/ / Bilal Dündar: Prezident İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” seçilməsi Ona olan sevginin göstəricisidir
Bilal Dündar: Prezident İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” seçilməsi Ona olan sevginin göstəricisidir
08.01.2019 [09:55]
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” seçilməsi bu ölkənin sadə vətəndaşından tutmuş ziyalısına qədər hər kəsin dövlət başçısına sevgisinin və Onun gördüyü işlərə qiymətinin göstəricisidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib.
Sədr qeyd edib ki, bu sorğu Türkiyənin bütün bölgələrində 570 vətəndaş cəmiyyəti arasında keçirilib. Prezident İlham Əliyev Türkiyədə böyük nüfuza sahibdir. O, Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi istiqamətində mühüm xidmətlər göstərib. Dövlət başçısı dəfələrlə sübut edib ki, Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Prezident İlham Əliyev qardaşı və həmkarı Rəcəb Tayyib Ərdoğana dəstək oldu. Türkiyənin çətin zamanlarında qardaş Azərbaycan tərəfindən uzadılan dost əli sadə türk vətəndaşlarında böyük rəğbət yaradıb. Azərbaycan regionda cərəyan edən siyasi məsələlərdə və beynəlxalq iqtisadi layihələrin reallaşmasında Türkiyəyə dəstək verir. Bütün bunların nəticəsidir ki, İlham Əliyev Türkiyədə “İlin dövlət başçısı” adına layiq görülüb.
Federasiya sədri bildirib ki, Türkiyə də hər zaman qardaş Azərbaycanın yanındadır. Türkiyə Dağlıq Qarabağ münaqişəsini öz problemi hesab edir. Bu münaqişə ilə bağlı həqiqətlər Türkiyə dövləti tərəfindən də beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Bilal Dündar qeyd edib ki, Türkiyədə Xocalı faciəsini gənc nəslin yaddaşına həkk etmək üçün onlarla abidə və park istifadəyə verilib. Türkiyənin böyük şəhərlərindən biri hesab olunan Kocaelidə 31 mart və Xocalı soyqırımları ilə bağlı muzey fəaliyyət göstərir. Burada dünyanın 100-dən çox televiziya kanalı xüsusi reportajlar və sənədli filmlər hazırlayıb. Bundan başqa, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə birgə fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Evində Azərbaycanın tarixini və ədəbiyyatını əks etdirən kitabxana var.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

