Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Milli şura” növbəti dəfə biabır oldu

“Milli şura” növbəti dəfə biabır oldu

02.02.2019 [09:54]

Yanvarın 31-də yaşanan fiasko Əli Kərimlinin hansı “elektorat”a malik olduğunu bir daha üzə çıxardı
Maddi təminat qarşılığında xarici anti-azərbaycançı dairələrlə işbirliyinə girən, onların sifarişlərini yerinə yetirən, ölkəmizə qarşı aparılan çirkin kampaniyalarda yer alan radikal müxalifət düşərgəsi yenə də öz ampluasındadır. Vurğulamaq lazımdır ki, illərdir eyni “məqsəd”ə xidmət göstərən dağıdıcı ünsürlərin təmsil olunduğu partiyalar, yaratdıqları qondarma birliklər də xarakter etibarı ilə analogiya təşkil edir. Radikal ünsürlərin bir amalı var ki, o da ermənipərəst mərkəzlərin pulunu əldə etməkdir.
Özünü siyasi palitrada qoruyub saxlamaq üçün min bir yola əl atan radikal ünsürlər həm də öz gücsüzlüklərini ört-basdır etməyə çalışırlar. Qeyd edək ki, ötən illərdə keçirdiyi aksiyalarda cəmisi bir neçə yüz insanı meydana toplaya bilən radikal kəsim fakt qarşısınqda qalmışdı: xalqın radikal düşərgəni birmənalı şəkildə dəstəkləmədiyi bütün çılpaqlığı ilə üzə çıxmışdı. Sosial şəbəkələrdə “on minlər”lə tərəfdardan dəm vuran AXCP sədri Əli Kərimli, qondarma “Milli şura” üzvləri və dağıdıcı düşərgənin digər təmsilçiləri acı həqiqətlə qarşılaşdıqları zaman situasiyadan çıxmaq üçün bəhanələr gəzirdilər. Hətta yanvarın 19-da “Məhsul” stadionunda uzun illərdən bəri iki minlik baryeri aşaraq 2800 adam toplayan radikal müxalifət növbəti addımı ilə də potensialının son dərəcə biabırçı vəziyyətdə olduğunu cəmiyyətə nümayiş etdirdi. Bu mitinqin “müxalifətin birləşmiş aksiyası” adlandırılması ümumi radikal düşərgənin üzv, tərəfdar, elektorat cəminin ümumi mənzərəsini də ortaya çıxarmışdı.
Bu məqamda vurğulamaq lazımdır ki, dekabrın 31-də radikal ünsürlər yeni bir biabırçılıqla üz-üzə qalmalı olublar. Belə ki, 10 gündən artıqdır sosial şəbəkələr və başqa vasitələrlə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının ildönümünü “möhtəşəm aksiya”ya çevirəcəklərini bəyan edən “Milli şura” adlı qondarma qurum, “Müsavat”, AXCP və digər partiyalar onun abidəsinin yanına cəmi 200-300 adam yığa biliblər. Müşahidələrə əsasən, AXCP sədri Əli Kərimli və “Milli şura” rəhbərliyi abidənin yanına 100 nəfərdən bir az artıq adamla gəliblər. Bir o qədər də Müsavat Partiyasının fəalları olublar. AXP sədri Pənah Hüseyn isə abidənin önünə 3 nəfərlə gəlib. Yerdə qalan “möhtəşəm” partiya sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar. Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir. Yəni yalanı hər addımda ifşa olunan radikallar, ağız dolusu “xalqın dəstəyi” barədə danışan “liderciklər” bütün hazırlıqlara baxmayaraq, öndər hesab etdikləri şəxsin ildönümünə cüzi sayda adamla qatıla biliblər.
Əslində bu məsələ bir məqamı da yenidən xatırlatmağa ehtiyac yaradır. Bu il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən zaman süni şəkildə qarşıdurma yaratmış Əli Kərimli internet mediaya onunla xiyabana gələn “on minlərlə” adamın qarşısının necə alınmasından danışmışdı. Hətta ziyarət zamanı qarşıdurmalar yaratmağa çalışan Əli Kərimli özünü reklam etmək üçün utanmadan polisin qəsdən “Milli şura”nın tərəfdarlarını qrup şəklində Şəhidlər xiyabanına buraxdığını iddia etmişdi. Səbəbini isə belə “izah etmişdi” ki, guya məqsəd onların azlığı görüntüsünü yaratmaqdır.
Beləliklə, yanvarın 31-də cəmisi 120-130 adamı başına yığa bilən Əli Kərimli indi danışdığı yalandan utanırmı? Görəsən, “Milli şura” M.Ə.Rəsulzadənin abidəsinin yanına Əli Kərimlinin iddia etdiyi 10 minləri niyə aparmayıb? Axı Əli Kərimlinin özünün təbirincə desək, polis onlara heç bir maneçilik törətməmişdi!
Bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil. Həmçinin bu rəzillik Əli Kərimli və onun tərəfdarlarının hakimiyyətin son tədbirlərini - struktur islahatları nəticəsində fəaliyyətinə xitam verilmiş orqanların əməkdaşlarının işlə təmin olunması barədə dövlət başçısının və Birinci vitse-prezidentin tapşırıqlarını, şəhid ailələri ilə görüşünü, onlara göstərilən dövlət qayğısını və şəhid ailələri ilə bağlı imzalanmış Fərman və sərəncamları 19 yanvar mitinqinin “effekti” ilə izah etmək cəhdinin də sabun köpüyündən başqa bir şey olmadığını göstərir.
Bəli, siyasi mübarizə meydanından hər zaman məğlub, üzüqara qayıdan, seçici etimadı qazana bilməyən Əli Kərimli belə yalanlarla özünün varlığını “sübut etməyə” çalışır. Amma xəyanəti özünə “yol” seçənlərin son aqibəti hər zaman bəlli olub. Belələri məğlubiyyətə məhkumdurlar.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 544 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31