Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Kərimli ümumxalq hüzn günündə növbəti dəfə təxribat törətməyə çalışıb

Əli Kərimli ümumxalq hüzn günündə növbəti dəfə təxribat törətməyə çalışıb

22.01.2019 [09:58]

Şəhidlər xiyabanı kimi müqəddəs məkandan siyasi məqsədlər üçün istifadəyə cəhd göstərilməsi həm ölkə qanunvericiliyinə ziddir, həm də milli-mənəvi dəyərlərimizə hörmətsizlikdir
Radikal müxalifət düşərgəsi addımbaşı siyasi şou düzəltmək və bundan dividend qazanmaq üçün fürsət axtarışındadır. Daha doğrusu, anti-azərbaycançı mərkəzlərlə işbirliyində olan radikal ünsürlər ölkəmizin əleyhinə yalan təbliğatlar aparan bu mərkəzlərin sifarişləri əsasında şər-böhtanlar yaymağa çalışır, hətta xalqın mənəvi dəyərlərinə belə hörmət göstərmirlər. Lakin bu da son deyil. Belə ki, xalq arasında heç bir dəstəyi olmayan dağıdıcı ünsürlər hətta hüzn günlərindən, Şəhidlər xiyabanından da özlərinin “siyasi piar”ı üçün istifadə etməyə cəhd göstərirlər. Şəhidlər xiyabanı Azərbaycanın müasir tarixində xüsusi çəkiyə malik, dövlət müstəqilliyi ideyasına güclü təkan verən, istiqlal mübarizəsini simvollaşdıran müqəddəs məkandır. Belə bir məkandan siyasi məqsədlər üçün istifadəyə cəhd göstərilməsi həm qanunvericiliyə ziddir, həm də milli-mənəvi dəyərlərimizə, ənənələrimizə, milli mübarizə tariximizə hörmətsizlikdir.
Bu cür “fəaliyyət”ə üstünlük verənlərin ən bariz nümunəsi isə AXCP və onun sədri Əli Kərimlidir. Bir neçə gün öncə 20 Yanvar faciəsinin 29-cu ildönümü günü AXCP sədrinin sosial şəbəkələrdə yayılan görüntüləri bunu deməyə əsas verir. Belə ki, Azərbaycanın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin uyuduqları xiyabanı ziyarətdən siyasi manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışan, bundan siyasi dividend qazanmaq istəyən Əli Kərimli növbəti dəfə hansı simaya malik olduğunu Azərbaycan cəmiyyətinə açıq şəkildə nümayiş etdirdi.
Vurğulamaq lazımdır ki, hər il yanvarın 20-də Şəhidlər xiyabanını yüz minlərlə Azərbaycan vətəndaşı ziyarət edir. Təbiidir ki, bu zaman yarana biləcək sıxlığın qarşısını almaq, asayişi qorumaq vəzifəsi hüquq-mühafizə orqanlarının üzərinə düşür. Və bu ziyarət zamanı insan axınının sərbəst hərəkətini, həmçinin təhlükəsizliyini təmin etmək üçün müəyyən intervallar qorunur. Normal düşüncəyə malik insanlar bunu dərk etdiyi üçün bu intervalların qorunmasına hörmətlə yanaşır, hətta asayişi qoruyan hüquq-mühafizə orqanları işçilərinin fəaliyyətinə yaxından köməklik göstərirlər. Əli Kərimli kimi neqativ yüklü ünsürlər isə 20 Yanvar faciəsindən siyasi şou düzəltməklə, guya “onların hərəkətinə maneçilik törədilir” şəklində qalmaqallar yaratmaqla yalnız nifrət qazanırlar.
