Nikol Paşinyan öz hakimiyyətinə seçkini saxtalaşdırmaqla başladı
12.12.2018 [09:56]
Ekspertlər hesab edirlər ki, 9 dekabr seçkiləri erməni xalqının idarəedici elitanın nə müxalif, nə də iqtidar kəsiminə etibar etmədiyini bir daha təsdiqlədi
Məlum olduğu kimi, işğalçı Ermənistanda dekabrın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Seçkilərin nəticələri və prosesin gedişatı bir çox məqamlara yenidən aydınlıq gətirmiş oldu. İlk növbədə qeyd edək ki, Ermənistan xalqı Serj Sarkisyan və Robert Koçaryanın cinayətkar xunta rejimini tarixin zibilliyinə atdı. Digər məqam isə ondan ibarətdir ki, Nikol Paşinyan öz hakimiyyətinə seçkini saxtalaşdırmaqla başladı. Daha doğrusu, ekspertlərin də bildirdikləri kimi, 9 dekabr seçkiləri erməni xalqının idarəedici elitanın nə müxalif, nə də iqtidar kəsiminə etibar etmədiyini bir daha təsdiqlədi. Elə bunun göstəricisidir ki, seçici fəallığı həmişə olduğundan daha aşağı idi. Bir sözlə, küçələrə axışan kütlənin təzyiqi ilə oxlokratik rejim qurmuş Nikol Paşinyan öz hakimiyyətinə legitimlik qazandıra bilmədi. Hətta ciddi saxtalaşdırmalardan, inzibati resurslardan sui-istifadədən sonra da açıqlanan rəsmi rəqəmlərə görə, seçkiyə qatılanların 60-70 faizi, yəni erməni seçicilərinin ümumi hissəsinin yalnız 30-35 faizi Paşinyan komandasına səs verib, bundan daha artıq saxtalaşdırmalar etmək mümkün olmayıb. Digər tərəfdən, ekspertlərin də vurğuladıqları kimi, seçkinin nəticəsi olaraq Ermənistanda qeyri-legitim və anti-Rusiya mövqeli bir hakimiyyət formalaşır. Paşinyan üçün qarşıda ciddi sınaqlar, mürəkkəb proseslər gözlənilir.
Eyni zamanda vurğulandığı kimi, Ermənistandakı bu seçkilər Soros Fondu üçün də məğlubiyyət kimi dəyərləndiriməlidir. Yəni, Soros Fondu Paşinyan komandasının zəif seçki nəticələri göstərməsinin nümunəsində postsovet məkanında növbəti dəfə məğlubiyyətə uğradı. Çünki indi onun layihələri kütlələr üçün maraqlı və cəlbedici deyil.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Ermənistanda 9 dekabrda keçirilən seçkilərdə ciddi qanun pozuntularının olması ilə bağlı çoxlu faktlar mövcuddur: “Hakimiyyətin əlindəki bütün resursları səfərbər edərək, “qalib gəldiyi” də bildirilir. Eyni zamanda, yeni parlamentdə “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” təmsil olunacaq. Gördüyünüz kimi, faktiki olaraq Ermənistanda son 20 ildə ilk dəfədir ki, Qarabağ klanı parlamentdə təmsil olunmur”.
Millət vəkili qeyd edib ki, köhnə, yəni Sarkisyan-Koçaryan erası artıq tam bitmiş sayılır. Onun fikrincə, işğalçı ölkədə çox mürəkkəb proseslər gözlənilir: “O səbəbdən ki, indiyə qədər, yəni Sarkisyanın devrilməsindən bu seçkiyə qədərki mərhələni eyforiya dövrü adlandırmaq olardı. “Küçənin qəhrəmanına” hələ inam var idi. Bu inamın sayəsində o mer və parlament seçkilərinin nəticələrini öz xeyrinə saxtalaşdıra bildi. Lakin bundan sonrakı dövrdə Paşinyan ilk növbədə daxili iqtisadi, sosial problemləri həll etməlidir. Həmin problemlərin həlli üçün isə bu gün Ermənistanın faktiki resursları yoxdur. Ermənistana heç bir ölkə və beynəlxalq təşkilat investisiya qoymaq istəmir. Çünki bunun əhəmiyyəti və faydasının olmayacağını bilirlər. Eyni zamanda, ölkənin xarici siyasəti bu gün böhran keçirir”.
