/ / Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının İdarə Heyəti ölkəmizdəki diplomatik korpusun nümayəndələrinə təqdim edilib
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının İdarə Heyəti ölkəmizdəki diplomatik korpusun nümayəndələrinə təqdim edilib
30.01.2019 [10:08]
Yanvarın 29-da Xarici İşlər Nazirliyində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların diplomatik nümayəndələri ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən bəhs edərək, yüz minlərlə azərbaycanlının işğal olunmuş Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan öz evlərindən və mülklərindən zor gücünə didərgin salındığını qeyd edib. O, işğal edilmiş ərazilərimizin azad olunmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının vacibliyini vurğulayıb. Münaqişənin həlli ilə bağlı davam edən danışıqlar çərçivəsində erməni və azərbaycanlı əhalinin sülhə hazırlanması çağırışını xatırladan nazir müavini bu xüsusda ölkəmizin Dağlıq Qarabağ bölgəsinin iki icması arasında təmasların və dialoqun bərpa edilməsinin önəmini diqqətə çatdırıb.
Mahmud Məmməd-Quliyev görüşün əsas məqsədinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 23 nəfərdən ibarət olan İdarə Heyətinin ölkəmizdəki diplomatik korpusa təqdim edilməsi olduğunu qeyd edib. O, işğal olunmuş torpaqlarımızdan didərgin salınmış məcburi köçkünlərin, o cümlədən ölkəmizin Dağlıq Qarabağ bölgəsinin 80 min nəfərdən çox azərbaycanlı icmasının pozulmuş fundamental insan hüquqlarının bərpa olunmasının və bu insanların səsinin beynəlxalq səviyyədə eşidilməsinin yüksək əhəmiyyət kəsb etdiyini diplomatik korpusun diqqətinə çatdırıb.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu ağır fəsadları qeyd edərək, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı mövqeyini, o cümlədən BMT TŞ-nin 4 qətnaməsinin tələblərini tədbir iştirakçılarına xatırladıb. Bu xüsusda, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb. Şöbə müdiri bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyan, onların bütün fundamental hüquq və azadlıqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozan Ermənistanın Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquqlar tələb etməsi insan hüquqlarının qorunması üzrə bütün sənədlərə köklü şəkildə ziddir.
Daha sonra Hikmət Hacıyev Azərbaycan Respublikası hökuməti tərəfindən bütün məcburi köçkünlər və qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən ardıcıl siyasətdən, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan bəhs edib və bu xüsusda yanvarın 28-də şəhid ailələri ilə keçirilən görüş barədə tədbir iştirakçılarına məlumat verib. Şöbə müdiri vurğulayıb ki, Cocuq Mərcanlı kəndində aparılan quruculuq işləri, məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmasının təmin olunması işğaldan azad ediləcək bütün ərazilərin bərpa olunması, dayanıqlı sülhün və inkişafın bərqərar olması üçün Azərbaycan Respublikasının əzmini bir daha nümayiş etdirir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev çıxış edərək öncə icma haqqında məlumat verib. O, icmanın ATƏT-in 1992-ci il Helsinki qərarına əsasən münaqişənin həllində maraqlı tərəf olduğunu qeyd edib. Tural Gəncəliyev icmanın İdarə Heyətinə daxil olan 23 nümayəndəni təqdim edib. O, çıxışında vaxtı ilə Şuşada erməni qonşuları ilə birgə sülh şəraitində yaşadığı günləri xatırlayaraq, azərbaycanlı icmanın erməni icması isə təmaslar qurmağa və konstruktiv dialoq aparmağa hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra icmanın İdarə Heyətinin üzvləri, Xocalıda anadan olmuş Dürdanə Ağayeva və Samirə Hüseynova çıxış ediblər. Onlar Azərbaycanın Xocalı şəhərinin işğalından öncə burada ermənilərlə birgə əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edərək, dinc erməni əhalisinin Ermənistanın işğalçı siyasətinin girovuna çevrildiyini vurğulayıb, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun bərpa olunmasının bölgədə etimadın yaradılması baxımından əhəmiyyətli olduğunu bildiriblər.
Tədbir zamanı, həmçinin ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının digər üzvləri də öz fikirlərini bildirib, eləcə də suallarını diplomatik korpusun nümayəndələrinə ünvanlayıblar.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

