/ / Mirzəcan Xəlilov: Azərbaycan xalqı birmənalı olaraq Prezident İlham Əliyevin siyasətini dəstəkləyir
Mirzəcan Xəlilov: Azərbaycan xalqı birmənalı olaraq Prezident İlham Əliyevin siyasətini dəstəkləyir
09.02.2019 [10:45]
“Son 15 il ərzində Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan möhtəşəm və əzəmətli inkişaf yolu keçib. Artıq ölkəmiz nəinki regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, əksər regional və beynəlxalq layihələrin əsas müəlliflərindən biridir. Cənab Prezidentin uğurlu siyasəti, aparılan sistemli islahatlar, göstərdiyi siyasi iradə hər bir vətəndaşın rifahının yüksədilməsinə yönəlib”. Bu fikirləri Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.
M.Xəlilov bildirib ki, Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, idman və digər sahələrdə davamlı inkişaf edir. Onun sözlərinə görə, infrastrukturun, o cümlədən sosial infrastrukturun yaradılması, yeni müəssisələrin, texno və sənaye parklarının açılması ümumi iqtisadi inkişafla yanaşı, regionların, ən ucqar kəndlərin inkişafına təkan verir, insanların rifahını yaxşılaşdırır. Xüsusilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi öz müsbət nəticələrini verməkdədir.
“Keçən müddət ərzində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artıb, aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün mötəbər beynəlxalq qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Məsələn, Azərbaycan Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub. Bu hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. 2018-ci ildə Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir. Bütün bunlar onu göstərir ki, müasir inkişaf dövrünü yaşayan Azərbaycanın imkanları genişlənir və bu, dövlətimizin dünyada nüfuzunun ildən-ilə artmasına səbəb olur. Bu gün Azərbaycan özünü dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi təqdim edir. Bunun təməlində Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin ideyalarına, irsinə olan sadiqliyi, güclü siyasi iradə, gərgin əmək, yüksək şəxsi keyfiyyətlər, xalqla sıx təmas dayanır”, - deyə M.Xəlilov vurğulayıb.
Millət vəkili qeyd edib ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq müstəvidə nüfuzunun artması müəyyən dairələrdə qıcıq yaradır. Onun sözlərinə görə, antiazərbaycançı dairələr, erməni lobbisi və onların ölkəmizdəki əlaltıları olan radikal müxalifət ölkəmizə qarşı qarayaxma kampaniyaları aparırlar: “Belə ki, ölkəmizin əleyhinə müəyyən beynəlxalq təşkilatlar sənədlər qəbul edir, erməni lobbisinin təsirində olan avropalı siyasətçilər bəyanatlar verir, radikal müxalifət isə mitinqlər vasitəsilə qarşıdurma yaratmaq istəyir. Xüsusilə, sosial şəbəkələrdə yalan və təhqirlərlə insanları mənəvi terrora məruz qoyurlar. Bütün bunlar isə cəmiyyətimizdə ciddi narazılıqla qarşılanır. Ona görə də qanunvericilik vasitəsilə belə halların qarşısının alınmasının vaxtı çatıb. Ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələr bilməlidir ki, Azərbaycan xalqı birmənalı olaraq Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

