Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Diletant Rüstəm İbrahimbəyovun növbəti özünüifşası...

Diletant Rüstəm İbrahimbəyovun növbəti özünüifşası...

10.01.2019 [09:53]

Və ya Rüstəm İbrahimbəyovun ermənipərəst Əkrəm Əylislinin təəssübünü çəkməsi elə onun özünün də ermənilərə olan sevgisindən qaynaqlanır
Müstəqil Azərbaycanın gündən-günə güclənməsi, nəinki regionda, daha böyük bir coğrafiyada söz sahibinə çevrilməsi və müstəqil siyasət kursu yürütməsi anti-azərbaycançı, ermənipərəst dairələrin maraqları ilə uzlaşmır. Bu səbəbdəndir ki, həmin antimilli dairələr cəmiyyətdə nüfuzu olmayan, sifariş yerinə yetirməyə həris, maddi təminat üçün bütün çirkin kampaniyalara qoşulmağa həvəsli şəxslərdən istifadə etməklə ölkəmizin imicinə qara yaxmağa çalışır. Bu ara qarışdırmaq istəyənlərin kimliyi, məqsədləri isə Azərbaycan cəmiyyətə yaxşı bəllidir. Özünü “ziyalı” adlandıran, əslində isə “ziyanlı” olmaqdan başqa heç bir işə yaramayan, milli maraqları heçə sayan və özünü şişirtməyə çalışan belələri açıq şəkildə manipulyasiya ilə məşğuldurlar.
Artıq bir neçə gündür ki, bəzi qüvvələrin Mehman Hüseynov ətrafında yaratdıqları şou da məhz bu tip çirkin kampaniyalardandır. Xatırladaq ki, bəzi xarici antimilli mərkəzlər və onların ölkəmizdəki havadarları guya aclıq etdiyi söylənilən Mehman Hüseynovun səhhətinin “pis olduğu” haqda yalanlar tirajlamağa çalışırdılar. Amma onların bu yalanı da baş tutmadı. Daha doğrusu, Mehman Hüseynovun heç bir aclıq aksiyası keçirmədiyi, səhhətinin normal olduğu rəsmi qurumlar tərəfindən bəyan edildi, eləcə də onunla görüşən bir sıra şəxslər və vəkili M.Hüseynovun normal qidalandığını bildirdilər.
Bununla belə, başladılan bu çirkin kampaniyaya qoşulan, onu “dəstəkləyən” bəzi ünsürlər yenə də “qazanda bişəndən bir çömçə” qopartmaq üçün əl-ayağa düşdülər. Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi siyasi mühitin qarınaltı yükünə çevrilmiş işbazlar, Həbib Müntəzir, Ramiz Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Nahid Cəfərov və digər bu kimi xaricdə məskən tutmuş “Sorosun uşaqları” fürsəti özləri üçün pul qazanmaq imkanına çevirməkdən ötrü hər cür riyakarlığa əl atdılar. Yeri gəlmişkən, onların bu canfəşanlığı simasızlıqlarının növbəti ifşası ilə nəticələndi.
Bu mənada, yuxarıda qeyd etdiyimiz adını “ziyalı” qoyub “ziyanlılıq” missiyası ilə məşğul olanlar da antimilli, ermənipərəst mərkəzlərin maliyyəsindən çırpışdırmaq üçün “qol çırmadılar”. İlk olaraq vaxtilə “Daş yuxular”ında içindəki erməni sevgisini izhar edən Əkrəm Əylisli, ardından isə “erməni qoxusu”nun həsrətini çəkən, qoca yaşında “siyasətçi” olmaq istəyib də “siyasətbaz” olmaqdan başqa heç nə qazana bilməyən Rüstəm İbrahimbəyov “dilə gəldilər”. Bəli, bu şəxslərin kimliyi, onların hansı məqsədlərə və məzhəblərə qulluq göstərdikləri heç kimə sirr deyil. Əslində Azərbaycanın erməni təcavüzünə məruz qalmasını, ermənilərin xalqımıza qarşı əsrlərdir ki, soyqırımı siyasəti yürütməsini danan, əksinə, dünyaya “miskin erməni” prototipi sırımağa çalışan və bununla da ermənidən betər erməni sevgisinə malik olduğunu bildirmək istəyən Əkrəm Əylislinin, öz millətini sevməyib ermənilərlə dostluq etməsindən fəxr duyan, Bakıdan ermənilərin çıxıb getməsini “ürək ağrısı” ilə “yaşayan”, milli hissi olmayan Rüstəm İbrahimbəyovun bu bədnam kampaniyanın “cırıq təkərlər”i kimi ortaya düşməsi məntiqli sayıla bilər. O mənada ki, adıçəkilən bu şəxslər hər zaman milli dəyərlərə qarşı çıxış edən, fərqli dairələrin xidmətçisi rolunu üstlənənlərdir.
Bəli, 2013-cü ildə sabun köpüyü kimi şişirdilən və bir anda partlayan, “Milli şura” adlanan qondarma qurumda cəm olmuş “siyasi dələduzlar”ın son ümidi kimi ortaya, sonradan isə yoxa çıxan Rüstəm İbrahimbəyovun Mehman Hüseynovu “qorumaq cəhdi” də özü kimi uğursuz, necə deyərlər, elə rüstəmibrahimbəyovsayağı alındı. Belə ki, R.İbrahimbəyov Mehman Hüseynovla bağlı ölkə Prezidenti İlham Əliyevə müraciətində utanmadan erməni təəssübkeşi, qələmə aldığı “Daş yuxular” romanı ilə Azərbaycan xalqını təhqir edən, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli qırğınlara, soyqırımlarına az qala bəraət qazandıran Əkrəm Əylislini Azərbaycan xalqının keçmişi, kəmağıl, savadsız bir diletant olan Mehman Hüseynovu isə xalqımızın gələcəyi adlandırıb. Təbii ki, yuxarıda vurğuladıqlarımızı nəzərə alsaq, R.İbrahimbəyovun xalqımıza qarşı belə təhqiramiz münasibəti heç də təəccüblü deyil. Hər zaman ABŞ-da, Rusiyada yaşaması ilə fəxr edən, amma bu ölkələrdə bir dəfə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcək heç bir addım atmayan, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar haqqında bir kəlmə belə danışmayan İbrahimbəyovun erməni sevdalısı Əkrəm Əylislinin təəssübünü çəkməsi elə onun özünün də ermənilərə olan hüsnrəğbətindən qaynaqlanır desək, yəqin ki, yanılmarıq. Ola bilsin ki, Rüstəm İbrahimbəyovun konservativ ağlı ermənipərəst Əkrəm Əylislini keçmiş, kəmağıl Mehman Hüseynovu gələcək qismində “dəyərləndirir”. Amma bu şəxslərin Azərbaycan xalqının keçmişinə və gələcəyinə heç bir aidiyyəti yoxdur. Milli hisslərdən uzaq olanların nə keçmişi, nə də gələcəyi olur. Bunu Rüstəm İbrahimbəyov da bilməlidir...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 587 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31