Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Radikal ünsürlərin Mehman Hüseynov şousu uğursuz fiksiyadan başqa bir şey deyil

Radikal ünsürlərin Mehman Hüseynov şousu uğursuz fiksiyadan başqa bir şey deyil

08.01.2019 [09:54]

Viktoriya Nulandın “uşaqlarının” çirkab kampaniyasının ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan “The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlanması eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izlərini bir daha ortaya çıxardı
Cənubi Qafqaz regionunun lider dövləti Azərbaycan istər iqtisadi, istərsə də siyasi sahədə yüksək inkişaf əldə edib. Ölkə iqtidarı güclü, dünyada böyük nüfuza malik, öz milli maraqlarını müdafiə etməyi bacaran dövlət quruculuğunu başlıca vəzifə hesab edir və bu istiqamətdə ardıcıl, prinsipial siyasət həyata keçirir. Bunun nəticəsidir ki, demokratik ənənələrə sadiqlik nümayiş etdirən ölkəmizdə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin edilir, Azərbaycan müasir inkişaf yolunu uğurla davam etdirir. Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyada yalnız haqlı olmağın üstünlüyü ilə kifayətlənməyərək, güclü dövlət quruculuğu, dinamik inkişaf prosesini 2018-ci ildə də uğurla davam etdirdi.
Lakin ölkəmizin uğurları dostlarımızı sevindirdiyi kimi düşmənlərimizi və onların respublikamızdakı əlaltılarını bərk narahat edir. Belə ki, destruktiv müxalifət rolunda çıxış edən radikal ünsürlər Azərbaycanda yaradılan demokratik mühitdən sui-istifadə etməyə çalışır, ayrı-ayrı anti-Azərbaycan dairələrin təsiri altında ölkəmizi geriyə sürükləməyə cəhd göstərirlər. Daha doğrusu 25 ildir müxalifət adı altında radikal və destruktiv fəaliyyət göstərən anti-milli qruplar öz iş metodlarını dəyişə və yeniləşə bilmir, Azərbaycanın milli maraqlarına, dövlətə və xalqa qarşı mübarizədə ən çirkin vasitələrdən istifadə edirlər. Bu qrupların gücü meydana 1000-2000 adam toplayıb dövləti və xalqı təhqir etməyə çatır. Bəhs edilən dağıdıcılar hətta imkan verilərsə, ölkəmizdə 2003-cü ildə olduğu kimi, iğtişaşlar törətməyə, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərərlər. Bütün “fəaliyyətini” sosial şəbəkələrə keçirən və feyk profillər vasitəsilə ictimai rəyi çaşdırmağa çalışan qaragüruh təmsilçiləri hesab edirlər ki, cəmiyyətdə baş verə biləcək ən adi hadisəni faciə səviyyəsinə çatdırmaqla hakimiyyəti ictimai qınaq hədəfinə çevirə bilərlər. Hətta cinayət törədərək haqlı cəzasını almış bir şəxslə bağlı yalan məlumatlar əsasında kampaniya təşkil etmək, bu hadisəni az qala dövlət əhəmiyyətli məsələyə çevirmək cəhdi bu insanların nə qədər qeyri-ciddi olduğunu və cəmiyyətə hörmətsiz yanaşdıqlarını göstərir.
Antimilli qruplar və onların xaricdəki havadarları Mehman Hüseynovdan Azərbaycanın əleyhinə növbəti kampaniya başlamaq üçün fürsət kimi istifadə edirlər
Məlumat üçün bildirək ki, bu gün antimilli qrupların əllərində “bayrağa” çevirməyə çalışdıqları Mehman Hüseynov 2017-ci il martın 3-də həbs olunub. O, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.
Göründüyü kimi, qanun pozuntusuna yol vermiş Mehman Hüseynovla bağlı yeni cinayət işi onun törətdiyi əməlin qarşılığında qanunun tələbləri əsasında başlanılıb. Antimilli qruplar və onların xaricdəki havadarları isə bu hadisədən Azərbaycanın əleyhinə növbəti kampaniya başlamaq üçün fürsət kimi istifadə edirlər. Məsələ elə təqdim edilir ki, guya M.Hüseynov quru aclıq keçirir, səhhəti kritik durumdadır. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məlumatına əsasən isə Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapır.
Mehman Hüseynov jurnalist deyil və onun mühacir kimi xaricə çıxmasını təmin etmək məqsədilə guya “bloger” olması rəyi formalaşdırmağa cəhd göstərildi
Xatırlatmaq lazımdır ki, hazırda həbsdə olan Mehman Hüseynov jurnalist deyil və onu mediaya bağlayan yeganə səbəb qardaşı Emin Hüseynovun Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu adlı qurum yaratmasıdır. E.Hüseynovun gizli yolla başqa ölkəyə qaçırılmasından sonra M.Hüseynovun da mühacir kimi xaricə çıxmasını təmin etmək məqsədilə onun guya “bloger” olması və hakimiyyəti tənqid etdiyinə görə təzyiqlərlə üzləşməsi barədə rəy formalaşdırmağa cəhd göstərildi.