Millət vəkilinin sözlərinə görə, Paşinyan artıq ənənəvi strateji müttəfiq olan Rusiya ilə münasibətləri korlamaq xəttini seçib. Eyni zamanda, Ermənistan özünə əsas dayaq hesab etdiyi KTMT-yə üzv dövlətlərlə, xüsusilə də Qazaxıstan və Belarusla münasibətləri kifayət qədər korlayıb. Belə olan halda, həm ölkənin daxili, həm də xarici siyasəti çox ciddi problemlərlə rastlaşıb. Bu halda Paşinyanın qarşıda dayanan çox ağır vəzifələrin öhdəsindən gələ biləcəyi sual altındadır.
“Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra bu ölkədə növbəti marionet hakimiyyət formalaşır”. Bu fikirləri isə politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, Ermənistanda parlament seçkilərinin nəticələrini öncədən asanlıqla proqnozlaşdırmaq mümkün idi. Politoloq qeyd edib ki, Nikol Paşinyan baş nazir postunu ələ keçirən gündən bir istiqamətli fəaliyyət göstərib: “Bu istiqamət nəyin bahasına olursa-olsun, hakimiyyətini təminatlı şəkildə uzatmaqdan ibarət idi. Bəli, Paşinyanın müəyyən elektoratı var idi, lakin nəzərə almaq lazımdır ki, Ermənistanın keçmiş rəhbəri Serj Sarkisyanın yarıtmaz fəaliyyəti nəticəsində ölkədə dərin sosial-iqtisadi böhranla yanaşı, dözülməz siyasi mühit də mövcud idi. Gündən-günə Sarkisyana qarşı kütləvi narazılığın artması açıq-aydın göstərirdi ki, artıq o, hakimiyyətdə qala bilməyəcək”.
E.Mirbəşiroğlu hesab edir ki, bu baxımdan Ermənistan əhalisi uzun illər hakimiyyəti kriminal mexanizmlərin köməyi ilə əldə saxlayan Qarabağ klanına “yox” dedi. Onun sözlərinə görə, seçkiyə qədər olan dövrdə N.Paşinyan siyasi opponentlərinin sərbəst fəaliyyət imkanlarının məhdudlaşdırılması üçün bütün vasitələrdən istifadə etdi ki, bu da onun sələfindən fərqlənmədiyini sübut etdi: “Paşinyan kütləni şantaj etməklə və hədələməklə addımbaaddım siyasi ambisiyalarını həyata keçirə bildi. 9 dekabrda seçkilər günü Ermənistanın müstəqilliyi tarixində seçici fəallığının ən aşağı səviyyədə olması da sübut etdi ki, Ermənistan əhalisi Paşinyana olan inamını sürətlə itirməkdədir. Seçicilərin fəallığının aşağı səviyyədə olmasını həm də Paşinyanın hələ yazda verdiyi vədlərin heç birinə əməl edə bilməməsi şərtləndirir. Düzdür, Paşinyan köhnə hakimiyyətin dayaqlarını sıradan çıxarmağı, demək olar, bacardı. Amma unutmaq lazım deyil, bu, xalqdan da çox Paşinyanın özünə lazım idi. Həm də nəzərə almaq lazımdır ki, Paşinyan əsas dəstəyini Qaqik Tsarukyandan alıb. Tsarukyan Sarkisyanın hakimiyyəti dövründə Ermənistanın ən böyük inhisarçısına çevrilib. Yəni Ermənistan əhalisinin ağır sosial-iqtisadi vəziyyətinə görə onun məsuliyyəti Sarkisyandan heç də az deyil”.
Politoloq hesab edir ki, belə bir şəxsin, eyni zamanda, Edmon Marukyanın parlamentdə yer alması aydın göstərir ki, yeni parlament məhz Nikol Paşinyan istəyinə uyğun formalaşdırılıb. Yəni N.Paşinyan özünə sərf etməyən siyasi qüvvələrin parlamentdə təmsil olunmalarının qarşısını hər vasitə ilə alıb: “Nəzərə almaq lazımdır ki, Marukyan Paşinyanla elə eyni siyasi düşərgədəndir. Hesab edirəm ki, Marukyanın sonradan ayrıca siyasi fəallıq göstərməsi manipulyasiyadan başqa bir şey deyil”.
E.Mirbəşiroğlu onu da əlavə edib ki, N.Paşinyan bu dəfə kənar maraqlı güclərin polittexnoloji dəstəyi ilə hakimiyyətə gəldi: “Təbii ki, o, həmin kənar güclərin istəklərinə uyğun fəaliyyət göstərmək məcburiyyətində olacaq. Kənar güclərin istəklərinin isə Ermənistan xalqının istəkləri və maraqları ilə üst-üstə düşəcəyi inandırıcı deyil”.
