Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib
04.12.2018 [10:24]
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı - Müstəqilliyin 47-ci ildönümü münasibətilə dekabrın 3-də bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi BƏƏ-nin inkişaf tarixi barədə məlumat verib. Bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər, ölkə başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari- iqtisadi və mədəni əlaqələr, BƏƏ-dən təşrif buyuran turistlərin sayının artması müxtəlif sahələrdə əlaqələrimizin nə dərəcədə möhkəm olmasına dəlalət edir. Səfir ölkələrimiz arasında mövcud olan əlaqələrin genişləndirilməsinə öz töhfəsini verən BƏƏ-Azərbaycan Ticarət Məclisinin artıq üç ildir fəaliyyət göstərdiyini deyib.
Azərbaycan Hökuməti adından Birləşmiş Ərəb Əmirlikləri xalqını bayram münasibətilə təbrik edən iqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir. Bu münasibət qarşılıqlı hörmətə, güclü dostluq və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir və güclənir. Bunu şərtləndirən əsas amil kimi ölkə rəhbərlərinin siyasi iradəsi və yaxın dostluq münasibətlərini xüsusi vurğulamaq lazımdır. Əməkdaşlığımızın möhkəm hüquqi bazası var - ölkələrimiz arasında 40-dan çox sənəd, saziş imzalanıb. “Made in Azerbaijan” brendi altında məhsullarımızın təşviqi məqsədilə cari il dekabrın 8-11-də Əbu-Dabi və Şarja şəhərlərində ixrac missiyası təşkil ediləcək. Nazir qeyd edib ki, Dubayda Azərbaycan Ticarət Evinin yaradılması istiqamətində işlər artıq başa çatdırılır. Qarşılıqlı etimad, öz növbəsində investisiya əməkdaşlığına müsbət dinamika verib. BƏƏ-nin ölkəmizə yatırdığı 2,1 milyard dollar investisiyanın 1,3 milyardı neft sektoruna, 806 milyonu isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycan tərəfindən isə BƏƏ-yə 330 milyon dollar sərmayə yatırılıb. Azərbaycanda 30-a yaxın Birləşmiş Ərəb Əmirlikləri şirkəti fəaliyyət göstərir. Ölkələrimiz arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq imkanları genişdir. İnanıram ki, dövlətimizin başçısının müəyyənləşdirdiyi siyasətə uyğun olaraq birgə səylərimiz əsasında Azərbaycan-BƏƏ əməkdaşlığı bundan sonra daha da inkişaf edəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

