Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib

Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib

18.12.2018 [10:12]

Dekabrın 16-da Telavi şəhərində Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov və deputat Hikmət Babaoğlu daxildir.
Əvvəlcə Gürcüstanın 4-cü Prezidenti Giorgi Marqvelaşvili vida görüşü edib.
Sonra Gürcüstanın dövlət bayrağı gətirilib.
Daha sonra yeni Prezident Salome Zurabişvili tribunaya çıxıb.
Gürcüstanın yeni Prezidenti əlini ölkə Konstitusiyasının üzərinə qoyaraq xalqına, millətinə sədaqətlə xidmət edəcəyinə, insanların hüquq və azadlıqlarını qoruyacağına, ölkənin demokratik inkişafına sadiq qalacağına and içib.
Mərasimdə iki minə yaxın insan, o cümlədən 55 ölkədən 150-dən çox qonaq iştirak edib.

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31