Təbii ki, aclıq aksiyası siyasi üsuldur və dünyanın müxtəlif ölkələrində bu metoddan istifadə olunur. Vaxtilə müxalifət düşərgəsini təmsil edən bir sıra şəxslər müxtəlif səbəblərdən bu yola əl atır, aclıq aksiyası keçirdiklərini bəyan edir, bu hadisə media tərəfindən ciddi “piar” olunurdu. Sonra isə müəyyənləşirdi ki, gündüz aclıq keçirdiklərini bəyan edən şəxslər əslində Çarlz Hayder kimi gizlincə qidalanırlar. Hazırda isə AXCP sədri Əli Kərimli, qondarma “Milli şura” rəhbəri Cəmil Həsənli, Gültəkin Hacıbəyli, o cümlədən Həbib Müntəzir, Ramiz Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Nahid Cəfərov və digər bu kimi Sorosun maliyyəsi ilə işləyən antimilli ünsürlərin apardıqları kampaniya və irəli sürdükləri iddialar da fiksiyadan başqa bir şey deyil. Digər tərəfdən ayrı-ayrı hakimiyyət nümayəndələrinə qarşı kampaniya aparan bu şəxslər tərbiyə, əxlaq normalarından uzaq olduqlarını bir daha nümayiş etdirdilər.
Əli Kərimli, Cəmil Həsənli və digərləri Mehman Hüseynovla bağlı yalanlar üzərindən təbliğat aparmaq və gündəmə gəlmək niyyətindədirlər
Qeyd edilməlidir ki, sözügedən məsələdən “fürsət” kimi yararlanmağa çalışan yerli radikal ünsürlər bu yolla öz ətraflarında “piar” qurmaq, Mehman Hüseynovla bağlı yalanlar üzərindən təbliğat aparmaq və gündəmə gəlmək niyyətindədirlər. Lakin onların bu cəhdləri əbəsdir. Çünki xalq tərəfindən dəstəklənməyən radikal ünsürlər, qeyd edildiyi kimi, heç bir sosial dəstəyə, elektorata malik deyillər. Onların fəaliyyətlərini sosial şəbəkələrə keçirməsinin, hakimiyyətə qarşı təhqir, yalan, şantaj kampaniyaları təşkil etməsinin əsas səbəbi də məhz özlərindən çox güclü rəqiblə mübarizə apara bilmədiklərini başa düşmələrindən irəli gəlir. Məsələn, özünü “ana müxalifət” kimi təqdim edən AXCP-nin sədri Əli Kərimlinin davranışlarının təhlili göstərir ki, o, normal, şüurlu şəkildə hərəkət edən şəxs deyil. Çünki 25 ildən artıq müddətdə müxalifətdə olmaq, hər dəfə eyni fikirləri təkrarlamaq, özünü “Məhsul” stadionunun “demokratik prezidenti” kimi təsəvvür etmək, ətrafındakıları fantastik iddialara inandırmağa çalışmaq, sonda isə reallığa qayıdıb öz miskin durumu ilə barışmaq ən soyuqqanlı insanda da fəsad yaratmaya bilməz. Bu mənada, Mehman Hüseynovun “aclıq” keçirməsi haqda yaradılan yalan təbliğatın “təkər”inə çevrilərək bu “piar”da yer almağa çalışan Əli Kərimli, Cəmil Həsənli və digərləri yalnız xarici mənbələrdən yeni “qrantlar”, daha doğrusu, ianələr almaq niyyətindədirlər.
Bu kampaniyanın arxasında kimlərin dayandığı, əslində məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdi olduğu bəllidir
Digər tərəfdən, bu gün hakimiyyətə qarşı kampaniya aparanlar məsələyə yenidən məhkəmədə baxılmasını, ən azından məsələnin xarici ekspertlər tərəfindən araşdırılmasını tələb edə bilərdilər. Ancaq insan haqlarına hörmət tələb edən bu ünsürlər Mehman Hüseynovla insidentdə zərər çəkən, xəsarət alan orqan əməkdaşı Əli Abdalovu mənəvi terrora məruz qoyurlar. Bunu o kəslər edirlər ki, öz aləmlərində guya Mehmanın simasında bəşəri hüquq və azadlıqları qoruyurlar.
Sonda qeyd edək ki, bu kampaniyanın arxasında kimlərin durduğu, əslində məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdi olduğu bəllidir. Təsadüfi deyil ki, Viktoriya Nulandın “uşaqlarının” çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan “The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın göründü. Necə deyərlər, koordinatlar yenidən eyni ünvanı - antimilli mərkəzləri göstərməkdədir. Lakin antimilli şəbəkə və onların xaricdəki havadarları unudurlar və dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu gözəştə məcbur etmək mümkün deyil. Çünki Azərbaycan dövləti hər zaman hüququn aliliyinə hörmətlə yanaşır və ölkəmizdə hər kəs qanun qarşısında eyni məsuliyyətə malikdir...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31