/ / Vüqar Rəhimzadə: Azərbaycanda həyata keçirilən islahatlar insanların daha yaxşı yaşaması üçündür
Vüqar Rəhimzadə: Azərbaycanda həyata keçirilən islahatlar insanların daha yaxşı yaşaması üçündür
07.12.2018 [10:09]
Azərbaycanda həyata keçirilən islahatlar insanların daha yaxşı yaşaması üçündür.
Bu fikirləri Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Ekspert xatırladıb ki, bu günlərdə Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib: “Sənədə nəzər yetirdikdə aydın olur ki, növbəti ilin dövlət büdcəsi də sosialyönümlü olacaq. Belə ki, büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Növbəti ildə əhalinin sağlamlığının qorunması da diqqət mərkəzində olacaq. Gələn il səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni 32 faiz çoxdur. Bununla yanaşı, icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Təhsil xərcləri isə 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq”.
V.Rəhimzadə qeyd edib ki, ehtiyac meyarının, əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimumu məbləğinin, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərin artırılması ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələridir: “2019-cu ildə ehtiyac meyarının həddinin 13 manat artırılaraq 143 manata, əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimumu məbləğinin 173 manatdan 180 manata çatdırılması planlaşdırılır. Həmçinin qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 262 milyon manat vəsait ayrılacaq. Bu rəqəm 2018-ci illə müqayisədə 7 faiz çoxdur. Dövlət büdcəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsinin davam etdirilməsi üçün 50 milyon manat vəsaitin ayrılması da nəzərdə tutulur. Rəqəmlərdən də göründüyü kimi, dövlət siyasətinin mərkəzində insan amili dayanır. Görülən işlər, həyata keçirilən islahatlar insanların daha yaxşı yaşaması, onların dövlətin diqqət və qayğısı ilə əhatə olunması üçündür”.
Baş redaktor əlavə edib ki, gələn ilin büdcəsində ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi, həmçinin hərbi qulluqçulara mənzillərin verilməsi, habelə kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası ilə bağlı da mühüm məqamlar yer alıb: “Belə ki, bu istiqamətdəki xərclərə 212 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir və bu tendensiya ildən-ilə daha yüksək göstəricilərlə davam etdirilir”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

