Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan və çeçen xalqları arasında dostluq, qardaşlıq münasibətləri möhkəm təməllərə əsaslanır

Azərbaycan və çeçen xalqları arasında dostluq, qardaşlıq münasibətləri möhkəm təməllərə əsaslanır

21.02.2019 [09:49]

Ermənilərin Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində baş vermiş hadisədən sui-istifadə edərək təxribat törətmək cəhdləri heç bir nəticə vermədi
Məlum olduğu kimi, ötən həftə Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında insident baş verib. Azərbaycanın və Çeçenistanın rəsmiləri bu insidenti məişət zəminində baş vermiş adi kriminal hadisə kimi dəyərləndirir və hesab edirlər ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Eyni zamanda, o da xüsusi olaraq vurğulanıb ki, bu insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar. Beləliklə, Azərbaycanın və Çeçenistanın rəsmilərinin məsələyə operativ reaksiyası, həmçinin Rusiyada hər iki xalqın nümayəndələrinin bir araya gələrək dostluq, qardaşlıq mesajları verməsi məişət zəminində baş verən xırda insidentdən istifadə edərək iki xalq arasında düşmənçilik toxumu səpmək istəyənlərin arzusunu gözündə qoydu.
Məsələyə münasibət bildirən Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Aydın Hüseynov qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında mütəmadi olaraq inkişaf edən əməkdaşlıq əlaqələri həm də ölkəmizin Şimali Qafqaz respublikaları, o cümlədən Çeçenistanla əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan və çeçen xalqları arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur: “Hər hansı vasitə ilə bu münasibətləri pozmaq, yaxud sarsıtmaq mümkün deyil. Bilirsiniz ki, ermənilər məlum hadisədən sui-istifadə edərək təxribatlar törətməyə çalışdılar. Onlar bu məsələni manipulyasiya predmetinə çevirərək fərqli formada təqdim etməyə, məişət zəminində baş vermiş hadisəyə siyasi rəng verməyə cəhd etdilər. Hər zaman bu cür təxribatlarla məşğul olan, çirkin niyyətlərini gerçəkləşdirməyə çalışan mənfur ermənilər istədiklərinə nail ola bilmədilər”.
Milli Məclisin deputatı İlham Məmmədov isə deyib ki, Rusiyanın paytaxtında azərbaycanlılar və çeçenlər arasında məişət zəminində baş vermiş insident iki xalqın dostluq münasibətlərinə zərər vura bilməz: “Azərbaycan və çeçen xalqları arasında əlaqələr dostluq və qardaşlıq prinsipinə söykənir. Sözügedən insident sırf məişət zəminində yaşanmış adi kriminal hadisədir. Doğrudur, bu hadisədən istifadə edərək təxribatlar törətmək, yanlış ictimai rəy formalaşdırmaq istəyən qüvvələr oldu. Daha dəqiq desək, hər zaman pusquda duraraq fürsət axtaran, məkrli planlarını gerçəkləşdirmək üçün bütün çirkin üsul və vasitələrdən yararlanan ermənilər təxribata cəhd etdilər. Məişət zəminində baş vermiş məlum hadisədən istifadə edərək Azərbaycan və çeçen xalqları arasında düşmənçilik toxumu səpməyə çalışan ermənilər məqsədlərinə çata bilmədilər”.
Beləliklə, Azərbaycan və çeçen xalqlarının dostluq, qardaşlıq münasibətləri möhkəm təməllərə əsaslanır. Ən əsası, ermənilərin Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində baş vermiş adi kriminal hadisədən sui-istifadə edərək təxribat törətmək cəhdləri heç bir nəticə vermədi.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31