Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cavanşir Paşazadə: Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır

Cavanşir Paşazadə: Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır

01.03.2019 [15:00]

“Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişafı dinamik xarakter daşıyır. Davamlı olaraq islahatların həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir. Fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə də qeyd olunduğu kimi, artıq ölkəmizdə 2017-ci ildə iqtisadi sabitliyin təmin olunması ilə bağlı atılan önəmli addımlar, həmçinin 2018-ci ildə ardıcıl şəkildə həyata keçirilən ciddi islahatlar öz müsbət nəticələrini verir”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
C.Paşazadə bildirib ki, vətəndaşların rifahının daha da yüksəldilməsi, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır.
“Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Respublikamızda inklüzivliyin təmin olunması, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Ölkəmizdə 2019-cu ilin əvvəlindən sosial sahədə bilavasitə insanların rifah halının yaxşılaşmasına hədəflənən tədbirlərin reallaşdırılması daha da intensivləşib. Bu sahədə atılacaq addımlar cənab Prezident tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda vaxtilə verilən vədlərin uğurla reallaşdırılması prosesi gedir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür. Bütövlükdə, 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Azərbaycan dövlətinin yürütdüyü dərinməzmunlu sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının parlaq nümunəsidir”, - deyə C.Paşazadə vurğulayıb.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman da vətəndaşların problemlərinin həllinə dövlətin diqqəti baxımından böyük əhəmiyyət kəsb edir: “Cənab Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həllinə dair Fərmanı dövlətin hər zaman öz vətəndaşının yanında olduğunun, onun problemlərinin həllini daim diqqətdə saxladığının əyani göstəricisidir”.

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31