Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qaraçay-Çərkəz Respublikasının başçısı Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Qaraçay-Çərkəz Respublikasının başçısı Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

02.02.2019 [10:08]

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 1-də Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. Qaraçay-Çərkəz Respublikasının başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31