Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin nümayəndə heyəti Hindistanda səfərdə olub

Milli Məclisin nümayəndə heyəti Hindistanda səfərdə olub

18.12.2018 [10:07]

Hindistanın paytaxtı Yeni Dehlidə bu ölkənin hökumətinin və şəxsən Baş nazirinin ev sahibliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində ana, uşaq və gənclərin sağlamlığı probleminin həllində qlobal əməkdaşlığın roluna həsr edilmiş beynəlxalq forum keçirilib.
AZƏRTAC xəbər verir ki, dünyanın 85 ölkəsindən 1500-dək yüksək səviyyəli nümayəndənin iştirak etdiyi forumda Azərbaycan da təmsil olunub. Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Məlahət İbrahimqızı, Kamilə Əliyeva, parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova, ana və uşaq sağlamlığı üzrə ekspert Xatirə Mirzəyeva daxil idi.
Forumda müxtəlif məsələlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində parlamentarilərin rolu müzakirə edilib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı forumda çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən danışıb.
Forum çərçivəsində keçirilən müzakirələrdə Milli Məclisin deputatı Kamilə Əliyeva və parlamentin şöbə müdiri Adilə Abasova çıxış edərək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün milli qanunvericiliyin təkmilləşdirilməsinin və bu sahədə parlamentlərin əməkdaşlığının möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Hindistan parlamentinin deputatlarından ibarət ana, uşaq və gənclərin sağlamlığı üzrə qrupun üzvləri ilə görüşü olub.
Milli Məclisin deputatları və parlamentin şöbə müdiri, həmçinin Hindistanın məşhur Hamdard Universitetində olublar. Burada keçirilən görüşdə Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar, qazanılan uğurlar barədə məlumat verilib.

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31