Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Avropa Parlamentinin bəzi deputatları ermənilərin “konyak diplomatiyası”na qurban gediblər

Siyavuş Novruzov: Avropa Parlamentinin bəzi deputatları ermənilərin “konyak diplomatiyası”na qurban gediblər

19.01.2019 [10:26]

Avropa Parlamentinin bəzi deputatları ermənilərin “konyak diplomatiyası”na qurban gediblər. Bunu “Trend”ə Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Avropa Parlamenti tərəfindən qəbul edilmiş məlum “qətnamə”yə münasibət bildirərkən deyib.
S.Novruzov qeyd edib ki, Avropa Parlamenti bu günlərdə ölkəmizə qarşı “qətnamə” təklifini müzakirə edərək qəbul edib. Başdan-başa qərəz, Azərbaycanın demokratiya, hüquqi dövlət və insan haqları sahəsində əldə etdiyi ciddi nailiyyətlərə kölgə salmaq cəhdlərindən ibarət olan bu “sənəd” hər bir vətəndaşımızda qəzəb və təəssüf doğurub: “Belə ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qanunun aliliyinə söykənən vətəndaş cəmiyyətinin bütün institutları yüksək effektivliklə fəaliyyət göstərdiyi bir zamanda bu tip lazımsız, heç bir fakta əsaslanmayan qətnamənin qəbulu, heç şübhəsiz ki, onu qəbul edən qurumda təmsil olunan bəzi dairələrin çirkin niyyətindən xəbər verir”.
Millət vəkili bildirib ki, görünür, Avropa Parlamentinin bəzi deputatları bu “sənəd”ə səs verərkən ya Azərbaycandakı real vəziyyəti dərindən bilməyiblər, ya da cənab Prezidentin də qeyd etdiyi kimi, ermənilərin “konyak diplomatiyası”na qurban gediblər: “Azərbaycanda kimlərinsə həbsdən “qeyd-şərtsiz” azadlığa buraxılmasını tələb edən bu cənabların, görəsən, guya müdafiə etdikləri demokratik idarəçilik prinsiplərindən xəbərləri varmı? Məgər onlar bilmirlər ki, bütün demokratik dövlətlərdə, o cümlədən Azərbaycanda “güclər ayrılığı” prinsipi var və heç kəs, heç bir qurum müstəqil məhkəmələrin işlərinə qarışa bilməz? Və ya Avropa Parlamentinin, ümumiyyətlə, Azərbaycana qarşı belə bir tələb irəli sürməyə ixtiyarı və səlahiyyəti varmı? Eyni zamanda, belə bir sual meydana çıxır ki, ölkəmizə qarşı bu tip əsassız tələblər irəli sürən Avropadakı bəzi dövlətlərin özlərində fundamental insan hüquq və azadlıqları hansı səviyyədə qorunur? Əslində, bu sahədə real vəziyyət hamımıza yaxşı məlumdur. Ən yaxın tarixdə Avropanın qarşılaşdığı miqrant böhranında bunun əyani şahidi olduq. On minlərlə miqrant insan ləyaqətinə yaraşmayan şəkildə təhqir, təqib və diskriminasiyaya məruz qaldı, xüsusən də islamofobiya ən yüksək səviyyəyə, bəzən hətta dövlət səviyyəsinə qalxdı. Daha sonra, Fransada “sarı jiletlilər” hərəkatı zamanı dinc nümayişçilərə qarşı qeyri-adekvat güc tətbiqi, polis vəhşiliyi, kütləvi həbslər və s. bütün dünya mediasının və ictimai rəyinin diqqət mərkəzində oldu. İndi belə rüsvayçı əməlləri törədənlər hansı mənəvi və hüquqi haqla Azərbaycanda müxtəlif cinayətlərə görə həbsə girən və özünü ictimai xadim, blogger və s. elan edən şəxsləri özbaşına “siyasi məhbus” siyahısına salaraq onlara azadlıq tələb edirlər? Düşünürəm ki, belə subyektiv mövqeyin heç bir tutarlı tərəfi yoxdur və ən əsası, heç bir qurum və dövlət Azərbaycanla tələb və təhdid dili ilə danışa bilməz”.
YAP İcra katibinin müavini qeyd edib ki, yeri gəlmişkən, bu “qətnamə”nin qəbulu tarixi də bir sıra bədniyyətli məqamlardan xəbər verir: “Məlum olduğu kimi, dövlət başçımız ötən ilin yekunlarına həsr olunmuş müşavirədə bu il dövlət idarəçiliyinin çevik və effektivliyini artırmaq məqsədilə bütün sahələrdə ciddi struktur islahatlarının aparılacağı barədə xəbərdarlıq etdi və göründüyü kimi də bu proses artıq başlayıb. Belə köklü islahatlar sayəsində Azərbaycanda idarəçilik kefiyyətcə yeni bir mərhələyə qədəm qoyacaq və bu da, heç şübhəsiz, vətəndaşların rifah halının yaxşılaşdırılmasında, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsində öz əhəmiyyətli rolunu oynayacaq. Ona görə də daxildəki “5-ci kolon” ölkə xaricindəki himayədarları ilə sinxron fəaliyyətə keçərək Azərbaycanda görülən və görüləcək işlərə indidən qara yaxmaq, bu islahatları sabotaj etmək üçün birgə əməllərini aktivləşdirməyə cəhd göstərir. Lakin unudurlar ki, xalq kimin kim olduğunu yaxşı bilir, dünyada gedən prosesləri bu üzdəniraq “vətənşüvən”lərdən daha yaxşı qavrayır və məhz buna görə də cənab Prezidentin ətrafında ildən-ilə daha sıx birləşir. Ona görə də Azərbaycandakı iqtidar-xalq birliyi sarsılmazdır və bu birlik istər daxili, istərsə də xarici, bütün anti-Azərbaycan dairələrinə hər zaman layiqli cavab verəcək. Azərbaycan bütün beynəlxalq təşkilatlarla ancaq qarşılıqlı faydalı dialoq yolunu seçib və yalnız bu yolun səmərəliliyinə inanır”.

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31