/ / Həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan beynəlxalq birliyin layiqli üzvünə çevrilib
Həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan beynəlxalq birliyin layiqli üzvünə çevrilib
01.12.2018 [11:15]
Müasir dövrdə ölkələrin, xalqların siyasi, iqtisadi, humanitar və digər müstəvilərdə qarşılıqlı əməkdaşlığı ilə bağlı çağırışların aktuallığı daha da artıb. Bu baxımdan Azərbaycanın reallıqları diqqətəlayiqdir. Belə ki, milli maraqlara əsaslanan və ölkənin hərtərəfli inkişafını hədəfləyən məqsədyönlü daxili siyasət həyata keçirən Azərbaycan, eyni zamanda çoxvektorlu fəal xarici siyasət kursuna malikdir. Bunun nəticəsidir ki, respublikamız qısa müstəqillik tarixində istər əksər xarici dövlətlərlə, istərsə də beynəlxalq təşkilatlarla sıx münasibətlər qurmağa nail olub və qlobal miqyasda ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə artıb.
Respublikamız səmərəli regional əməkdaşlıq platformalarının yaradılmasına xüsusi səy göstərir
Xalqımızın nəsildən-nəslə ötürülən dəyərlər sistemində qonşuluq amili müstəsna yer tutur. Həyata keçirdiyi məqsədyönlü siyasətində daim cəmiyyətin sosial sifarişlərini əsas götürən müstəqil Azərbaycan dövləti də xarici siyasət kursunda səmərəli regional əməkdaşlıq platformalarının yaradılmasına xüsusi səy göstərir. Bu gün Azərbaycan regionda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir.
Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb. Öz növbəsində Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır.
Türkiyə ilə Azərbaycanı eyni zamanda müxtəlif enerji və nəqliyyat layihələrində fəal təmsilçilik, ortaq maraqlar birləşdirir. Cari il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin, oktyabrın 19-da isə İzmir şəhərində Azərbaycanın investisiya qoyuluşu hesabına inşa edilən “Star” neft emalı zavodunun istifadəyə verilməsi çox haqlı olaraq iki qardaş ölkənin dostluğunun, həmrəyliyinin əlaməti kimi dəyərləndirilir.
Qonşu dövlətlər olan Azərbaycanla Gürcüstanın siyasi və iqtisadi maraqları üst-üstə düşür. Gürcüstan regionda respublikamızın moderatorluğu ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində yer alır. Azərbaycan 2012-ci ildən bəri Gürcüstana sərmayə qoyan xarici ölkələrin arasında liderliyini qoruyub saxlayır.
Azərbaycanla İran arasında münasibətlərin möhkəmlənməsi regional əməkdaşlığın dərinləşməsinə yaxşı nümunədir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin 70 faizədək artması məmnunluq doğurur. Eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu genişlənir. Enerji sektorunda əməkdaşlıq isə Azərbaycanla İran arasında münasibətlərin ənənəvi istiqamətidir. İki ölkə həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal əməkdaşlıq edirlər.
Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Buraya həm siyasi, həm də iqtisadi və humanitar sferalar daxildir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələr çox uğurla inkişaf edir. Hazırda iki ölkənin ayrı-ayrı regionları arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir. Qeyd edək ki, Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır.
Azərbaycan regional əməkdaşlıq siyasəti çərçivəsində MDB ölkələri ilə sıx münasibətlər qurub. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2018-ci ilin birinci yarısında ölkəmizin MDB məkanı ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizdən çox artıb.
Azərbaycanın Avropa ölkələri və ABŞ üçün önəmi getdikcə artır
Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın Avropa ölkələri və ABŞ üçün də önəmi getdikcə artır. Amerika Birləşmiş Ştatları respublikamızın terrorizmə qarşı mübarizə tədbirlərində fəal iştirakını yüksək qiymətləndirir. Eyni zamanda, bu ölkə Azərbaycanın moderatorluğu ilə reallaşdırılan enerji və nəqliyyat layihələrinə daim yüksək dəstək nümayiş etdirir.
Avropa İttifaqı ilə Azərbaycan perspektivdə münasibətlərin daha da dərinləşməsinə siyasi iradə ortaya qoyurlar. Bunu tərəflərin yeni Saziş üzərində işləməsi bir daha təsdiqləyir. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün çox önəmlidir. Belə bir diqqətəlayiq faktı da vurğulamaq yerinə düşər ki, Azərbaycanla Avropa İttifaqına daxil olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
Azərbaycanla Avropa ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və bu səfərlər çərçivəsində imzalanan yeni müqavilələrin böyük rolu var. 2018-ci ilin əvvəlindən bəri Prezident İlham Əliyevin Böyük Britaniyaya, Fransaya, Xorvatiyaya səfərləri baş tutub. Kifayət qədər məhsuldar keçən bu səfərlər çərçivəsində Azərbaycanın imkanları təqdim olunub və bir sıra önəmli sənədlər imzalanıb.
