Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
29.01.2019 [09:49]
Ekspertlər xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, o cümlədən Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilməsinin təqdirəlayiq olduğunu qeyd edirlər
Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən müddət ərzində möhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Digər tərəfdən, Azərbaycanda dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir. Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialın mütəmadi surətdə genişlənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur. Ümumiyyətlə, sosial sahədə ardıcıl olaraq həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması, vətəndaşların hərtərəfli qayğı ilə əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Bütövlükdə, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Təbii ki, bu kontekstdə dövlətin qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə də xüsusi qayğı ilə yanaşması, bu məsələni daim diqqət mərkəzində saxlaması xüsusi vurğulanmalıdır. Eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən yüksək səviyyəli dövlət qayğısı da böyük əhəmiyyətə malikdir. Ekspertlər xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, o cümlədən Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən yüksək diqqət və qayğının göstərilməsinin təqdirəlayiq olduğunu qeyd edirlər.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirib ki, Azərbaycan sosial dövlətdir və daxili siyasət kursunun mühüm istiqamətlərindən birini sosial siyasət təşkil edir: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf, təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin uğurla həyata keçirilməsinə zəmin yaradıb. Bu məqamda vurğulamaq lazımdır ki, Azərbaycanın həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Başqa sözlə, Azərbaycanda əhalinin bütün təbəqələrinə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir”.
R.Əliyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır: “Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də müstəsna töhfələr verir”.
Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manatdan artıq vəsait xərcləndiyini deyən millət vəkili əlavə edib ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib: “Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb”.
“Dövlət tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə də yüksək diqqət və qayğının göstərilməsi böyük əhəmiyyətə malikdir. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür. Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, eləcə də müharibə əlillərinə təqaüdlər verilir, həmin ailələr evlə, maşınla təmin edilir, onların sosial rifah halının yüksəldilməsi üçün davamlı tədbirlər görülür, məqsədyönlü addımlar atılır. Prezident İlham Əliyevin 19 aprel 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanını, həmçinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 28 yanvar 2019-cu il tarixli Fərmanı bu kontekstdə xüsusi vurğulamaq lazımdır. Bu fərmanlar Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir”.
Milli Məclisin deputatı Flora Qasımova isə deyib ki, Azərbaycanda uğurlu və dərin məzmunlu sosial siyasət həyata keçirilir, dövlət tərəfindən vətəndaşlara yüksək diqqət və qayğı göstərilir: “Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə də xüsusi diqqət göstərir. Təsadüfi deyil ki, ötən dövr ərzində 300 min qaçqın və məcburi köçkün üçün 102 müasir qəsəbə tikilib istifadəyə verilib. Yəni son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Son 15 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib. 2018-ci ildə 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilərək istifadəyə verilib. Bu, son illər ərzində rekord göstəricidir. Eyni zamanda, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib”.
Millət vəkili əlavə edib ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə də yüksək dövlət qayğısı davamlı xarakter daşıyır: “Dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Son illərdə bu kateqoriyadan olan insanlar üçün minlərlə ev və mənzil tikilərək istifadəyə verilib, eyni zamanda, onlar minik avtomobilləri ilə təmin olunublar”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti şəhid hərbi qulluqçuların vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılmasını da diqqətdə saxlayır: “Prezident İlham Əliyevin 19 aprel 2018-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı da bu diqqət və qayğının bariz nümunəsidir. Bilirsiniz ki, Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Bu istiqamətdə işlər uğurla və şəffaf şəkildə davam etdirilir. Ümumiyyətlə, mühüm sosial əhəmiyyət kəsb edən bu Fərmanın imzalanması dövlətimizin başçısı tərəfindən şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti humanist addımdır. Bu xeyirxah addım təkcə şəhid ailələri deyil, bütün ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Onu da deyim ki, bu istiqamətdə işlər davamlı xarakter daşıyır. Belə ki, dövlətimizin başçısı tərəfindən yanvarın 28-də yeni Fərman imzalanıb. Fərmana əsasən, 11 min manat alacaq vətəndaşların sayı artacaq. Bu, onu göstərir ki, sosial qayğıya ehtiyacı olan bütün vətəndaşlarımız, xüsusilə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvləri daim dövlətin və şəxsən Prezident İlham Əliyevin diqqətindədir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

