə çatdırıb ki, bu tədbirlər mədəni əlaqələrin inkişafına xidmət edir. Media sahəsində də əməkdaşlığın əhəmiyyətini vurğulayan Şəmsəddin Kuzəçi qeyd edib ki, bu istiqamətdə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, əlaqələrin dərinləşdirilməsi tərəflər üçün olduqca önəmlidir.
Görüşdə “Türkmeneli” qəzetinin və jurnalının baş redaktoru Necat Kevseroğlu, İraq Türkmən Jurnalistlər Cəmiyyətinin xarici əlaqələr üzrə məsul şəxsi Kürşat Çavuşoğlu da iştirak ediblər.

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31