/ / Məhəmməd İbrahim Əl-Şeybani: Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr dinamik şəkildə inkişaf edir
Məhəmməd İbrahim Əl-Şeybani: Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr dinamik şəkildə inkişaf edir
09.01.2019 [09:52]
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov Dubay Hökmdarı Divanının (Administrasiyasının) baş direktoru Məhəmməd İbrahim Əl-Şeybani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə baş konsul Azərbaycan ilə BƏƏ arasında əlaqələrin tarixi, dini və mədəni köklərə bağlılığı barədə danışıb, Dubay Əmirliyi ilə münasibətlərin inkişaf etdiyini vurğulayıb. Hər iki ölkə rəhbərliyinin bu əlaqələrin qurulması və möhkəmləndirilməsində rolunu qeyd edən baş konsul Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Əl Nəhyanın rəhbərliyi ilə münasibətlərin dinamik inkişaf etdiyini diqqətə çatdırıb.
Ölkələrimiz arasında turizm, mədəniyyət, ticarət və s. sahələrdə əməkdaşlıq üçün geniş potensial olduğunu vurğulayan diplomat turist sayında müşahidə olunan artımın, həyata keçirilən mühüm mədəni tədbirlərin, o cümlədən bu yaxınlarda Dubay şəhərində Azərbaycan Ticarət Evinin açılmasının dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edib.
Məhəmməd İbrahim Əl-Şeybani, öz növbəsində, iki ölkə arasında müxtəlif sahələrdə dinamik şəkildə inkişaf edən əməkdaşlığın mövcud olduğunu bildirib. O, daha öncə bir neçə dəfə Azərbaycana səfər etdiyini və bu səfərlərin onda xoş təəssürat oyatdığını diqqətə çatdırıb. Baş direktor təhlükəsizlik, halal ərzaq məhsulları, əlverişli iqlim və məsafənin yaxınlığı kimi üstünlüklərə sahib olması səbəbindən hazırda Azərbaycanın ərəb turistlərin əsas səyahət məkanlarından biri olduğunu söyləyib. Daha sonra o, Azərbaycan ilə BƏƏ arasında hava uçuşları ilə maraqlanıb.
Baş konsul C.Hüseynov hazırda “Azərbaycan Hava Yolları”, “Etihad Airways”, “Fly Dubai” və “Air Arabia” şirkətlərinin ölkələrimiz arasında birbaşa uçuşlar həyata keçirdiyini bildirib, statistik göstəricilərə əsasən ərəb ölkələri arasında Azərbaycana ən çox səfər edən turistlərin BƏƏ-dən olduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

