Deputat: Azərbaycan-Rusiya münasibətləri sabit inkişaf xəttinə və yüksələn dinamikaya malikdir
18.12.2018 [10:06]
Azərbaycan-Rusiya münasibətləri sabit inkişaf xəttinə və yüksələn dinamikaya malikdir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər strateji xarakter daşıyır və çoxvektorludur: “Bu münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlara və səmərəli əməkdaşlığa əsaslanır. Ona görə bu münasibətləri bütöv bir sistemə sahib strateji tərəfdaşlıq kimi də qiymətləndirmək olar. Sosial-iqtisadi və mədəni-humanitar sferaların bütün sahələrində bu əməkdaşlığı müşahidə etmək mümkündür. Ancaq əlbəttə ki, bu münasibətlərdə önə çıxan ən strateji məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində Rusiyanın həm qonşu ölkə, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi oynaya biləcəyi roldur”.
Deputatın sözlərinə görə, Rusiya tarixən ənənəvi olaraq Qafqaz regionunda ciddi hərbi-siyasi üstünlüyə malik dövlətdir və son iki əsrdə əslində bu regionu siyasi baxımdan az qala təkbaşına yenidən dizayn edən güc mərkəzidir: “Azərbaycan bu baxımdan tarixi və hazırkı siyasi reallıqları qiymətləndirməyi yaxşı bacarır və belə əhəmiyyətli bir ölkə ilə haqlı olaraq çox dərin strateji münasibətlər qurur. 2018-ci il isə bu baxımdan olduqca əhəmiyyətli olmaqla həm də bundan sonrakı münasibətlərə yeni müsbət impulslar verən il oldu. Uzun illərdir davam edən Xəzərin hüquqi statusu ilə bağlı problemlər bütün tərəflərin maraqları nəzərə alınmaqla xüsusi konvensiya ilə həllini tapdı. Təkcə sentyabr ayında Rusiya Prezidentinin Azərbaycana, Azərbaycan Prezidentinin isə Rusiyaya işgüzar səfərləri oldu. Bundan başqa, MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən görüşündə iki ölkənin prezidentləri arasında mühüm danışıqlar aparıldı. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bu görüşü 2018-ci ildə birgə görülən işlərin təhlili və 2019-cu ildə görüləcək işlərin planlaşdırılması baxımından mühüm görüş kimi qiymətləndirdi, 2018-ci ili dövlətlərarası münasibətlərin inkişafı kontekstində məhsuldar il kimi səciyyələndirdi. Əslində təkcə bu fikirlər iki ölkə arasında münasibətlərin nə qədər yüksək səviyyədə olmasından xəbər verməklə yanaşı, həm də bu münasibətlərin olduqca böyük perspektivlərə malik olmasının göstəricisidir”.
Hikmət Babaoğlu vurğulayıb ki, regional siyasi-iqtisadi münasibətlərin potensial inkişafı və qarşılıqlı inteqrasiyası üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll edilməsi vacib şərtdir: “Bu məsələdə Rusiyanın mühüm rol oynaya biləcəyinə işarə edən Prezident İlham Əliyev 2019-cu ilin nizamlama prosesinə yeni impuls verəcəyinə ümid etdiyini bildirdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə iki ölkənin prezidentləri arasında 2018-ci ildə keçirilən 6 görüşdə əldə edilən razılaşmaların həyata keçiriləcəyini və bunun regional inkişafa yeni töhfələr verəcəyini söyləyərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli məsələsində Rusiyanın əlindən gələni edəcəyini bildirdi. Ümid etmək olar ki, hazırda dünyada baş verən mürəkkəb qlobal kataklizmlər kontekstində Rusiya Federasiyası öz ətrafında sabit və əməkdaşlığa meyilli bir regional ittifaq yaratmaqla, əsilndə həm də özünün təhlükəsizliyini təmin etməkdə maraqlı olmalıdır. Ümumiyyətlə, hazırda heç bir ölkə təkbaşına öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Bu, Rusiya diplomatiyasına da bəllidir. Ona görə də Cənubi Qafqazda ən böyük münaqişə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi böyük ölçüdə elə Rusiyanın da cənub sərhədlərinin təhlükəsizliyinin təmin olunması deməkdir. Azərbaycan etibarlı tərəfdaş kimi daima öz milli maraqlarını regional təhlükəsizlik maraqları ilə uzlaşdırmağa və strateji müttəfiqi hesab etdiyi Rusiya ilə daha dərin münasibətlər qurmağa hazırdır”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

