Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan multikulturalizmi bütün dünyaya nümunədir

Azərbaycan multikulturalizmi bütün dünyaya nümunədir

06.03.2019 [09:42]

Azərbaycan multikulturalizmi bütün dünyaya nümunədir. Ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələri əsrlərboyu heç bir ayrı-seçkiliyə məruz qalmadan birlikdə yaşayıblar və bu gün də yaşamaqdadırlar.
AZƏRTAC xəbər verir ki, bu fikir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşündə səsləndirilib.
QMİ sədri bildirib ki, Azərbaycan ənənəvi multikultural və tolerant dəyərlərə malik ölkədir. Tarixən müxtəlif xalqlara və dinlərə mənsub insanlar ölkəmizdə qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgə yaşayıblar. Azərbaycanda dini etiqadından asılı olmayaraq, bütün vətəndaşlara dövlət tərəfindən diqqət və qayğı göstərilir. Dini icmaların fəaliyyətinin yaxşılaşdırılması, dini maarifçilik işinin genişləndirilməsi üçün hər il dövlət tərəfindən maliyyə yardımı ayrılır.
Multikulturalizmin Azərbaycan modelinin bütün dünyaya örnək olduğunu deyən Mark Şnayer bu modelin beynəlxalq aləmdə daha çox tanıdılmasının vacibliyini bildirib. Əlavə edib ki, dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər dini dözümlülük yoxdur. Bu, Azərbaycan xalqının humanizm, qardaşlıq prinsipləri ilə yaşadığını bir daha sübut edir.
Digər çıxışlarda da Azərbaycanın bütün dünyada sülh və əmin-amanlığa çağırış edən dövlət kimi tanındığı xüsusi vurğulanıb.

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31