Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir
18.01.2019 [09:34]
Heç bir hüquqi qüvvəsi olmayan bu qətnamənin qəbulu Mehman Hüseynov məsələsindən istifadə edərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir
Azərbaycanın öz inkişafına görə regionun lider dövləti olması, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi tanınması, həmçinin müstəqil siyasət həyata keçirməsi xaricdəki ermənipərəst, anti-Azərbaycan dairələri ciddi narahat edir. Və bunu həzm edə bilməyən, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan həmin dairələr Azərbaycanı müstəqil inkişaf yolundan sapdırmaq üçün hər cür vasitələrə əl atırlar. Bu vasitələrdən biri də ölkəmizə qarşı qara piar kampaniyasının aparılmasıdır. Yanvarın 17-də Avropa Parlamenti (AP) tərəfindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə” də bu kampaniyanın tərkib hissəsidir.
Qeyd edək ki, sözügedən qətnamənin qəbulu Mehman Hüseynov məsələsindən istifadə edərək və qəsdən məsələni şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir. Sənədin müəlliflərindən biri olan AP üzvü, eyni zamanda Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms məsələ ilə bağlı guya azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, AP-də keçirilən təcili dinləmələr ilə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan Xarici İşlər Nazirliyinə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə hər hansı müraciət daxil olmadığı bildirilir. Yeri gəlmişkən qeyd edək ki, Rebekka Harms Sorosla yaxın əlaqələri ilə tanınır. Onların sosial şəbəkələrdə yayılan çoxsaylı fotoları da bunu təsdiqləyir.
Müzakirələr zamanı çıxış edən, Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvlərindən heç biri çıxışında Ermənistanın hərbi təcavüzü nəticəsində fundamental hüquqları pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü yadlarına belə salmayıblar. Bu da dinləmələrdə iştirak edən AP üzvlərinin ikiüzlülüyünü göstərir. Həmin dinləmələrdə çıxış edən (müzakirələrdə iştirak edən Aİ-nin ən yüksək səviyyəli rəsmisi) Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstrom isə öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan Hökuməti ilə bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd edib ki, Aİ-nin diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur.
Digər bir maraqlı bir məqam isə M.Hüseynovun qardaşı Emin Hüseynovun qətnamə üzrə səsvermədən az öncə AP üzvlərinə təlaş içində elektron məktub ünvanlamasıdır. Məktubunda Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstromun çıxışında M.Hüseynovun aclıq aksiyası keçirmədiyi haqda sözlərindən böyük peşmançılıq keçirdiyi hiss edilən E.Hüseynov özü bunu “şok oldum” kimi yazır. Maraqlıdır ki, o, yüksək səviyyəli Aİ rəsmisinin həqiqəti dilə gətirəcəyini gözləmədiyi üçün şoka düşüb, yoxsa Mehman Hüseynovun əldə olunmuş razılığa əməl etmədiyindən dərin məyusluq keçirib?! Strasburqa AP üzvləri ilə görüşlər keçirərək hər kəsi sifariş əsasında qurduqları şouya inandırmağa çalışan Emin Hüseynovun səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı müraciət bir daha göstərir ki, bu insanı qardaşı Mehman Hüseynovun taleyi qətiyyən maraqlandırmır. Sadəcə, o, bu oyundan əldə edəcəyi pulların qeydinə qalır və havadarlarının sifariş etdiyi musiqini ifa edir.
Diqqətdən yayınmayan digər bir məqam isə AP-nin qəbul etdiyi bu qətnamə barədə ilk məlumatın erməni mətbuatında işıqlandırılmasıdır. Görünür, qətnamənin qəbulunu məhz onlar gözləyirdilər. Beləliklə, bu məsələdə AP dəyirmanına su tökənlərin kim olduğu bir daha ortaya çıxır: həmin sənədin qəbulu erməni lobbisinin və anti-Azərbaycan dairələrin məkrli planlarının tərkib hissəsidir.
Əlbəttə, AP qətnaməsinin heç bir qüvvəsi yoxdur və zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq. Bu da bir həqiqətdir ki, belə alətlərdən istifadə edən şəxslər elə M.Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar. Lakin, bu cür addımlarla Azərbaycana qarşı əsl niyyətlərini gerçəkləşdirə bilməyiblər və bundan sonra da bilməyəcəklər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

