Siyavuş Novruzov: Avropalılar gəlib Azərbaycan polisindən nümunə götürməlidirlər
18.12.2018 [10:07]
“Bizim polislər aksiyalar zamanı etirazçılara qarşı çox səbirli və təmkinli davranırlar. Hesab edirəm ki, Qərb və Avropa dövlətlərinin polisləri gəlib Azərbaycan polisindən nümunə götürməlidirlər”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Parisdə təşkil olunan kütləvi etiraz aksiyalarına münasibət bildirərkən deyib.
Siyavuş Novruzov bildirib ki, Azərbaycan polisi dünyanın ən sivil və humanist davranan polislərindən biridir: “Əgər dünyada baş verən hadisələrə baxsaq, görərik ki, ABŞ-dan tutmuş bütün Avropa ölkələrində qanunsuz keçirilən aksiyalara qarşı çox ciddi tədbirlər görülür. Dünya mediasından da izləyib görürük ki, həmin xarici ölkələrdə ictimai sabitliyin bərqərar edilməsi üçün atlar və itlər, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunur. Əfsuslar olsun ki, bunun çox yüngül forması Azərbaycanda tətbiq ediləndə kimlərsə bizə demokratiya dərsi keçməyə çalışır. Halbuki, Azərbaycanda qanunsuz aksiya zamanı saxlanılanlar sivil qaydada avtobuslara əyləşdirilərək polis bölmələrinə aparılır, orada isə onların izahatları alındıqdan sonra sərbəst buraxılırlar”.
Komitə sədri beynəlxalq təşkilatları da Azərbaycana qarşı demokratiya ilə bağlı qərəzli yanaşmaqda günahlandırıb: “Bu gün Parisdə etiraz aksiyaları zamanı 1000-ə yaxın insan həbs olunub. Onların əksəriyyəti hələ də həbsxanalarda saxlanılır. Hazırda Fransada fövqəladə vəziyyət elan edilib, amma Avropa Şurası və Avropa İttifaqına daxil olan heç bir dövlət baş verənlərlə bağlı hər hansı fikir bildirmir, müzakirə aparmır. Bundan öncə də Hollandiyada türklərə qarşı böyük bir kampaniya başladılmışdı. İtlər və atlarla türklərə hücumlar təşkil edilmişdi. Həmin vaxt da heç bir beynəlxalq təşkilat səsini çıxartmamışdı. Yəni Qərbin özünə gələndə demokratiya yada düşmür, amma digər ölkələrdə, o cümlədən Azərbaycanda hər hansı buna bənzər hallar olan kimi dərhal hərəkətə keçirlər, bəyanat verməyə başlayırlar, məsələni Avropa Şurasında müzakirəyə çıxarırlar və sairə. Yalandan da car çəkirlər ki, ay Azərbaycanda insan haqları pozulur, insanlara sərbəst toplaşmaq üçün şərait yaradılmır və sairə. Əksinə, bu gün həmin Qərblə müqayisədə Azərbaycanda tam şərait yaradılır, başqa qüvvələrin təxribat törətməməsi üçün aksiya keçirmək istəyənlərin təhlükəsizliyi polis tərəfindən qorunur. Bunun da çox sadə yolu var, öncədən xəbərdarlıq etməklə Azərbaycanda istənilən vaxt bu cür tədbirlər keçirmək mümkündür”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

