Siyavuş Novruzov: Müxalifətin mitinqlərdə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur
21.02.2019 [09:58]
“Müxalifətin mitinqlərdə səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Onlar hökumətin atdığı addımları öz adlarına çıxırlar”.
Bunu “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, müxalifət keçirdiyi mitinqlərdə xalqa yanlış məlumatlar verir: “Prezident İlham Əliyev ötən ilin aprelində - prezident seçkiləri dövründə görüləcək işlərin proqramını açıqlayıb. Seçki platformasında ölkədə həyata keçiriləcək islahatlar əksini tapmışdı. Prezident seçkilərində iştirak edən namizədlərin, Milli Məclisin deputatlarının təklifləri sistemləşdirilərək nəzərə alınır. Azərbaycan hökumətinin ümumi strateji proqramı var ki, burada regionların inkişafı ilə yanaşı, beynəlxalq əlaqələrin də inkişaf etdirilməsi nəzərə alınıb. Bilirsiniz ki, Prezident İlham Əliyevin sərəncamları ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi yaradılıb. Bu, ona görədir ki, cəmiyyətdən gələn təkliflər təhlil edilsin və nəzərə alınsın. Dövlət başçısı regionlarda keçirilən görüşlərdə insanların problemləri ilə maraqlanır. Bu problemlərin hər biri həll edilir. Regionlarda binaların dam örtüklərinin dəyişdirilməsi, içməli su ilə bağlı problemlərin aradan qaldırılması, məktəblərin, bağçaların tikilməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin açılması kimi təkliflər nəzərə alınır və bu işlərin həyata keçirilməsi üçün vəsait ayrılır. Əmək pensiyalarının, minimum əməkhaqqının, tələbələrin təqaüdünün artırılması 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuşdu. Yəni prezident seçkilərindən sonra proqrama daxil edilmişdi, ona görə də 2019-cu ilin dövlət büdcəsində əksini tapdı. Şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı narazılıqlar nəzarətə götürülmüşdü. Bu məsələ araşdırıldı və həll edildi. Özünü müxalifət adlandıran bəzi qüvvələr, erməni lobbisindən vəsait alanlar, xaricdə oturub bloggerlik edənlər Azərbaycanda aparılan uğurlu islahatlara kölgə salmağa cəhd edirlər. Onlar bu islahatları öz adlarına çıxırlar. Deyirlər ki, “Biz çıxış etdik, dedik, hökumət addımlar atdı”. İddia edirlər ki, hökumət yanvarın 19-da keçirilən mitinqdən qorxduğuna görə bu addımları atır. Bir daha qeyd edirəm ki, hökumətin atdığı addımlar ötən il 2019-cu ilin dövlət büdcəsi müzakirə olunan zaman nəzərə alınmışdı. Onlar xalqı aldadaraq, öz tərəflərinə çəkməyə çalışırlar. Deyirlər ki, mitinqə çox insan gələrsə, əməkhaqqı daha çox artar. Bunların hamısı yalandır, şayiədir. Bilirsiniz ki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. Hökumət bu istiqamətdə addımlar atır. Məhbusların azadlığa çıxmasını istəməyənlər “Milli şura”da toplaşanlar və xaricdə özünü müxalifət adlandıranlardır. Çünki həmin qüvvələr həbsdə olan şəxslərin adından istifadə edib, ətraflarını genişləndirməyə çalışırlar. Yəni onlar istəmirlər ki, həmin şəxslər azadlığa buraxılsın. Onlara fikir vermək lazım deyil, yalan danışırlar. Əksinə, istəyirlər ki, həbsdə olan şəxslərin müddətləri uzadılsın”.
Növbəti mitinqin problemli kreditlərə həsr olunmasına münasibət bildirən S.Novruzov qeyd edib ki, hökumət Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, ayrı-ayrı kommersiya banklarına müvafiq tapşırıqlar verib: “Bu məsələ araşdırılır, həlli istiqamətində addımlar atılır. Kreditlərlə bağlı məsələyə yanaşma iki cürdür: 1. Kənd təsərrüfatının inkişafı üçün fermer təsərrüfatı yaratmaq, kiçik sahibkarlıq obyektlərini yaratmaq və digər bu qəbildən olan sahələr üçün götürülən kreditlər. 2. Bahalı avtomobillərin alınması üçün və digər bu tip götürülən kreditlər. Tutaq ki, kimsə kredit götürüb, kənd təsərrüfatına sərmayə qoyub, amma hava şəraiti imkan verməyib, ona görə də borcu yaranıb. Buna yanaşma fərqli olmalıdır. Amma digəri isə əyləncəyə görə 200 min manatlıq maşın almaq üçün kredit götürüb və qaytara bilməyib. Buna isə yanaşma tam fərqli olmalıdır. Yəni bu məsələlər araşdırılır. Bilirsiniz ki, Konstitusiya Məhkəməsi də dollar kreditləri ilə bağlı qərar qəbul edib ki, bu məsələ bankla razılaşdırılmalıdır. Təbii ki, kommersiya bankları var ki, uzun illərdir fəaliyyət göstərir, kifayət qədər gəlir götürüblər. Ona görə də problemli kreditlərlə bağlı banklar güzəşt etməlidirlər. Bunlar mitinq edirlər ki, problemli kreditlər həll ediləndə desinlər, “Biz mitinq keçirdik, hökumət problemi həll etdi”. Fevralın 19-da keçirilən Milli Məclisin plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edildi. Dəyişikliklə Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il - gələn il martın 4-nə qədər artırıldı. Dünyanın heç bir yerində əmanətlər 100 faiz sığortalanmır. Yəni Azərbaycanda bank bağlansa da, vətəndaş pulunu geri ala biləcək, dövlət bunu öz üzərinə götürür. Avropanın bir çox aparıcı dövlətlərində əmanətlər 30-60 faiz arası sığortalanır. Azərbaycan yeganə dövlətdir ki, əmanətləri 100 faiz sığortalayır. Bu da 8 milyarda yaxın vəsait tələb edir. Bu, insanların inam və etibarını artırır. Hələ ötən ildən Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı göstəriş verib. İnsanlar müxalifətin yalanlarına uymamalıdır. Digər bir müxalifyönlü qüvvə deyir ki, imza toplayaq, müraciət edək, təqaüdlər artırılsın. Təqaüdlər kifayət qədər artırılıb, ehtiyac olacaqsa, yenə artırılacaq. Dövlət başçısı çıxışlarında həmişə deyir ki, hər şey vətəndaşın layiqli yaşaması üçündür. Baxın Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb. Bu Fərman ilə 400-dən artıq çoxmənzilli yaşayış binası ilə bağlı problem həll ediləcək. İndi deyəcəklər, bunu da müxalifət təklif edib. Hökumət bütün sahələrdəki problemləri diqqət mərkəzində saxlayır. Bu da müxalifəti əndişələndirir, bilmirlər, hansı üsula əl atsınlar”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