Avropa məkanında yerləşən dövlətlərin yüksək səviyyəli rəsmiləri də Azərbaycana müntəzəm səfərlər edirlər. 2018-ci ilin iyul ayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycanda səfərdə olub. Vurğulamaq yerinə düşər ki, İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Belə ki, 2017-ci ildə ölkəmizin xarici ticarət dövriyyəsində İtaliya 21 faiz paya malik olmaqla ilk yerdə qərarlaşıb və bu ilin ötən dövrü ərzində də liderliyini qoruyub saxlayıb.
Azərbaycanla Avropanın önəmli dövləti olan Almaniya arasında siyasi münasibətlər yüksək səviyyədədir. Eyni zamanda, iki ölkə arasında iqtisadi sahədə əlaqələr də getdikcə genişlənir. Hazırda Azərbaycan Almaniyanın regionda ən böyük ticarət tərəfdaşıdır. Ekspertlərin qənaətinə görə, siyasi nüfuzu və iqtisadi çəkisi baxımından bütün dünyada önəmli mövqe tutan Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində cari il avqustun 25-də Bakıya gəlməsi iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək.
Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr müsəlman ölkələri tərəfindən yüksək dəyərləndirilir.
Azərbaycan özünün çoxvektorlu xarici siyasətində İslam aləmi ilə sıx münasibətlər qurulmasına xüsusi önəm verir. Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda bütün müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvünə çevrilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurub. Bu çərçivədə həyata keçirilən bir çox layihələr Azərbaycanla İslam ölkələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə davamlı olaraq səy göstərir. Respublikamızda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ildə elan olunan “İslam Həmrəyliyi İli” çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilib. 2017-ci ilin birinci yarısında Bakıda əksər İslam ölkələrinin təmsilçilərinin iştirakı ilə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının başa çatmasından xeyli müddət ötsə də, bu möhtəşəm tədbirlə bağlı təəssüratlar hələ də yaddaşlarda qalmaqdadır. Azərbaycan İslam aləminə böyük rəğbətinin ifadəsi olaraq Oyunların yüksək səviyyədə keçməsinə nail olmaq üçün hər şeyi etdi.
Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr müsəlman ölkələri tərəfindən yüksək dəyərləndirilir. Təsadüfi deyil ki, 2018-ci il Azərbaycanın daha bir şəhəri, Bakıdan sonra bu dəfə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bu, bütün müsəlman aləminin Azərbaycana olan böyük hörmətinin təzahürüdür.
Beynəlxalq təşkilatlar respublikamızın ərazi bütövlüyünə dəstək nümayiş etdirirlər
Müstəqil Azərbaycanın uğurlu xarici siyasətindən və bunun nəticəsində qlobal miqyasda nüfuzunun artmasından söhbət açarkən ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığının dərinləşməsini də xüsusi qeyd etmək lazımdır. Bu gün müstəqil Azərbaycan öz haqq səsini üzv olduğu BMT-nin, AŞPA-nın, İƏT-in və digər mötəbər beynəlxalq təşkilatların tribunalarından bütün dünyaya çatdırır. Respublikamızın qısa müstəqillik tarixində - 2011-ci ilin oktyabrında 155 dövlətin dəstəyini qazanaraq BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi son dərəcə qürurverici haldır. Bu, bütün dünyada ölkəmizə olan böyük inamın və hörmətin ifadəsidir.
Müstəqil Azərbaycan beynəlxalq birliyin digər nüfuzlu təşkilatı olan Qoşulmama Hərəkatında da uğurla fəaliyyət göstərir. Xatırladaq ki, 2018-ci ildə Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin böyük bir konfransı keçirildi. Qarşıdan gələn 2019-cu ildə respublikamız Qoşulmama Hərəkatına sədrlik edəcək və Bakıda qurumun Zirvə görüşü keçiriləcək.
Respublikamız eyni zamanda, NATO-nun etibarlı tərəfdaşıdır. Azərbaycan əsgərləri 2002-ci ildən NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edirlər. Bu yaxınlarda isə Azərbaycan Əfqanıstandakı hərbi kontingentini 120 hərbçiyə qədər artırıb. Qeyd edək ki, NATO Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını təqdir edərək yüksək qiymətləndirir.
Azərbaycan ikitərəfli və çoxtərəfli platformalarda, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarda yüksək fəallıq nümayiş etdirərək həm də ölkəmizin əsas problemi - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda o prinsipdən çıxış edir ki, beynəlxalq hüquq həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə də şamil edilməlidir. Qeyd edək ki, indiyədək dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı bir çox qərar və qətnamələr qəbul ediblər. Belə ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. ATƏT, AŞPA, İƏT, Avropa İttifaqı və digər beynəlxalq qurumlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədləri imzalayıblar.
Mübariz ABDULLAYEV
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48

