/ / Əli Həsənov: Azərbaycan dövləti İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə toplantısına hər zaman xüsusi diqqət ayırıb
Əli Həsənov: Azərbaycan dövləti İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə toplantısına hər zaman xüsusi diqqət ayırıb
08.02.2019 [10:08]
Azərbaycan dövləti İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə toplantısına hər zaman xüsusi diqqət ayırıb. Azərbaycan 22 ildir ki, bu toplantıda geniş tərkibli nümayəndə heyəti ilə fəal şəkildə iştirak edir. Tədbirin təşkilatçıları, o cümlədən Türkiyə hökumətini təmsil edən nümayəndələr bunu yüksək qiymətləndirirlər. Əvvəllər Zirvə toplantısında Ulu öndərimiz Heydər Əliyevin, son 15 ildə isə Prezident İlham Əliyevin müraciətləri oxunub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən XXII Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Əli Həsənov qeyd edib ki, Avrasiya qitəsi Azərbaycanın siyasi, iqtisadi, sosial, geosiyasi, enerji, nəqliyyat, kommunikasiya maraqlarının kifayət qədər təmsil olunduğu bir qitədir. Azərbaycan da bu maraqların həyata keçirilməsi üçün fəal siyasət yürüdür. Bir neçə layihəni qeyd etmək olar. Toplantıda da bildirildiyi kimi, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən böyük İpək Yolunun qurucu dövlətlərindən biridir. Təkcə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi onu göstərdi ki, Türkiyə və Azərbaycan bu iki qitənin birləşdirilməsində önəmli rol oynayan lider dövlətlərdir. Eyni zamanda, Gürcüstanı da buraya əlavə etmək lazımdır. Bundan başqa, Azərbaycan İran və Rusiya ilə birlikdə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında, eləcə də Avropanı Asiya ilə birləşdirən alternativ nəqliyyat-kommunikasiya layihələrinin qurulmasında yaxından iştirak edir. Həmçinin Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması siyasətini qeyd etmək olar. Bu işdə də Azərbaycan həmişə öncül mövqeyini qoruyub saxlayıb. Həmçinin Cənub Qaz Dəhlizinin çəkilməsi, vaxtilə Avropanın reallaşdıra bilmədiyi “NABUCCO” layihəsinin yeni şəraitdə həyata keçirilməsi Azərbaycanın Avrasiyaya verdiyi töhfənin bariz göstəricisidir. Bir sözlə, Azərbaycanı Avropa ilə həm nəqliyyat, enerji dəhlizləri, həm iqtisadi, siyasi, sosial layihələr bağlayır. Ona görə də hesab edirik ki, bu Zirvə toplantısında bizim deməyə sözümüz kifayət qədər çoxdur. Biz, həmçinin bu Sammitdə iştirak edən dövlətlərin rəsmilərinin, müxtəlif ölkələri təmsil edən QHT-lərin nümayəndələrinin, jurnalistlərin diqqətinə Azərbaycan həqiqətlərini, o cümlədən torpaqlarımızın işğal olunması faktını, Ermənistanın dünyada təhlükəsizliyə törətdiyi təhdidləri çatdırırıq.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