Nardar BAYRAMLI
Nikol Paşinyan öz hakimiyyətinə seçkini saxtalaşdırmaqla başladıEkspertlər hesab edirlər ki, 9 dekabr seçkiləri erməni xalqının idarəedicielitanın nə müxalif, nə də iqtidar kəsiminə etibar etmədiyini bir daha təsdiqlədiMəlum olduğu kimi, işğalçı Ermənistanda dekabrın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Seçkilərin nəticələri və prosesin gedişatı bir çox məqamlara yenidən aydınlıq gətirmiş oldu. İlk növbədə qeyd edək ki, Ermənistan xalqı Serj Sarkisyan və Robert Koçaryanın cinayətkar xunta rejimini tarixin zibilliyinə atdı. Digər məqam isə ondan ibarətdir ki, Nikol Paşinyan öz hakimiyyətinə seçkini saxtalaşdırmaqla başladı. Daha doğrusu, ekspertlərin də bildirdikləri kimi, 9 dekabr seçkiləri erməni xalqının idarəedici elitanın nə müxalif, nə də iqtidar kəsiminə etibar etmədiyini bir daha təsdiqlədi. Elə bunun göstəricisidir ki, seçici fəallığı həmişə olduğundan daha aşağı idi. Bir sözlə, küçələrə axışan kütlənin təzyiqi ilə oxlokratik rejim qurmuş Nikol Paşinyan öz hakimiyyətinə legitimlik qazandıra bilmədi. Hətta ciddi saxtalaşdırmalardan, inzibati resurslardan sui-istifadədən sonra da açıqlanan rəsmi rəqəmlərə görə, seçkiyə qatılanların 60-70 faizi, yəni erməni seçicilərinin ümumi hissəsinin yalnız 30-35 faizi Paşinyan komandasına səs verib, bundan daha artıq saxtalaşdırmalar etmək mümkün olmayıb. Digər tərəfdən, ekspertlərin də vurğuladıqları kimi, seçkinin nəticəsi olaraq Ermənistanda qeyri-legitim və anti-Rusiya mövqeli bir hakimiyyət formalaşır. Paşinyan üçün qarşıda ciddi sınaqlar, mürəkkəb proseslər gözlənilir.Eyni zamanda vurğulandığı kimi, Ermənistandakı bu seçkilər Soros Fondu üçün də məğlubiyyət kimi dəyərləndiriməlidir. Yəni, Soros Fondu Paşinyan komandasının zəif seçki nəticələri göstərməsinin nümunəsində postsovet məkanında növbəti dəfə məğlubiyyətə uğradı. Çünki indi onun layihələri kütlələr üçün maraqlı və cəlbedici deyil.Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Ermənistanda 9 dekabrda keçirilən seçkilərdə ciddi qanun pozuntularının olması ilə bağlı çoxlu faktlar mövcuddur: “Hakimiyyətin əlindəki bütün resursları səfərbər edərək, “qalib gəldiyi” də bildirilir. Eyni zamanda, yeni parlamentdə “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” təmsil olunacaq. Gördüyünüz kimi, faktiki olaraq Ermənistanda son 20 ildə ilk dəfədir ki, Qarabağ klanı parlamentdə təmsil olunmur”.Millət vəkili qeyd edib ki, köhnə, yəni Sarkisyan-Koçaryan erası artıq tam bitmiş sayılır. Onun fikrincə, işğalçı ölkədə çox mürəkkəb proseslər gözlənilir: “O səbəbdən ki, indiyə qədər, yəni Sarkisyanın devrilməsindən bu seçkiyə qədərki mərhələni eyforiya dövrü adlandırmaq olardı. “Küçənin qəhrəmanına” hələ inam var idi. Bu inamın sayəsində o mer və parlament seçkilərinin nəticələrini öz xeyrinə saxtalaşdıra bildi. Lakin bundan sonrakı dövrdə Paşinyan ilk növbədə daxili iqtisadi, sosial problemləri həll etməlidir. Həmin problemlərin həlli üçün isə bu gün Ermənistanın faktiki resursları yoxdur. Ermənistana heç bir ölkə və beynəlxalq təşkilat investisiya qoymaq istəmir. Çünki bunun əhəmiyyəti və faydasının olmayacağını bilirlər. Eyni zamanda, ölkənin xarici siyasəti bu gün böhran keçirir”.Millət vəkilinin sözlərinə görə, Paşinyan artıq ənənəvi strateji müttəfiq olan Rusiya ilə münasibətləri korlamaq xəttini seçib. Eyni zamanda, Ermənistan