Sevinc Fətəliyeva: Azərbaycan dünya miqyasında yüksək nüfuza malik bir ölkədir
11.01.2019 [09:48]
Bu gün Azərbaycan dünya miqyasında yüksək nüfuza malik olan bir ölkədir. Aparılan uğurlu xarici siyasət nəticəsində ölkəmizin dünya dövlətləri ilə əlaqələri gündən-günə genişlənir. Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 80-dən çox diplomatik nümayəndəliyi fəaliyyətini uğurla davam etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, regionun aparıcı dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Ölkəmiz praqmatik xarici siyasət nəticəsində Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu orqanı - Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bu da Azərbaycanın milli maraqlarının beynəlxalq arenada layiqincə təmsil edilməsinə tarixi şərait yaradıb.
Milli Məclisin deputatı qeyd edib ki, xarici siyasətimizin digər prioritet istiqaməti olan beynəlxalq iqtisadi münasibətlərdə Prezident İlham Əliyev tərəfindən davamlı müstəqil və sabit siyasət yürüdülməsi nəticəsində enerji resurslarının dünya bazarına çıxarılmasına, Azərbaycanın enerji resurslarının nəqli üzrə geostrateji əhəmiyyətə malik dəhliz, həm də Avropa ölkələrinin enerji təminatında etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə qəbul edilməsinə şərait yaranıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji marşrutlarının şaxələndirilməsində vacib ölkə hesab olunur. Dünyanın qabaqcıl ölkələrinin dövlət və hökumət başçılarının Prezident İlham Əliyevlə görüşərək mühüm regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparmaları və müvafiq ikitərəfli razılaşmaların imzalanması beynəlxalq aləmdə Azərbaycana və onun Prezidentinə verilən ən yüksək siyasi qiymətdən xəbər verir.
Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində işğalçı Ermənistan dövlətinin küncə sıxışdırılmış vəziyyətdə qalmaqda davam etdiyini deyən Sevinc Fətəliyeva bildirib ki, indi bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilir. Prezidentimizin hücum diplomatiyasına uyğun olaraq Heydər Əliyev Fondunun fəal işi nəticəsində Xocalı soyqırımı dünyanın ondan çox ölkəsinin parlamenti, eləcə də ABŞ-ın iyirmidən artıq ştatı tərəfindən tanınıb. Dünyanın nüfuzlu ekspertlərinin hesab etdiyi kimi, Ermənistanın mövqeyi xeyli zəiflədilib. Hətta işğalçı dövlətə bir vaxtlar havadarlıq etmiş ölkələrin regional məsələlərdə məhz Azərbaycan Prezidenti ilə məsləhətləşməyə üstünlük vermələri və paralel olaraq Ermənistanı perspektivsiz ölkə hesab etmələri onun oyundan kənarda qalmasına səbəb olub. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamə və qərarlarına Ermənistan tərəfindən məhəl qoyulmasa da, şanlı aprel döyüşlərində aldığı zərbə ona böyük dərs oldu. İndi işğalçı dövlət çox yaxşı dərk edir ki, Azərbaycana qarşı növbəti belə təxribat uğursuz nəticələnəcək və bu, onların sonu ola bilər. Münaqişənin həllinə dair ədalətli mövqe Azərbaycanın Qoşulmama Hərəkatına üzv olmasından sonra zirvə toplantıları və xarici işlər nazirləri səviyyəsində qəbul olunan sənədlərdə də davamlı şəkildə öz təsbitini tapır. Qoşulmama Hərəkatının XVII Zirvə toplantısının mühüm nəticələrindən biri də Hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsi və 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi qərarıdır. Ölkəmizə olan etimadın və onun artan nüfuzunun göstəricisidir ki, təsisata qısa müddət ərzində üzv olmağımıza baxmayaraq, ölkəmizin sədrliyi yekdilliklə dəstəkləndi. “Düşünürəm ki, ölkəmizin sədrliyi müddətində bir çox məsələlərin həlli istiqamətində müsbət nəticələr əldə olunacaq. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayan bu Hərəkatın prinsiplərinə uyğun olaraq, Azərbaycan dünyada sülhün bərqərar olmasına öz töhfəsini verəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

