/ / YAP Sədrinin müavini: Azərbaycanda bütün siyasi qüvvələr siyasi etika, siyasi davranış normalarına uyğun fəaliyyət göstərməlidir
YAP Sədrinin müavini: Azərbaycanda bütün siyasi qüvvələr siyasi etika, siyasi davranış normalarına uyğun fəaliyyət göstərməlidir
29.01.2019 [09:52]
“Müxalifətçilər öz niyyətlərinə çata bilməyəndə mənəvi terror alətindən istifadə etməyə çalışırlar. Biz hakimiyyət və iqtidar partiyası olaraq hər hansı siyasi partiyanın, təşkilatın mitinqlər keçirməsinə və ya öz fikirlərini ifadə etməsinə etiraz etmirik. Bu, Azərbaycanda formalaşmış demokratiyanın ümumi qayəsinə uyğundur. Onlar mitinq keçirmək üçün müraciət edəndə icazə verilir, mitinqlərini də keçirirlər. Ətraflarına topladıqları insanların sayı, ümumiyyətlə, sosial dayaqları da məlumdur. Amma bizi narahat edən onların müxalifətçilik adı altında tamamilə başqa fikir və ideyalara xidmət etməsidir, Azərbaycanın dövlətçiliyinə qarşı müxalifətdə olmasıdır”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Əli Əhmədov bildirib ki, müxalifətçilik yeni, fərqli ideyanın, fərqli bir təfəkkürün ortaya qoyulmasından başqa bir şey deyil. Onun sözlərinə görə, insanlar ortaya qoyulan həmin ideyaya münasibətlərini bildirəcəklər və seçkilər zamanı ayrı-ayrı ideyalara və ya o ideyaları həyata keçirən insanlara səs verəcəklər: “Azərbaycanda prezident seçkiləri 2018-ci ilin aprel ayında keçirilib. Azərbaycan xalqının, seçicilərin mütləq əksəriyyətinin dəstəyi ilə cənab İlham Əliyev yenidən böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildi. Hesab edirəm ki, əgər müxalifət var idisə və onların fərqli ideyaları var idisə, bu ideyaları həmin vaxt irəli sürməli, seçkilərdə öz fikirlərini ortaya qoymalı idilər. Amma seçkilərdən bir il keçməmiş onların hansısa tələblərlə peyda olması, əslində, nə demokratiya normalarına uyğun gəlir, nə də müxalifətçilik anlayışı ilə bir araya sığır. Bəs əsl məqsəd nədir? Əsl məqsəd Azərbaycanda sabitliyi, əmin-amanlığı, dincliyi pozmaq, normal inkişafın qarşısını almağa cəhd göstərməkdir”.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, siması dəyişir, infrastrukturu yenilənir: “Bakı şəhəri başda olmaqla Azərbaycanın bütün bölgələri son illər ərzində ciddi şəkildə dəyişib. Azərbaycan sözün həqiqi mənasında gənc dövlətlər arasında ən uğurlu dövlətlərdən biridir. Bütün beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi həm yüksəkdir, həm də bu yüksəlmə prosesi ildən-ilə irəliləyir və Azərbaycanın nüfuzu da artır. Belə olan halda Azərbaycandakı inkişafın qarşısını almağa cəhd göstərməyin mənası nədir? Hesab edirəm ki, bu, Azərbaycan xalqına və dövlətçiliyinə qarşı çıxmaqdan başqa bir şey deyil. Çox təəssüf hissi ilə qeyd edirəm ki, müxalifətçilər öz niyyətlərinə çata bilməyəndə mənəvi terror alətindən istifadə etməyə çalışırlar. İndi onlar sosial şəbəkələrdən də bu məqsədlə istifadə edirlər. Biz sosial şəbəkələrdən kimlərinsə istifadə etməsindən narahat deyilik. Amma çox təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, onlar sosial şəbəkəni bir mənəvi terror alətinə, bir mənəviyyatsızlıq alətinə çevirməyə çalışır və bu cür istifadə edirlər. Bizim narazılığımız bununla əlaqədardır. Bizim etirazımız bu cəhdlərə qarşıdır”.
Əli Əhmədov deyib ki, Azərbaycanda bütün siyasi qüvvələr siyasi etika, siyasi davranış normaları ilə fəaliyyət göstərməlidirlər: “Kimisə hədəfə almaq, kimisə təhqir etmək və ya mənəvi terrora məruz qoymaq yolverilməzdir və biz qəti şəkildə buna etirazımızı bildiririk. Eyni zamanda, siyasətlə məşğul olan bütün qüvvələri çağırırıq ki, onlar siyasi məkanı bu cür ləkələyənlərə qarşı çıxsınlar”.
“Milli şura” adlanan qurumun yanvarın 19-da keçirdiyi mitinqə münasibət bildirən YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan cəmiyyəti mənəvi dəyərləri itirmiş insanların arxasınca getməyəcək. Onun sözlərinə görə, siyasətlə siyasi davranış, siyasi ləyaqət normaları çərçivəsində məşğul olmaq olar: “Bu mənada, mitinqlər, yaxud hansısa aksiyalar bu normalar çərçivəsində keçirilərsə, biz buna etiraz etmərik. Tənqid etmək müxalifətin təbii hüququdur. Amma tənqidi təhqirlə, söyüşlə əvəz etmək yaramazlıqdır. Təbii ki, belələri bu cür davranışları ilə hansı mənəvi keyfiyyətlərə sahib olduqlarını göstərirlər”.
Əli Əhmədovun fikrincə, yanvarın 19-da keçirilən mitinq insanların müxalifətin ideyalarını dəstəkləmədiyini bir daha göstərdi: “Sayca keçən dəfəki mitinqdən bir qədər çox insanın iştirak etməsini əldə rəhbər tutaraq, bundan bir silah kimi istifadə edərək özlərini “qəhrəman” kimi təqdim etmələrinə baxmayaraq, əslində, 10 milyonluq Azərbaycan cəmiyyətinin çox kiçik bir hissəsinin təşkilatçıların çağırışlarına cavab verərək mitinqə gəlməsi ondan xəbər verir ki, onlar sosial dayaqlarını tamamilə itiriblər. Bu da təbiidir, çünki yüksək mənəvi dəyərlərə malik Azərbaycan cəmiyyəti mənəvi dəyərlərini itirmiş insanların arxasınca gedə bilməz, getmir və getməyəcək”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