Qeyd edək ki, bu dəfə də polis tələblərə uyğun olaraq və anım mərasiminə qatılan vətəndaşların təhlükəsizliyini, nizam-intizamı təmin etmək məqsədilə Şəhidlər xiyabanına keçid norması müəyyənləşdirib və vətəndaşları qrup şəklində buraxsa da, Əli Kərimli keçid qaydalarına riayət etməyəcəklərini bildirib. “Milli şura” adlanan qondarma qurumun rəhbərləri və fəalları Şəhidlər xiyabanında mövcud qaydaları kobud şəkildə pozaraq, ictimai asayişi və nizam-intizamı təmin edən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə qarşıdurma yaradıblar. Nəticədə polisin qanuni tələbinə riayət etməyən və ictimai asayişi pozan 20 nəfərə yaxın şəxs saxlanılıb. Məhz bu hadisədən sonra Ə.Kərimlinin kameraya “çıxış etməsi”, öz yalanlarını demək üçün fürsət əldə etməsinə sevindiyi ilk baxışdan sezilir və bu da AXCP sədrinin öncədən belə bir plan cızmasını deməyə əsas verir.
Bəli, artıq illərdir ki, 20 Yanvar tarixində siyasi şou yaratmağa çalışan Ə.Kərimlinin bu addımına siyasi riyakarlıqdan başqa ad vermək mümkün deyil. 20 Yanvar faciəsi qurbanlarının məzarlarını ziyarət edən xalq kütləsini özü üçün “mitinq publikası” hesab edən Ə.Kərimli öz yalanlarını özü ifşa edir.
Eləcə də, nəzərə alsaq ki, ölkəmizdə demoqrafik bum yaşandığından 1990-cı ilin yanvarından sonra doğulanlar, eləcə də həmin qanlı hadisələr zamanı 5 yaşından aşağı olanlar ölkə əhalisinin 50 faizdən çoxunu təşkil edir. Radikal düşərgənin fəallaşması 1990-cı ildə indiki meydan “liderlər”inin oynadıqları mənfi rolu unutdurub yeni nəsilə özlərini qəhrəman kimi təqdim etmək cəhdidir. Təəssüf ki, həmin vaxtı xalq hərəkatına rəhbəlik edənlərin yol verdiyi təxribat səciyyəli səhvlər Bakıya qoşun yeridilməsinə şərait yaratdı. O zaman insanları küçələrə çıxaran, təxribata sürükləyərək tankların, zirehli maşınların altına dəvət edənlərin bir qrupu yenə də meydandadır. Bu dəfə də vətəndaşları küçələrə, itaətsizliyə, dağıtmağa, çevirməyə, devirməyə çağırır, lakin bu dəfə söhbət müstəqil Azərbaycandan, dövlətimizdən gedir. Azərbaycanın müstəqilliyi, öz iradəsinin sahibi olması regionda, dünyada müəyyən rəqib qruplar və koalisiyaları qıcıqlandırır.
Bir sözlə, görünən odur ki, artıq xalq içində etibarını tam şəkildə itirmiş, siyasi palitranın tozlanmış keçmişinə çevrilmiş radikal düşərgə təmsilçiləri xalqımızın hüzn günlərini belə özləri üçün siyasi təbliğat vasitəsinə çevirməyə çalışırlar. 20 Yanvar faciəsi baş verən zamanda belə bu faciədən siyasi qazanc güdən Əli Kərimli və onun çevrəsinə daxil olan digər siyasətbazların bu gün vətənpərvərlikdən danışmağa mənəvi haqqı çatmır. Qeyd edildiyi kimi, 1990-cı ilin soyuq 20 Yanvar günündə Azərbaycan xalqı əliyalın, silahsız imperiya qoşununun qarşısına çıxdığı vaxt Əli Kərimli və onun silahdaşları isti otaqlarda öz çirkin məqsədlərini hansı yolla həyata keçirəcəklərini müzakirə edirdilər. O dövrdə “meydan hərəkatı”nı inhisarda saxlayan Əli Kərimli və şəriklərinin birisi belə həmin faciədə xalqın yanında yer almadılar, qaçıb gizləndilər. Və bu gün şəhidlərin ruhuna hörmət bəsləməyən, dövlətini satan, ermənilərin dəyirmanına su tökən Əli Kərimli bir daha köhnə “şakər”indən əl çəkmədiyini hər kəsə nümayiş etdirir, xarici ermənipərəst mərkəzlərin ianəsini əldə etmək üçün hətta ümumxalq hüzn günündən də istifadə etməyə hazır olduğunu göstərir. Necə deyərlər, “qozbeli qəbir düzəldər”...
P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 417 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31