Azərbaycanda şəhid ailələri, müharibə əlilləri yüksək dövlət qayğısı ilə əhatə olunublar
31.01.2019 [09:05]
Dövlətin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğı cəmiyyətdə olduqca yüksək qiymətləndirilir
Sirr deyil ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Təbii ki, bu kontekstdə dövlətin torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşması xüsusi vurğulanmalıdır. Ekspertlər bu kateqoriyadan olan insanlara dövlət tərəfindən yüksək diqqət və qayğının göstərilməsinin təqdirəlayiq olduğunu qeyd edirlər. Bildirilir ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi ölkə rəhbərliyinin şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğısının daha bir ifadəsidir.
Bəllidir ki, ölkəmizdə 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri isə açıq qalmışdı. Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində cənab İlham Əliyev uzun illərdir gündəlikdə duran məsələnin həll olunacağını vəd etmişdi. Beləliklə, 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub ki, bu da həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edib, ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Vurğulayaq ki, ölkəmizdə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanının icrasına ötən il noyabrın 14-dən başlanılıb. Şəhidlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlərin həyata keçirilməsi müvafiq qaydada davam etdirilir. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixdə imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanla birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Belə ki, sənədə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Təbii ki, dövlətin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğı cəmiyyətdə olduqca yüksək qiymətləndirilir. Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, Azərbaycan şəhid ailələri, eləcə də müharibə əlillərinə göstərdiyi qayğıya görə dünya ölkələrinə bir nümunədir. Onun sözlərinə görə, dünyada çox az ölkə tapılar ki, müharibə iştirakçılarına, sağlamlığını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun. H.Rəcəbli bildirib ki, bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu mənada, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına olan diqqət və qayğı xüsusi vurğulanmalıdır.
“Prezident İlham Əliyevin bütün şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı imzaladığı yeni Fərman bu faktı bir daha təsdiqləyir. Cənab Prezidentin imzaladığı yeni Fərmanla əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Bu, bir daha dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ifadəsidir. Onu da deyim ki, verilən bu qərar göstərdi ki, bütün məsələlər dövlət başçısının diqqətindədir, sadəcə, bəhs olunan məsələlərin araşdırılması ilə bağlı müəyyən zamana ehtiyac var idi. Sözügedən Fərman bu məsələnin tam obyektiv həllini təmin etmiş oldu. Bütövlükdə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi şəhid ailələrinə olan diqqət və qayğının daha bir nümunəsidir. Heç şübhəsiz ki, bu görüş cəmiyyətə də bir mesajdır ki, şəhid ailələrinə daim diqqət göstərilməli, hörmət və ehtiramla yanaşılmalıdır”, - deyə komitə sədri vurğulayıb.
Milli Məclisin deputatı Sahibə Qafarova isə bildirib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin çox mühüm istiqamətlərindən birini Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir: “Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlərin görülməsi onlara göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir. Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, eləcə də müharibə əlillərinə təqaüdlər verilir, həmin ailələr evlə, maşınla təmin edilirlər. Yəni onların sosial rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə məqsədyönlü addımlar atılır”.
Millət vəkili əlavə edib ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 28 yanvar 2019-cu il tarixli Fərman da ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir nümunəsidir: “Müvafiq Fərmana əsasən əlavə olaraq 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Əlbəttə, şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi onların həyat şəraitinin yaxşılaşmasına öz müsbət təsirini göstərəcək. Şübhəsiz ki, Azərbaycan Respublikası Prezidentinin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli Fərmanı da yüksək səviyyədə icra ediləcək”.
Şəhid ailələrinə dövlət qayğısının davamlı xarakter daşıdığını deyən S.Qafarova əlavə edib ki, təkcə ötən il 626 şəhid ailəsinə yeni mənzillər, evlər verilib, bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillərin, evlərin verilməsi nəzərdə tutulub. Yəni növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəklər ki, bu da həmin kateqoriyadan olan insanların dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqətində olduğunu göstərir.
Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib ki, müstəqil Azərbaycan məqsədyönlü siyasət yürüdən, yalnız öz daxili imkanlarına arxalanaraq uğurla və sürətlə inkişaf edən, dünya miqyasında yüksək nüfuzu olan bir dövlətdir: “Prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət Azərbaycanın sosial siyasətini dünya miqyasında ən gözəl nümunəyə çevirir. Ölkənin davamlı olaraq iqtisadi potensialı gücləndikcə geniş sosial layihələr həyata keçirilir. Bu baxımdan, şəhid ailələri və müharibə veteranlarına davamlı dövlət qayğısının göstərilməsi də mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 28-də şəhid ailələri ilə görüşündə bunun bir daha şahidi olduq”.
Millət vəkili bildirib ki, görüşdə dövlətimizin başçısının “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim” sözləri milli maraqlara söykənən dinamik və praqmatik siyasətin mərkəzində insan amilinin dayanmasının daha bir təsdiqidir: “2018-ci ilin aprel ayında yenidən xalqın etimadını qazanan Azərbaycan Prezidentinin ilk Fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Prezident İlham Əliyevin mənzillərin, avtomobillərin açarlarını şəhid ailələrinə şəxsən təqdim etməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, xalq tərəfindən yüksək dəyərləndirilir. Şəhid ailələri ilə görüşdə Prezidentimiz deyib: “Bu gün Azərbaycan dünya miqyasında sürətlə, uğurla inkişaf edən dövlətlərdən biridir. Ölkəmizin iqtisadi, hərbi potensialı güclənir. Uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün çox böyükmiqyaslı sosial layihələri icra edə bilir. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, maddi vəziyyətimiz pis olsaydı, biz bu layihələri, bu təşəbbüsləri irəli sürə bilməzdik”. Bu fikirlər ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin xalqın mənafeyini tam ifadə etməsindən xəbər verir. Hər bir azərbaycanlıda ruh yüksəkliyi yaradır, dövlətinə və dövlətçiliyinə olan güvəni, inamı daha da artırır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

