Azərbaycan ötən il xarici siyasətdə mühüm nailiyyətlər qazanıb
08.01.2019 [10:01]
Ekspertlər hesab edirlər ki, uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi imici daha da möhkəmlənir
Məlum olduğu kimi, Azərbaycan 2018-ci ili uğurla başa vurub. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib və Azərbaycan etibarlı strateji tərəfdaş kimi tanınır. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, 2018-ci il Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsi ilə əlamətdar oldu. S.Fətəliyeva bildirib ki, Azərbaycan milli maraqlara əsaslanan və ölkənin hərtərəfli inkişafını hədəfləyən məqsədyönlü daxili siyasət həyata keçirir. Onun sözlərinə görə, dövlətimiz, həmçinin çoxvektorlu xarici siyasət kursuna da malikdir: “Xarici siyasətində ədalət prinsipinə söykənməsi və daim xoş məram nümayiş etdirməsi beynəlxalq miqyasda ölkəmizə böyük nüfuz qazandırıb. Təsadüfi deyil ki, son vaxtlarda respublikamız bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Eyni zamanda, ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda ölkəmizin mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən daha qətiyyətlə dəstəklənir. Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycan beynəlxalq aləmdə özünün layiq olduğu yeri tutub. Azərbaycan dövləti xarici siyasət kursunda regional əməkdaşlıq platformalarının yaradılmasına və praktiki müstəvidə onların səmərəli fəaliyyətinin təmin edilməsinə xüsusi səy göstərir. Bu gün Azərbaycan regionda, işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir və bundan bütün tərəflər fayda götürür”.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın Avropa ölkələri üçün də önəmi getdikcə artır. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün çox önəmlidir. Bəhs olunan sənədin paraflanması Azərbaycanın Avropa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir. S.Fətəliyeva həmçinin deyib ki, Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə də davamlı olaraq səy göstərir: “Bu məsələ də xarici siyasətimizdə mühüm yer tutur. Respublikamızın dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr müsəlman ölkələri tərəfindən yüksək dəyərləndirilir”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova isə deyib ki, əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın hərtərəfli inkişafı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq təkmilləşdirilərək ardıcıllıqla və böyük müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində 2018-ci ildə də ölkəmiz böyük nailiyyətlərə imza atıb. Onun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyevin yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlarımıza söykənən daxili və xarici siyasəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmlənib, əhalinin təhlükəsizliyi, insanların əsas hüquq və azadlıqları təmin edilib, vətəndaşların rifah halının yüksəlməsinə nail olunub. “Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət ölkəmizin regionda və dünyada tərəfdaşlarının sayını xeyli artırıb. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına davam etdirən cənab İlham Əliyev yüksək diplomatik istedadı sayəsində 2018-ci ildə də ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir”, - deyə Sahibə Qafarova bildirib. S.Qafarova vurğulayıb ki, Azərbaycan yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlər Azərbaycanın mövqeyi ilə hesablaşırlar.
“Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Avratlantik strukturlara inteqrasiya və digər məsələlərə yönəldilmişdir. Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”, - deyə millət vəkili S.Qafarova vurğulayıb.
Milli Məclisin deputatı Rauf Əliyev də bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik xarici siyasət nəticəsində 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənib. Onun sözlərinə görə, Cənubi Qafqaz regionunun lider dövləti olan, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın cari ildə dostları və tərəfdaşları ilə münasibətləri uğurla inkişaf edib: “2018-ci ildə Prezident İlham Əliyevin 16 rəsmi və işgüzar səfər həyata keçirməsi, müxtəlif ölkələrin dövlət və hökumət başçılarının ölkəmizdə rəsmi və işgüzar səfərlərdə olmaları Azərbaycanın xarici siyasət kursunun intensiv və dinamik xarakter daşıdığını göstərir. Eləcə də, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması 2018-ci ildə əldə edilmiş ən böyük uğurlardan biri hesab olunmalıdır. 2018-ci ildə TANAP qaz kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılışının baş tutması isə regional və beynəlxalq əməkdaşlığın, təhlükəsizliyin möhkəmləndirilməsində ölkəmizin aparıcı rolunun artmasının əyani ifadəsi oldu”.
Bundan başqa, millət vəkili deyib ki, ötən il rəsmi Bakının təşəbbüsü ilə başlanan, mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafına xidmət edən “Bakı prosesi”nin 10 ili tamam oldu. Eləcə də, tolerantlıq nümunəsi olan, dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycanın Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün unikal platforma olan “Bakı prosesi”ni uğurla davam etdirməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. “Ötən il Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunda isə bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarının müzakirəyə çıxarılması müstəsna önəm kəsb etdi. Bundan başqa, VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu DİM-in həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik oldu”, - deyən R.Əliyev əlavə edib ki, 2018-ci ildə Azərbaycanın müəllifliyi ilə reallaşan transmilli layihələr də ölkəmizin beynəlxalq imicinin daha da güclənməsində mühüm əhəmiyyət kəsb edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