özünə əsas dayaq hesab etdiyi KTMT-yə üzv dövlətlərlə, xüsusilə də Qazaxıstan və Belarusla münasibətləri kifayət qədər korlayıb. Belə olan halda, həm ölkənin daxili, həm də xarici siyasəti çox ciddi problemlərlə rastlaşıb. Bu halda Paşinyanın qarşıda dayanan çox ağır vəzifələrin öhdəsindən gələ biləcəyi sual altındadır. “Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra bu ölkədə növbəti marionet hakimiyyət formalaşır”. Bu fikirləri isə politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, Ermənistanda parlament seçkilərinin nəticələrini öncədən asanlıqla proqnozlaşdırmaq mümkün idi. Politoloq qeyd edib ki, Nikol Paşinyan baş nazir postunu ələ keçirən gündən bir istiqamətli fəaliyyət göstərib: “Bu istiqamət nəyin bahasına olursa-olsun, hakimiyyətini təminatlı şəkildə uzatmaqdan ibarət idi. Bəli, Paşinyanın müəyyən elektoratı var idi, lakin nəzərə almaq lazımdır ki, Ermənistanın keçmiş rəhbəri Serj Sarkisyanın yarıtmaz fəaliyyəti nəticəsində ölkədə dərin sosial-iqtisadi böhranla yanaşı, dözülməz siyasi mühit də mövcud idi. Gündən-günə Sarkisyana qarşı kütləvi narazılığın artması açıq-aydın göstərirdi ki, artıq o, hakimiyyətdə qala bilməyəcək”.E.Mirbəşiroğlu hesab edir ki, bu baxımdan Ermənistan əhalisi uzun illər hakimiyyəti kriminal mexanizmlərin köməyi ilə əldə saxlayan Qarabağ klanına “yox” dedi. Onun sözlərinə görə, seçkiyə qədər olan dövrdə N.Paşinyan siyasi opponentlərinin sərbəst fəaliyyət imkanlarının məhdudlaşdırılması üçün bütün vasitələrdən istifadə etdi ki, bu da onun sələfindən fərqlənmədiyini sübut etdi: “Paşinyan kütləni şantaj etməklə və hədələməklə addımbaaddım siyasi ambisiyalarını həyata keçirə bildi. 9 dekabrda seçkilər günü Ermənistanın müstəqilliyi tarixində seçici fəallığının ən aşağı səviyyədə olması da sübut etdi ki, Ermənistan əhalisi Paşinyana olan inamını sürətlə itirməkdədir. Seçicilərin fəallığının aşağı səviyyədə olmasını həm də Paşinyanın hələ yazda verdiyi vədlərin heç birinə əməl edə bilməməsi şərtləndirir. Düzdür, Paşinyan köhnə hakimiyyətin dayaqlarını sıradan çıxarmağı, demək olar, bacardı. Amma unutmaq lazım deyil, bu, xalqdan da çox Paşinyanın özünə lazım idi. Həm də nəzərə almaq lazımdır ki, Paşinyan əsas dəstəyini Qaqik Tsarukyandan alıb. Tsarukyan Sarkisyanın hakimiyyəti dövründə Ermənistanın ən böyük inhisarçısına çevrilib. Yəni Ermənistan əhalisinin ağır sosial-iqtisadi vəziyyətinə görə onun məsuliyyəti Sarkisyandan heç də az deyil”.Politoloq hesab edir ki, belə bir şəxsin, eyni zamanda, Edmon Marukyanın parlamentdə yer alması aydın göstərir ki, yeni parlament məhz Nikol Paşinyan istəyinə uyğun formalaşdırılıb. Yəni N.Paşinyan özünə sərf etməyən siyasi qüvvələrin parlamentdə təmsil olunmalarının qarşısını hər vasitə ilə alıb: “Nəzərə almaq lazımdır ki, Marukyan Paşinyanla elə eyni siyasi düşərgədəndir. Hesab edirəm ki, Marukyanın sonradan ayrıca siyasi fəallıq göstərməsi manipulyasiyadan başqa bir şey deyil”.E.Mirbəşiroğlu onu da əlavə edib ki, N.Paşinyan bu dəfə kənar maraqlı güclərin polittexnoloji dəstəyi ilə hakimiyyətə gəldi: “Təbii ki, o, həmin kənar güclərin istəklərinə uyğun fəaliyyət göstərmək məcburiyyətində olacaq. Kənar güclərin istəklərinin isə Ermənistan xalqının istəkləri və maraqları ilə üst-üstə düşəcəyi inandırıcı deyil”.Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

